Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

ki, girib içində oturasan. Əl çək! Yenə get döşünü qabağa ver, peyinin içində 
çapala. Sən bir öz sifətinə bax, gör nə günə düşmüsən. Tezliklə  
 
gəbərəcəksən burda. Hələ bu da bəs eləmir sənə. Şüar deyirsən, çağırışa 
qoşulursan. Geridə qalanları ardınca çağırırsan. Əlinə bir düdük veriblər,  
 
çalırsan! Əl çək məndən, daha bəsdir! 
Yenə Bektay uzaqlaşırdı. Addımlarını qarın üstünə elə bərk-bərk basırdı ki, 
onun ayaq basdığı yerlər əlbəəl  
 
qaralıb, su ilə dolurdu... 
Tanabay qaçıb ona yetişdi: 
– Bektay. Bektay, bir dayan, mənə qulaq as! Gör sənə nə deyirəm? 
– Başqalarına de. Dünyada axmaq  
 
çoxdur! 
– Dayan. Bektay. Bir dur, söhbət eləyək. 
Ancaq onun dediklərini Bektay heç eşitmək də istəmirdi. 
– Məhkəməyə düşəcəksən! 
Bektay son dəfə geri  
 
dönüb dişlərini qıcırdatdı: 
– Bu cür yaşamaqdan türmə yaxşıdır! 
– Sən dezertirsən! 
Bektayın vecinə deyildi. 
– Cəbhədə sənin kimiləri güllələyirdilər! 
Bektay gedirdi. 
Tanabay onun qolundan yapışdı: 
– Dayan, deyirəm sənə! 
Bektay qolunu dartıb çıxartdı, yoluna davam elədi. 
Tanabay Bektayın çiyinlərindən  
 
tutdu: 
– Qoymaram, qoymaram! Sənin buna ixtiyarın yoxdur! – dedi və birdən ağ 
təpələr onun başına dolandı, gözlərinə duman gəldi. Çənəsinə vurulan  
 
gözlənilməz zərbə Tanabayı yerə sərdi. 
O, başı gicələ-gicələ ayağa duranda Bektay təpəni aşmışdı. 
Onun ayaq izləri qar üstdə qaralırdı. 
– Bədbəxt oldu,  
 
bədbəxt oldu, – deyə-deyə Tanabay zarıya-zarıya yerdən qalxmağa çalışdı. 
Qalxdı. Əlləri qara, palçığa bulaşmışdı. 
Nəfəsini dərdi. Bektayın sürüsünü  
 
qabağına qatıb, dərdli-dərdli geri qayıtdı. 
 
17 
 
İki nəfər atlı aulu arxada qoyub, dağlar səmtə üz tutmuşdu. Biri kəhər at 
minmişdi, o biri səmənd at.  
 
Hər iki atın quyruğu bərk-bərk düyülmüşdü – uzağa gedəsi idilər. Atların 
ayağı altında qarlı palçıq xırçıldayırdı, palçıq ətrafa sıçrayırdı. 
Möhkəm  
 


cilovlanmış Gülsarı mətin addımlarla dağyuxarı qalxırdı. Sahibi uzun müddət 
xəstə yatmışdı, bu vaxtlar at dincəlmişdi. Ancaq indi onun üstündə gedən  
 
Çoro deyildi, naməlum bir adam idi, əyninə xəz palto geymişdi, paltonun 
üstündən brezent plaş salmışdı. Bu adamın üst-başından rezin və boyaq qoxusu  
 
gəlirdi. Çoro yanaşı gedirdi, başqa ata minmişdi. Hərdən belə şeylər olurdu – 
Çoro öz atını rayondan gələn yoldaşa verirdi. Əslində, bunun Gülsarı  
 
üçün heç bir fərqi yox idi. İlxıdan, əvvəlki sahibindən ayrılandan sonra onun 
üstündə çox adamlar gəzmişdi. Cürbəcür adamlar – yaxşısı da olmuşdu,  
 
pisi də. Bəzisi yəhərdə düz oturmuşdu, bəzisi əyri oturub atı da narahat 
eləmişdi. Gülsarı dəliqanlı adamlar da görmüşdü. Belələrindən onun zəhləsi  
 
gedirdi. Çünki onlar atı var gücləri ilə qovub, sonra birdən yüyəni 
çəkirdilər, at dikəlib şahə qalxırdı və yenə çapmalı olurdu. Belələri min cür  
 
oyundan çıxırdılar – təki onların yorğa ata mindiyini görəydilər. Gülsarı hər 
şeyə öyrənmişdi. Bircə tövlədə qalmaqla arası yox idi. Əvvəlki ehtiras  
 
hələ də Gülsarının canında idi – çapmaq, çapmaq, çapmaq. Kimi çapdırmağın 
fərqi yox idi. Belə şey çapanları maraqlandırırdı – onlar üçün hər atın öz  
 
yeri vardı. Əgər bir kəs Gülsarını minirdisə, deməli, hörmətli adam idi, 
ondan qorxurdular. Gülsarı gözəl at idi, qüvvətli, rahat. Onu minən adama  
 
heç bir xətər toxuna bilməzdi. 
Bu dəfə Gülsarı rayon prokuroru Seqizbayevi aparırdı, onu kolxoza təhkim 
eləmişdilər. Seqizbayevi müşayiət eləyən  
 
kolxozun partorqu idi – heç, əslində, o da kiçik adam deyildi. Ancaq partorq 
susurdu, görünür, qorxu canını almışdı: axı, qoyunçuluqda vəziyyət pis  
 
idi. Çox pis idi. Qoy qorxsun, heç danışmasın. Boş-boş danışmağın nə mənası? 
Aşağı vəzifəli adamların yuxarı vəzifəlilərdən qorxmağı yaxşıdır. Yoxsa,  
 
heç bir qayda-qanun ola bilməz. Bəziləri tabelərində olan adamlarla çox 
yumşaq rəftar eləyirlər, elə təpik də adama onlardan dəyir, özü də elə dəyir  
 
ki, it kimi zingildəməli olursan. Vəzifə böyük şeydir, məsul şeydir. Vəzifə 
başında oturmaq hər adamın işi deyil. 
Gülsarının belində oturub, atın  
 
addım səslərinə uyğun bir ahənglə yırğalana-yırğalana gedərkən, Seqizbayev 
belə düşünürdü. O, çobanları yoxlamağa gedirdi, orada ürək açan bir şey  
 
görməyəcəyinə əmin idi, buna baxmayaraq, prokurorun kefi pis deyildi. O 
bilirdi ki, bu il qış çox sərt keçib, hələ də çəkilib getmək istəmir və qışla  
 
yazın bu çarpışmasında çoxlu qoyun-quzu tələf olub. Əslində, hər il belə idi. 
Bunu hamı bilirdi. Ancaq, madam ki, onu kolxoza təhkim etmişdilər,  
 
deməli o, kimisə məsuliyyətə almalı idi. Üstəlik, ürəyinin harasındasa 
Seqizbayev builki böyük tələfatın özü üçün sərfəli olduğunu hiss eləyirdi.  
 


Axı, rayonda maldarlığın vəziyyətinə cavabdeh o deyildi, Seqizbayev prokuror 
idi, bir də olsa-olsa raykom bürosunun üzvü idi. Bütün bunların  
 
məsuliyyəti birinci katibin boynuna düşəcəkdi. Katib təzə gəlib, qoy əcrini 
çəksin. Bütün bu işlərə Seqizbayev kənardan baxacaqdı. Buna, yəqin ki,  
 
yuxarıda oturanlar da baxacaqdılar və biləcəkdilər ki, kənar adamı buraya 
katib göndərməkdə səhv eləyiblər. Seqizbayev bu işdən çoxdan narazı idi –  
 
axı, o, burada ola-ola niyə kənardan katib göndərilməli idi? Neçə il idi ki, 
Seqizbayev rayonun prokuroru idi, özünün nəyə qadir olduğunu dəfələrlə  
 
sübut eləmişdi. Eybi yoxdur, hələ dostlar ölməmişdilər, lazım olsa, arxasında 
duracaqdılar. Bəli, bəli, partiya işinə keçməyin vaxtı çatmışdı.  
 
Prokuror stulunda əyləşmək kifayət idi... Bu at da lap qiyamət at imiş. Gəmi 
kimi yırğalanırdı, qarı-palçığı heç vecinə də almırdı. Partorqun atı  
 
çoxdan köpük içində idi, ancaq bunun canına hələ təzəcə tər gəlirdi... 
Çoro isə öz aləmində idi. Görkəmi heç yaxşı deyildi. Yorğun, üzgün. Sifəti  
 
sapsarı saralmışdı, gözləri yumulurdu. Neçə il idi ki, ürəyinin əzabını 
çəkirdi və yaxşılığa doğru heç bir əlamət görünmürdü, halı get-gedə  
 
ağırlaşırdı. Bu yandan da ağır fikirlər ürəyini ağrıdırdı. Bəli, Tanabay 
haqlı idi. Sədr qışqırırdı, hay-küy salırdı, əlindən özgə bir iş gəlmirdi.  
 
Bir ayağı rayonda idi, gündə bir şeyi bəhanə eləyib gedirdi. Partiya 
iclasında sədrin məsələsini qoymaq lazım idi, buna da rayon icazə vermirdi,  
 
gözləməyi məsləhət görürdülər. Axı, nə üçün? Söz vardı ki, Aldanovun özü 
keçmək istəyir, bəlkə, buna görə rayon etiraz eləyirdi? Əlbəttə, getməyi  
 
məsləhət idi. Lap Çoronun özünün də vaxtı çatmışdı. Onun kolxoza nə xeyri 
dəyirdi? Həmişə xəstə idi. Samansur tətilə gəlmişdi, o da belə məsləhət  
 
görürdü. Bir də, işdən çıxmağa nə vardı ki? Çoronu öz vicdanı qorxudurdu. 
Samansur ağıllı oğlan idi, çox şeyi atasından yaxşı bilirdi. Tez-tez  
 
təsərrüfat məsələlərindən söhbət salırdı. Onlara yaxşı elmlər öyrədirdilər. 
Bəlkə, orada professorların dedikləri bir vaxt, doğrudan da, həyata  
 
keçiriləcəkdi, ancaq hələlik özgə əlac yox idi – görünür, Çoro xəstə ürəyini 
bu yolda qoyacaqdı. Öz dərdinin əlindən o, hara qaça bilərdi? Bir də, o,  
 
işdən çıxsaydı, kənardan baxanlar nə deyərdi? Vəd verdin, qızışdırdın, 
kolxozu xirtdəyəcən borca saldın, indi qaçıb aradan çıxmaq istəyirsən, eləmi?  
 
Yox, bu cür Çoro heç vaxt rahatlıq tapa bilməzdi, axıracan durmaq lazım idi. 
Gec-tez kolxozun köməyinə gələcəkdilər, belə qala bilməzdi. Bircə tez  
 
gələydilər. Özü də əməlli adamlar gələydilər, beləsi yox. Bu dağıntı üçün, 
deyir, adamları məsuliyyətə cəlb eləyəcəyik. Elə görək! Ancaq məhkəmə ilə  
 
bu düzəlməz. Oturub, qaşqabağını sallayıb, elə bil dağdakıların hamısı 
canidir, bundan başqa kolxoza can yandıran yoxdur... Əslində isə heç kolxoz  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə