Qrup: 419a buraxiliş İŞİ Mövzu


Neft dağılmalarında ətraf mühitin monitorinq aparılması



Yüklə 6,63 Mb.
səhifə15/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
DİPLOM İŞİ Hazır

3.2 Neft dağılmalarında ətraf mühitin monitorinq aparılması


Ekoloji monitorinq Ekologiya İdarəsi tərəfindən aparılmışdır. Monitorinq Xəzər dənizi akvatoriyası və sahilyanı suların, quruda səth, qrunt suların, torpaqların çirklənməsi üzərində aparılıb. Ekoloji monitorinqin müasir səviyyədə təşkili üçün yeni laboratoriya avadanlıqlarının alınması, ekologiya və keyfiyyət sistemlərinin tələblərinə uyğun olaraq monitorinq sisteminin daima təkmilləşdirilməsi və inkişaf etdirilməsini ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun təşkili həyata keçirilməyə başlanmışdır [23].

"Azneft" İB-nin "28 May” NQÇİ-nin “Günəşli" yatağında ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi "Eko Mühəndislik Xidmətləri" QSC-nin "Ekologiya" İdarəsinin əməkdaşları tərəfindən 2022-ci ilin 16-18 oktyabr tarixlərində keçirilmişdir [21].
Ətraf mühitin vəziyyətinin monitorinqi "MPK-452" gəmisi vasitəsilə həyata keçirilmişdir [şəkil 3.3].

Şəkil 3.3 "MPK-452" gəmisi

  • Müəssisə haqqında məlumat

“Günəşli” yatağı SOCAR-ın “Azneft” İB-in 28 May adına NQÇİ tərəfindən istismar olunur. “Günəşli” strukturu ilk dəfə 1958-1963-cü illərdə aparılan seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunub [şəkil 3.5]. “Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir [şəkil 3.4]. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 km, eni 4 km-dir.
1 nömrəli kəşfiyyat quyusu 1977-ci ildə qazılıb və yatağın tammiqyaslı istismarına başlanılıb [24]. 1979-cu ildə 4 nömrəli quyu 3456-3424 metr dərinlik intervalında fontan üsulu ilə sutkalıq 230 ton neft verib. Bundan sonra aparılan axtarış-kəşfiyyat işləri nəticəsində “Günəşli” yatağının neft-qaz kondensat , eləcə də qaz-kondensatlı olması müəyyən olunmuşdur. Yataq 1979-cu ildə açılsa da, onun sənaye əhəmiyyətli işlənilməsinə 1985-ci ildən başlanılıb. 1983 cü ildə qazma işləri intensivləşdirilib və 2 stasionar platformadan aparılıb (1 və 2 nömrəli dəniz özülləri), 1985-1990- cı illərdə daha 12 platforma tikilib istismara verilib. Yataqda, ümumilikdə 15 dərin özülü fəaliyyət göstərir. Hasil olunan məhsul- neft və qaz sualtı boru xətləri ilə Neft Daşlarındakı yığım nəql məntəqələrinə, oradan isə Dübəndi terminalına ötürülür.


Şəkil 3.4. “Günəşli” yatağının yerləşmə sxemi

Şəkil 3.5. “Günəşli” yatağı

“Azneft” İB üzrə hasilatın 60%-dən çoxunu verən “Günəşli” yatağından çıxarılan neft həm də ən yüksək keyfiyyətə malik olması ilə seçilir. Burada çıxarılan neft tərkibinə və özlülüyünə (mayenin axma sürəti) görə dünya bazarlarında Azərbaycan brendi olan “Azeri Light” markasına tam uyğundur.


“Günəşli” neftinin qurudakı yataqlardan hasil olunan neftlərlə fərqi onun yüngüllüyündədir( quru yataqlarında çıxan neftin sıxlığı 0,88-0,90 q/ , “Günəşli” neftinin sıxlığı isə 0,85-0,86 q/ -dir ).
“Günəşli” neftlərinin tərkibində asfalten qətran və parafinin miqdarı azdır. Şəffaf məhsulların (benzin, kerosin, liqroin, dizel yanacağı və. s) miqdarı 50% təşkil edir.
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə