Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

Cavanlar səs-səsə verdilər. Əvvəlcə bir şey çıxmadı, sonra iş yoluna düşdü. 
Yol getmək ləzzət verdi. “Belə yaxşıdır, – deyə Tanabay düşündü. –  
 
Belə yaxşıdır. Ən yaxşısı orasındadır ki, nəhayət, bizi bir yerə yığırlar. 
Danışacaqlar yəqin, kolxozların məsələsini həll eləyəcəklər. Əlbəttə,  
 
rəhbər işçilər bu işləri bizdən yaxşı bilir. Biz ancaq öz işimizi bilirik
özgə bir şey bilmirik. Bir söz deyərlər, eşidərik, biz də işdən ayrı cür  
 
yapışarıq...” 
Rayon mərkəzində adam çox idi, səs-küydən qulaq batırdı. Klubun qabağındakı 
meydançada xeyli maşın vardı, araba vardı, minik atlarının  
 
əlindən tərpənmək mümkün deyildi. Çayçılar, kababçılar həmişəki kimi yan-yana 
düzülmüşdü. His qalxırdı, tüstü ucalırdı; şey satanlar hay verib  
 
müştəri çağırırdılar. 
Burada Çoro Tanabayın yolunu gözləyirdi. 
– Düşün gedək, tez olun, özünüzə yer tutun. İndicə başlanacaq. Tanabay, hara 
gedirsən? 
–  
 
Mən bu saat qayıdıram, – deyə Tanabay atların arasına soxulub, zorla qabağa 
yeridi. O, hələ maşında ikən Gülsarını sezmişdi, onun yanına gedirdi.  
 
Tanabay yazdan bəri Gülsarını görməmişdi. 
Buradakı yəhərli atların arasında Gülsarı özünün açıq-sarı rəngi, enli, 
qüvvətli gövdəsi və iri başı ilə  
 
seçilirdi. 
Tanabay özünü atın yanına verdi: 
– Salam, Gülsarı, – dedi, – salam! Hə, necəsən, qardaş? 
Yorğa at alma gözlərini açıb, öz köhnə sahibini  
 
tanıdı, fısıldadı, ayaqlarını qaldırıb qoydu. 
– Yox, yaxşısan, pis deyilsən. Qəşəng kürək sallamısan, Gülsarı, deyəsən, çox 
qaçırsan. O vaxt sənə bərk  
 
əziyyət verdilər, eləmi? Bilirəm... Şükür elə ki, indi yaxşı ələ düşmüsən. 
Özünü sakit apar, hər şey qaydasında olacaq, – deyə Tanabay atın  
 
boynundakı heybəni əlləşdirdi. Hələ heybənin dibində xeyli yulaf vardı. 
Deməli, Çoro atı ac qoymurdu. Sən burda dur, Gülsarı, mən gedirəm. 
Klubun  
 
qabağındakı divara qırmızı şüarlar vurulmuşdu: “Kommunistlər, irəli!”, 
“Komsomol – sovet gənclərinin qabaqcıl dəstəsidir!” 
Adamlar dəstə ilə kluba  
 
doluşurdular, foyeyə, tamaşa zalına axışırdılar. Qapının qabağında Tanabay, 
Çoro və kolxoz sədri Aldanovla rastlaşdı. 
Aldanov Tanabayı qırağa çəkdi. 
–  
 
Bura gəl, – dedi, – sənə sözüm var. Adını biz qeyd elətdirmişik, bu da 
bloknotun. Sən bu gün çıxış eləməlisən. Partiyanın üzvüsən, bizim ən yaxşı  
 


ilxıçımızsan. 
– Mən orda nə barədə danışmalıyam? 
– Deyəcəksən ki, sən, bir kommunist kimi, geridə qalmış sahəyə gedirsən. 
Çobanlığa, qoyun otarmağa. 
–  
 
Elə bu? 
– Sonra öhdəçilikdən danışarsan. Partiyanın və xalqın qarşısında, deyərsən, 
söz verirəm: Hər yüz qoyundan yüz on bala alacağam, hər qoyundan  
 
üç kilo yun qırxacağam. 
– Mən sürünün heç üzünü də görməmişəm. Bu sözü necə deyə bilərəm? 
– Sən sözünü de, sürü qaçmır! 
Çoro söhbətə qarışdı: 
– İstədiyin  
 
qoyunları seçib götürə bilərsən. Narahat olma. Bir də onu de ki, iki nəfər 
komsomolçu çobanı hamiləyə götürürsən. 
– Kimi? 
Çoro siyahıya baxdı. 
–  
 
Bolotbekov Eşimi, bir də Zarlıkov Bektayı. 
– Axı, mən onlarla danışmamışam, bəlkə heç razı deyillər? 
Sədr hirsləndi: 
– Sən yenə dediyini deyirsən!  
 
Qəribə adamsan. Gərək mütləq onlarla danışasan? Fərqi nə imiş? İtməyəcəklər 
ki? Harda olsalar, tapılacaqlar. Biz onları sənə təhkim eləmişik, məsələ  
 
çoxdan həll olunub. 
– Madam ki, həll olunub, nə üçün mənimlə məsləhətləşirsiniz? 
Tanabay getmək istədi, Çoro qoymadı. 
– Dayan, – dedi, – deyəcəyin  
 
sözlər yadından çıxmaz ki? 
Ancaq Tanabay dayanmadı: 
– Çıxmaz, çıxmaz, – deyə o gedə-gedə əsəbi halda cavab verdi... 
 
13 
 
Müşavirə axşam çağı qurtardı.  
 
Rayon mərkəzi boşaldı. Adamlar dağılışıb getdilər: kimisi dağlara, fermalara, 
sürülərin, naxırların yanına, kimisi də kəndlərə, aullara. 
Tanabay  
 
gəldiyi maşınla da geri qayıtdı. Aleksandrov yoxuşunu çıxdılar, çöl boyu 
səssiz-səmirsiz yol getdilər. Axşam idi, sərinlik düşmüşdü, külək adamın  
 
iliyinə işləyirdi. Payız küləyi. Tanabay bir küncə qısılmışdı, kürkünün 
yaxasını da qaldırmışdı, öz fikrində, xəyalətində idi. Bu da müşavirə: oldu  
 
da, qurtardı da. O özü ağıllı bir söz deməsə də, heç olmasa başqaları deyəni 
eşitdi. Hər şeyi yoluna qoymaq üçün hələ, görünür, çox iş görmək lazım  
 


idi. Düz deyirdi o eynəkli kişi, obkom katibi: “Bizim üçün heç bir hazır yol 
yoxdur, yolu özümüz açmalıyıq”. İşə bax, otuzuncu ildən bəri gah yuxarı,  
 
gah aşağı, gah eniş, gah yoxuş... Doğrudan, çətin məsələ imiş bu kolxoz 
deyilən şey. O özü bu yolda saç ağartmışdı, bütün gəncliyini bu işə sərf  
 
eləmişdi. Bu yolda o, nələr görməmişdi, nələr etməmişdi; səfeh işləri də az 
olmamışdı, buna baxmayaraq, Tanabay arzu elədiyi o həyata müdam can  
 
atmışdı, o dövranı bu gün-sabah gözü ilə görəcəyinə həmişə ümid bəsləmişdi, 
ancaq kolxozun müsibətləri qurtarmırdı ki, qurtarmırdı... 
Nə etmək, madam  
 
ki, işləmək lazım idi, işləyəcəkdilər. Katib düz deyirdi – müharibədən sonra 
çoxları səhv eləmişdi, həyat öz-özünə dəyişə bilməzdi. Hər kəs onu öz  
 
çiynində aparmalı idi, ölənəcən aparmalı idi... Bircə orası pis idi ki, bu 
həyat deyilən şey bəzən çox ağır olurdu, adamların çiynini əzirdi, qabar  
 
eləyirdi. Hələ qabar nədir ki, ona dözmək olardı. Barı, ürək razı qalaydı – 
öz işindən də, özgələrin işindən də. İnsan biləydi ki, onun əməyi kiməsə  
 
xoşbəxtlik gətirir... Tanabay qoyuna getməyi boynuna götürdü. Görəsən, bu 
işin axırı nə olacaqdı? Caydar nə deyəcəkdi? Tanabay dükana getməyə də  
 
macal tapmadı – qızlar üçün konfet almaq lazım idi. Söz vermişdi... Hər yüz 
qoyundan yüz on bala, hər başa üç kilo yun – sözdə asan görünür. Amma  
 
gərək hər quzunu doğuzdurasan, bəsləyib böyüdəsən. Yağışı var, küləyi, soyuğu 
var. Yun işi daha çətin. Tükdür, əlinə alırsan, zorla gözə görünür,  
 
bircə dəfə puf eləyirsən, görürsən ki, yoxdur. Bəs kiloqramlar hardan olacaq? 
Qızıl kiloqramlar! Yəqin, çoxlarının heç ağlına da gəlmir ki, o tükün  
 
hər kilosu nə qədər əzab tələb eləyir... 
Bəli, Çoro onu çaşdırdı, bərk çaşdırdı. “Çıxış elə, ancaq qısa, öz 
öhdəçiliklərindən de. Özgə şey lazım  
 
deyil. Məsləhət görmürəm”. Tanabay da ona qulaq asdı. Tribunaya çıxan kimi 
cəsarəti tükəndi, bir kəlmə ürək sözünü deyə bilmədi. Gurhagur  
 
öhdəçilikdən danışıb aşağı düşdü. Tanabay xəcalətindən bilmirdi ki, neyləsin. 
Ancaq Çoro razı idi. Görəsən, niyə o, bu qədər ehtiyatlı olmuşdu?  
 
Xəstəlikdənmi idi, yoxsa sədrlikdən düşməyi Çoronu belə qorxaq eləmişdi? 
Tanabayın ehtiyatla danışmağı onun nəyinə lazım idi? Yox, deyəsən, onda nəsə  
 
dəyişmişdi, Çoro başqa adam olmuşdu. Səbəbi də, görünür, o idi ki, ömrü boyu 
Çoro sədrlik eləmişdi, böyüklər ömrü boyu onu danlamışdılar,  
 
söymüşdülər. İndi isə bicləşmişdi, deyəsən... 
Tanabay düşünürdü: “Dayan, dost, vaxt gələr, üz-üzə oturarıq, haqq-hesabı 
birdəfəlik çürüdərik...”  
 
Küləksə aramsız əsirdi, adamın iliyinə işləyirdi. Hələ evə çox qalırdı. Orada 
Tanabayı, kim bilir, nə gözləyirdi... 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə