Qrup: 419a buraxiliş İŞİ Mövzu


a)Dağılan neft odadavamlı bumda və ya seqreqasiya zonasında saxlanılır. b)



Yüklə 6,63 Mb.
səhifə7/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   2   3   4   5   6   7   8   9   10   ...   21
DİPLOM İŞİ Hazır

a)Dağılan neft odadavamlı bumda və ya seqreqasiya zonasında saxlanılır.
b)Alovlanma - Neftə yönəldilmiş alov, alışan odların əmələ gəlməsi ilə nəticələnir.
c)Alov neftin üzərinə yayılır və yağı yandırır.
d)Buraxılan alovun həcmi yanmağı saxlamaq üçün kifayət etmədikdə, alov sönür.
Dağılma yerində neftin yandırılması xüsusi quruluşlu bon çəpərinin daxilində də həyata keçirilə bilər [Şəkil 2.4]. Külək axının təsirindən hər hansı bir təbii və ya süni çəpərin daxilində lokallaşan neft də yandırılmaya məruz qala bilər. Bu üsulun tətbiq olunduğu şəraitinin müxtəlifliyi, hətta gecə və ya məhdud görmə şəraitində həyata keçirilə bilməsi qəza işlərinə cəlb olunmuş şəxsi heyyətə minimum vəsait ehtiyatları ilə səmərəli və geniş imkanlar yaradır. Böyük dağılmalar zamanı yanma, qabaqlayıcı tədbir kimi suyun səthində üzən kiçik miqdarda qalıq materialların məhv edilməsi üçün həyata keçirilə bilər.

Şəkil 2.4. Neftin bon çəpəri daxilində yandırılması
Dağılma yerində neftin yandırılması, bon çəpərinin asan və rahat daşınması, şəxsi heyətin yanma zonasından təhlükəsiz şəraitdə dayanması sayəsində heyətdən minimal hazırlıq və təcrübə tələb edir. Yanma dağılmanı aradan qaldırmağın digər üsulları az effektiv olduqda və ya həyata keçirilməsi mümkün olmadıqda, həmçinin konkret sahə və ya coğrafi regiona uyğun olan metod müəyyənləşdirildikdən sonra digər üsullara paralel olaraq tətbiq edilə bilər [5,10].
Külək və su səthinin vəziyyəti həm dağılma yerində neftin yandırılmasının, həmçinin digər ənənəvi üsulların həyata keçirilməsi üçün məhdudlaşdırıcı faktorlardır.

2.3 Bioloji üsul


Bioloji üsul ən azı 0,1 mm təbəqə qalınlığı ilə fiziki-kimyəvi və mexaniki üsullardan sonra istifadə olunur. Bu metodun ən böyük səmərəliliyi tətbiq edilən ilk günündə nəticə əldə olunur. Neftlə çirklənmiş suyun və torpağın təmizlənməsi texnologiyası bioremediasiyadır, o, karbohidrogenlərin və ya biokimyəvi preparatların oksidləşməsinə əsaslanan xüsusi mikroorqanizmlərin istifadəsinə əsaslanır [Şəkil 2.5]. Bioremeditasiya xüsusi, karbohidrogen oksidləşdirici mikroorqanizmlərin və ya biokimyəvi preparatların istifadəsinə əsaslanan neftlə çirklənmiş torpaq və suyun təmizlənməsi texnologiyasıdır. Neft karbohidrogenlərini mənimsəməyə qadir olan mikroorqanizmlərin sayı nisbətən azdır.

Şəkil 2.5. Mikroorqanizmlərin istifadəsi


Yekun olaraq qeyd etmək lazımdır ki, dağılmanın aradan qaldırılması üçün görülən tədbirlərin səmərəliliyi, şübhəsiz ki, xeyli dərəcədə zaman amili ilə müəyyən edilir [19,23]. Bunun üçün fövqəladə neft dağılması haqqında ilkin məlumat əsasında neft ləkəsinin istiqamətini və sürətini müəyyən etmək, fövqəladə halların aradan qaldırılması üçün bir neçə tədbirlər kompleksi hazırlamaq lazımdır. Bundan sonra limanların azalmaz ehtiyatları nəzərə alınmaqla, işə kifayət qədər miqdarda zəruri texniki vasitələrin, sorbentlərin və bumların cəlb edilməsi üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsini təmin etmək vacibdir.
Həmçinin, mümkünsə, neft rezervuarların səthlərinin lazerlə təmizlənməsi üsulundan istifadə etmək lazımdır, çünki mexaniki və kimyəvi təmizləmə üsulları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir: sürətli, təmassız və universaldır.
Eyni zamanda qeyd etmək lazımdır ki, ətraf mühitin neft kəmərlərinin qırılmalarından qorunması probleminə humanist yanaşma ilk növbədə nəinki tez təmizləmə effektinə nail olmaq, həm də uzunmüddətli fəaliyyətin təmin edilməsi deməkdir.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə