Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
Çoro yorğa atın belində idi. Tək  
 
gedirdi, yoldaş gözləyə bilməmişdi. Ürəyi incidirdi, evə tələsirdi. Çoro atın 
cilovunu buraxmışdı, bütün günü dincəlmiş at öz xoşuna, öz ahəngdar  
 
ritmi ilə çapırdı. Qaranlıq yollara dümdüz izlər buraxırdı. Bütün keçmiş 
ehtiraslardan onda bircə qaçmaq həvəsi qalmışdı. O birilər çoxdan ölmüşdü.  
 
Daha doğrusu, öldürmüşdülər. Öldürmüşdülər ki, o, yoldan və yəhərdən başqa 
bir şey bilməsin. Gülsarı bununla yaşayırdı. Vicdanla, yorulmadan çapırdı,  
 
sanki, çapıb əlindən alınmış o şeyə çatmaq istəyirdi. Çapırdı və heç vaxt 
çata bilmirdi. 
Sərin külək, çöl havası Çoronun halını bir qədər  
 
yaxşılaşdırmışdı. Ürəyinin ağrısı kəsmişdi. Bugünkü müşavirədən də Çoro 
ümumən razı idi, obkom katibinin çıxışından xoşu gəlmişdi. Katibin barəsində  
 
o, çox söhbətlər eşitmişdi, özünü isə ilk dəfə görmüşdü. Bütün bunlarla 
yanaşı, Çoronun ürəyində bir narahatlıq da hökm sürürdü. Ürəyi sıxılırdı.  
 
Axı, o, Tanabaya pislik etmək istəməmişdi. Çoro çox belə müşavirələrdə, 
yığıncaqlarda, iclaslarda olmuşdu, bilirdi ki, harada nəyi demək lazımdır,  
 
nəyi deməmək lazımdır. Bu sahədə böyük təcrübəsi vardı. Ancaq Tanabay, onun 
sözünə qulaq assa da, Çoronu lazımınca başa düşməmişdi. Müşavirə  
 
qurtarandan sonra onunla bir kəlmə də kəsmək istəməmişdi. Maşına əyləşib, 
üzünü yana çevirmişdi. İncimişdi. Eh, Tanabay, Tanabay! Avamlığından əl  
 
çəkməmisən, həyatdan heç bir ibrət almamısan. Cavanlıqda necə idin, elə də 
qalmısan. Səninki odur ki, ağına-bozuna baxmadan doğrayıb tökəsən. Ancaq  
 
zaman o zaman deyil. Hər şey dəyişib. İndi gərək sözü necə dediyini biləsən, 
kimin yanında dediyini biləsən, özü də elə deyəsən ki, zamanın ruhuna  
 
uyğun gəlsin. Hamı kimi – nə parlaq nitq söyləyəsən gərək, nə də dilin topuq 
vursun. Gərək qıl kimi düz danışasan. İndi zaman bunu tələb eləyir. Əgər  
 
səni öz kefinə buraxsaydım, Tanabay, aləmi qatıb qarışdıracaqdın, sonra isə 
başımıza suallar yağacaqdı: “Niyə öz təşkilatınızın üzvlərini tərbiyə  
 
etmirsiniz? Bu necə təşkilatçılıqdır? Bu necə başıpozuqluqdur?” Eh, Tanabay, 
Tanabay... 
 
14 
 
Yenə həmin gecə, həmin o dağ yolu. Qoca at və qoca insan.  
 
Dərədə tonqal yanırdı. Neçə dəfə idi ki, Tanabay ayağa durub, ölməkdə olan 
atın üstündəki kürkü düzəldirdi. Yenə Gülsarının başı üstündə əyləşirdi.  
 
Tanabay düşünürdü, bütün ömrünü götür-qoy eləyirdi. İllər, illər, illər... 
Tanabayın qoyuna getdiyi o il, o ilin uzun payızı, o ilin erkən qışı.  
 
Xatirə dalınca xatirə gəlirdi... 


 
15 
 
Dağlarda oktyabr ayı büsbütün quraqlıq keçdi. Təkcə ayın əvvəllərində bir-iki 
gün yağış yağdı, duman gəldi, hava  
 
sərinlədi, sonra yenə istilər başlandı. O il hava birdən-birə korlandı. Bir 
gecədə külək qalxdı, bir gecədə hər şey dəyişdi. Səhərisi Tanabay  
 
alaçıqdan çıxanda gözlərinə inanmadı – dağların başını təptəzə qar almışdı. 
Qar dağlara necə də yaraşırdı! Təptəzə, tərtəmiz. Quzeyi də gözəl, güneyi  
 
də gözəl – sanki, Allah dağları lap indicə yaratmışdı. Dağların qarlı zirvəsi 
üzərində mavi sonsuzluqlar uzanıb gedirdi. Orada sonsuzluqlar boyunca  
 
kainatın xəyali ənginlikləri görünürdü. Bu işıq, bu sonsuzluq Tanabaya ləzzət 
verdi, qəlbinə həm sevinc, həm qüssə gətirdi. Yenə Tanabay Bübücanı  
 
xatırladı. Kaş indi də Gülsarı burada olaydı, Tanabay atı minəydi, 
heyrətindən, sevindiyindən çığıra-çığıra bu tərtəmiz səhər qarı kimi o 
qadının  
 
qapısı ağzını kəsdirəydi... 
Ancaq Tanabay bilirdi ki, bütün bunlar xəyaldır... Nə etmək, ömrün yarısı 
xəyallarda keçir, bəlkə, buna görə də həyat belə  
 
şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu 
etdiklərinin hamısına nail ola bilmir. Tanabay göylərə, dağlara baxırdı və 
hiss  
 
eləyirdi ki, insanların hamısı eyni dərəcədə xoşbəxt ola bilməz. Hamının öz 
taleyi vardı. Sevinci, kədəri vardı. Eyni vaxtda, eyni dağın üstündə işıq  
 
da ola bilir, kölgə də ola bilir – insan taleyi də bunun kimi. Elə buna görə 
də həyat rəngarəng olur... Bəlkə də, o qadın Tanabayı büsbütün  
 
unutmuşdu. Bəlkə də, indi o, bu təzə qara baxıb Tanabayı xatırlayırdı... 
Sən bir işə bax – insan qocalır, ancaq ürək təslim olmaq istəmir, əlinə  
 
fürsət düşən kimi ürək hay salıb xatirələri oyadır. 
Tanabay atı yəhərlədi, ağılı açıb qoyunları çölə daradı, ucadan arvadını 
çağırdı: 
– Mən davarı çölə  
 
aparıram, Caydar, sən işini qurtarınca qayıdıb gəlirəm. 
Sürü çaxnaşaraq hərəkətə gəldi, böyük bir axınla dağyuxarı dırmaşdı. Qonşu 
çobanlar da öz  
 
sürülərini çölə çıxarmışdılar. Döşlərlə, dərələrlə, dar cığırlarla sürü 
otlamağa gedirdi. Qoyunların saya gəlməyən dəstəsi saralmış otlaqlar içində  
 
bozarıb-ağarırdı. 
Hələlik hər şey qaydasında idi. Tanabaya tapşırılmış sürü də pis sürü deyildi 
– yaxşı bala verə bilərdi. Beş yüz baş. Beş yüz qayğı.  
 
Hələ doğumdan sonra sürü bundan azı iki dəfə çox olacaqdı. Ancaq doğuma hələ 
çox qalırdı, çobanın əsil məşəqqəti hələ qabaqda idi. 


Qoyun işi ilxıya  
 
nisbətən sakit iş idi, ancaq Tanabay qoyun otarmağa çox da asanlıqla 
öyrənməmişdi. At hara, davar hara! Ancaq nə etmək olardı? Atçılıq, 
deyirdilər,  
 
mənasını itirib. Maşın var. At sərf eləmir. İndi qoyunçuluq başlıca məsələ 
olmuşdu – yun, ət, dəri. Bu işin bir çox xeyirli cəhətləri olsa da,  
 
atçılığa belə soyuq münasibət heç cür Tanabayın ürəyindən deyildi. 
Yaxşı ayğırı olan ilxını hərdən buraxıb getmək də olardı. Bir günün, yarım 
günün  
 
asudəliyi də çoban üçün az iş deyildi, onun min cür başqa dərdi-səri vardı. 
Ancaq davarın yanından tərpənmək çətin məsələ idi. Gərək bütün günü  
 
dalınca gəzəydin, gecə qaraulunu çəkəydin. Heç baş qaşımağa da vaxt yox idi. 
Nə dincliyi vardı, nə növbəsi vardı. Gecə qaraulçuluğu Caydarın adına  
 
yazılmışdı, gündüzlər qızlarla birgə o, hərdənbir davara baxa bilirdi, gecə 
yarıyacan əlində tüfəng qoyuna keşik çəkirdi, sonra davarın üstündə yenə  
 
gərək Tanabay dayanaydı. İndi İbrahim kolxozda maldarlığın ağası olmuşdu, hər 
sözə bir bəhanə tapırdı: 
– Mən sizin üçün köməkçini hardan tapım? –  
 
deyirdi. – Siz ki, ağıllı adamsınız, Tanake. Bilirsiniz ki, cavanların hamısı 
oxuyur. Oxumayanlar da mal-davarın heç adını da eşitmək istəmirlər,  
 
çıxıb hara gəldi gedirlər – şəhərlərə, dəmir yoluna, mədənlərə heç bilmirəm 
başıma nə daş salım. Siz cəmisi bir sürüyə baxırsınız, ondan da şikayət  
 
eləyirsiniz. Bəs mən? Bütün maldarlıq mənim boynumdadır. Məhkəməyə düşəcəyəm. 
Mən bu işi nahaq yerə boynuma çəkdim, nahaq yerə. Heç kəs sözə baxmır.  
 
Elə biri sizin hamiliyə götürdüyünüz Bektay. Sən, deyir, mənim üçün radio 
təşkil elə, qəzet gətir, kino ver, təzə alaçıqlar tikdir, mağazanı hər  
 
həftə mənim ayağıma gətir. Olmasa, deyir, çıxıb gedəcəyəm. Barı siz onunla 
bir söhbət eləyəydiniz, Tanake!.. 
İbrahim yalan demirdi. Bu qədər yuxarı  
 
dırmaşmağına o, doğrudan da, peşman olmuşdu. Bektay barəsində də düz deyirdi. 
Hərdən Tanabay vaxt tapıb hamiliyə götürdüyü komsomolçuların yanına  
 
gedirdi. Eşim Bolotbekov, zirək olmasa da, üzüyola oğlan idi. Ucaboy, 
yaraşıqlı Bektay isə heç sözəbaxan deyildi, onun qara gözlərindən kin-küdurət  
 
əskik olmurdu. O, həmişə Tanabayı acıqlı qarşılayırdı. 
– Sən, – deyirdi, – bu qədər canfəşanlıq eləmə. Yaxşısı budur ki, öz 
uşaqlarının yanında otur.  
 
Ha çoxdur hər yerə burnunu soxanlar. Sənsiz də ötüşərik. 
– Nə olub məgər, sənə pislik eləyirəm? 
– Elədin, eləmədin. Mənim sənin kimi adamlardan xoşum  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə