Qrup: 419a buraxiliş İŞİ Mövzu


Monitorinq üzrə nəticələr



Yüklə 6,63 Mb.
səhifə17/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   13   14   15   16   17   18   19   20   21
DİPLOM İŞİ Hazır

Monitorinq üzrə nəticələr

"Eko Mühəndislik Xidmətləri" QSC-nin "Ekologiya" idarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən neft-qaz yataqlarında monitorinq tədqiqatları aparılmışdır.
Bu tədqiqatlar Xəzər dənizinin vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, onların hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir.
Neft-qaz əməliyyatları zamanı qazma qurğularından, avadanlıq və texniki vasitələrdən istifadənin təsiri dənizin neft və neft məhsulları ilə çirklənməsinə və dib çöküntülərinin təbii durumunun pozulmasına gətirib çıxarmasını yoxlamaq məqsədilə, ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi il ərzində 2 dəfə mövsümlər üzrə aparılır. Ekoloji monitorinqin mövsümlər üzrə aparılması zamanı su qatının stratifikasiyası dövrlərində planktonun populyasiya sıxlığını, suyun üst və alt qatlarında qida maddələrinin miqdarı öyrənilir [25].
Tədqiqat zamanı əsas diqqət su səthinin və dəniz dibinin kimyası və biologiyasına yönəldilir. Təcrübələr göstərir ki, dəniz dibi hasilat fəaliyyəti ilə bağlı təsirlərin baş verə biləcəyi ən ehtimal edilən sahədir. Bundan əlavə, dənizin dibi ətraf mühitin keçmişdə baş vermiş hadisələri mühafizə edən nisbətən sabit bir hissəsidir və istismar fəaliyyətinin kumulyativ təsirlərinin qiymətləndirilməsi üçün ideal bir mühitdir.
SOCAR-ın "Azneft" İB-nin "28 May", NQÇİ-nin “Günəşli" yatağında ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi təsdiq edilmiş layihəyə əsasən seçilmiş 15 stansiya üzrə həyata keçirilmişdir.

  • Günəşli" yatağının geoloji xarakteristikası

Günəşli yatağı Abşeron arxipelaqında Bakı şəhərindən 120 km şərqdə və Neft Daşları yatağından 12 km cənub-şərqdə yerləşir. İnzibati cəhətdən Günəşli yatağı Bakı şəhərinin Xəzər rayonunun ərazisinə daxildir. Yatağın yerləşdiyi rayon hidroqrafik cəhətdən açıq dəniz sahəsidir. Yatağın hüdudlarında dənizin dərinliyi 80 m-dən (şimali-qərbdə) 300 m-ə qədər (cənub-şərqdə) dəyişir. Dənizin dibi qalınlığı 2-5 m olan lilli alevritlərdən ibarət müasir dəniz çöküntüləri ilə örtülmüşdür [20,23]. Yatağın yerləşdiyi sahədə şimal-qərb istiqamətli dəniz dibi axınlar üstünlük təşkil edir. Xəzər dənizində axınların sürətinin səciyyəvi qiyməti 15-20 sm/san-dir, ancaq bu qiymət Çilov adası ilə Neft Daşları arasındakı hissədə 100 sm/san-yə çatır.
Rayonun iqlimi mülayim və subtropikdir. Günəşli yatağı rayonunda orta illik temperatur +12.2 °C, qış dövründə havanın orta aylıq temperaturu müsbətdir: +2° - +5 °C (yanvar-fevral aylarında bəzən -13 °C-yə enir), isti aylarda isə (iyul-avqust aylarında) +35° - +40°C olur. Havanın nisbi rütubəti 72- 85 % arasında dəyişir. Xəzər dənizi üçün ən səciyyəvi hidrometeoroloji amil küləklərdir. Rayonun ərazisində əsasən şimal istiqamətli küləklər müşahidə olunur. Abşeronda Xəzri adı ilə tanınan şimal istiqamətli bu küləklər bəzən qasırğa dərəcəli olur və sürətləri 30-35 m/san-yə çatır. Orta və güclü küləklər əsasən payız və qış aylarında müşahidə olunur və bu da böyük uzunluq və hündürlüklü səth dalğaları yaradır. Noyabr ayından mart ayına qədər olan müddətdə 6 bal gücündə dalğaların müşahidə olunması adi haldır. Qasırğalı günlərdə hündürlüyü 8 m, uzunluğu isə 100- 150 m-ə çatan ən güclü dalğalar müşahidə olunur. Ərazidə nisbətən sakit müddət may ayından avqusta qədər olan dövrdür.
Ərazidə yağıntının miqdarı 170-230 mm hüdudunda olur. Maksimum yağıntı noyabr ayında, minimum isə yay aylarında baş verir. Gur yağışlar əsasən payız-qış aylarında olur. İl boyu yatağın akvatoriyasında dəniz donmur. Ancaq qışı sərt olan illərdə Abşeron sahillərinin də donması müşahidə olunmuşdur. Son 70 ildə 6 dəfə Abşeron yarımadası rayonunda donma və buzların dreyfi müşahidə olunmuşdur.
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə