Qrup: 419a buraxiliş İŞİ Mövzu



Yüklə 6,63 Mb.
səhifə8/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
DİPLOM İŞİ Hazır

2.4 Fiziki-kimyəvi üsul


Suyun temperaturu - su hövzəsində gedən fiziki, kimyəvi, biokimyəvi və bioloji proseslərə təsir edən əsas faktordur. Bu faktordan hövzənin oksigen rejimi və özünü təmizləmə proseslərinin intensivliyi asılıdır. Suyun temperaturunu bilməklə hidrokimyəvi, hidrobioloji və xüsusilə istilik çirklənməsinin öyrənilməsi üçün limnoloji tədqiqatlar zamanı onun oksigen ilə doyma dərəcəsini, müxtəlif qələvilik formasını, kalsium-karbonat sisteminin halını müəyyən etmək olar. Dənizdə suyun temperaturunun dəyişməsi, eyni zamanda baş verən bir sıra proseslərin - günəş radiasiyası, buxarlanma, atmosferlə istilik mübadiləsi, axınlarla istiliyin ötürülməsi, suyun turbulent qarışması və s. nəticəsidir. Məlumdur ki, suyun isinməsi su səthindən dibə doğru baş verir. Suyun səthində və dibində temperaturun illik və günlük dəyişməsi səthdə olan istilik miqdarı, intensivlik və qatışma dərəcəsi ilə təyin olunur. Temperaturun günlük dəyişməsi bir neçə dərəcə təşkil edə bilir, bu, çox da dərin olmayan yerlərdə müşahidə olunur [19]. Dayaz yerlərdə suyun temperaturunda dəyişmə amplitudası havanın temperaturunun dəyişməsi ilə yaxındır.
Suyun keyfiyyətinin əsas göstəricilərindən biri də PH - hidrogen ionlarının qatılığıdır. Kimyəvi və bioloji prosseslər üçün suyun PH-nın əhəmiyyəti olduqca böyükdür. PH-ın qiymətindən su yosunlarının inkişafı və həyat fəaliyyəti, müxtəlif miqrasiya olunan elementlərin sabitliyi və suyun metallara qarşı korroziya təsiri asılıdır. Suyun PH-1 biogen elementlərin müxtəlif formalara çevrilməsinə, çirkləndirici maddələrin toksikliyinin dəyişməsinə də təsir edir.
Suda həll olmuş oksigenin qatılığı oksidləşmə-reduksiya potensialı kəmiyyətini təyin edir. Kimyəvi, üzvi və qeyri-üzvi birləşmələrin biokimyəvi oksidləşmə prosesləri zamanı bu proseslərin istiqamət və sürətinə əhəmiyyətli dərəcədə təsir edir. Oksigen rejiminin su hövzəsinin varlığına böyük təsiri var. Məsələn, həll olunmuş oksigenin minimal miqdarı (~5 mq/dm³) balıqların normal inkişafını təmin edir. Həll olunmuş oksigenin miqdarının 2 mq/dm³ qədər azalması balıqların kütləvi qırılmasına gətirib çıxara bilər. Su qatının intensiv qarışmaması nəticəsində fotosintez prosesləri zamanı suyun oksigenlə ifrat dərəcədə doyması su varlıqlarına mənfi təsir göstərir. Suda həll olunmuş oksigenin və hidrogen ionlarının qatılığı temperaturun artması ilə tərs mütənasibdir.
Tərkibində neft olan çirkab suları kolloid və həll olunmuş çirkləndiricilərdən təmizləmək üçün fiziki-kimyəvi metodlardan istifadə olunur.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə