Qrup: 419a buraxiliş İŞİ Mövzu


Aparılmış eksperimentlər nəticəsində su nümunələrində neft məhsullarının təhlili



Yüklə 6,63 Mb.
səhifə19/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
1   ...   13   14   15   16   17   18   19   20   21
DİPLOM İŞİ Hazır

Aparılmış eksperimentlər nəticəsində su nümunələrində neft məhsullarının təhlili
Cədvəl 3.1

Stansiyanın № - si

Dərinlik,m

Neft məhsulları,mq/l

1

5,0

0,071

51,0

0,073

97,0

0,072

2

5,0

0,070

100,0

0,076

195,0

1,317

3

5,0

1,317

100,0

0,087

200,0

0,081

Neft məhsullarının çıxımının optimallaşdırılması üçün kəskin çıxma metodu seçirik. Asılı olmayan amil kimi quyunun dərinliyini seçilmişdir. İndi isə planlaşdırma parametrini qururuq.
Cədvəl 3.2

Parametrlər













temperatur,

,

H,

min

10

5

50

max

30

30

200


Planlaşdırma matrisası
Cədvəl 3.3

Texnoloji parametrlərin təbii qiymətləri

Texnoloji parametrlərin kodlaşdırılmış qiymətləri

Çıxış















y, mq/l

1

10

5

50

-1

-1

-1

0,05

2

20

5

50

+1

-1

-1

0,049

3

10

30

50

-1

+1

-1

0,051

4

20

30

50

+1

+1

-1

0,05

5

10

5

200

-1

-1

+1

0,049

6

20

5

200

+1

-1

+1

0,048

7

10

30

200

-1

+1

+1

0,05

8

20

30

200

+1

+1

+1

0,047

Onda reqresiya tənliyi:


y=0,044-0,001 +0,002 +0,002

Müşahidənin nəticələri:
Cədvəldən görünür ki, neft məhsullarının miqdarları fon qiymətləri BBQH- dən 2-3 dəfə artıqdır [24]. Günəş şüalarının (ultrabənövşəyi) təsiri və temperaturun artması nəticəsində su səthinə dağılmış neft parçalanmasına məruz qalır çoxalır. Dənizin karbohidrogenlərlə çirklənməsinin mənbəyi neftin daşınması, karbohidrogenlərin təbii sızmaları, sənaye tullantıları, neft emalı müəssisələri və dəniz-neft mədənlərindən itkilər hesab olunur.
“Günəşli” yatağı akvatoriyasında çoxlu sayda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məxsus olan gəmilər müşahidə edilir. Ərazinin çirklənməsinin dərəcəsinə həmin gəmilərin texniki nasazlığı da təsir edə bilər. Bundan əlavə, tədqiq olunan rayon mürəkkəb oliyunan geoloji, hidroqrafik xüsusiyyətlərlə və güclü axınlarla xarakterizə olunduğundan, müxtəlif maddələrin miqdarı, o cümlədən neft məhsullarının miqdarı da bu rayonda mövsümdən asılı olaraq dəyişir.
Neft bütün canlı orqanizmlərə və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir göstərir. Dəniz səthindəki neft pərdəsi dəniz və atmosfer arasında olan enerji, istilik, rütubətlik və qaz mübadiləsini poza bilər. Son nəticədə dənizin səthindəki neft təbəqəsi dənizdə fiziki-kimyəvi və hidroloji şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər.
Bu sahələrin dib çöküntülərində anaerob proseslər dominantlıq edir. Bu zaman üzvü və qeyri- üzvü maddələr oksigensiz şəraitdə mikroorqanizmilərin köməyi ilə parçalanaraq , , S, N kimi maddələrin toplanmasına səbəb olurlar.

3.3 Ətraf mühitin mühafizəsi üzrə görülən işlər


XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, hətta onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal fəlakətlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etirazlarını bildirməyə, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı. Ölkəmizdə ətraf mühitin, flora və faunanın qorunması, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf sisteminin tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizə istiqamətlərinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədi ilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas prioritet istiqamətlərindən biridir [19]. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ şəkildə həll olunmasını, həmçinin, ətraf mühitin sağlamlaşdırılmasıyla əlaqədar işlər həyata keçirir. Təbii ehtiyatların istismar intensivliyi nəzərə alıb Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin olunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması,o cümlədən, problemlərin azalmasına və bu sahədə əsaslı sağlam dönüşün yaranmasına gətirib çıxarır [18,21]. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı ehtiyatının bərpa olunmayan səviyyədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsinə dair prinsiplərini tətbiq edir.
Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi sayəsində bu sahəyə diqqət daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, o cümlədən sonrakı illərdə ölkəmizdə yüz milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçımızın özünün də bu tədbirlərdə iştirak etməsi ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla və həmçinin cəmiyyətində bu istiqamətə yönləndirilməsinə müvəffəq olmuşdur. Bunlarla yanaşı, gənc nəslin ekoloji maarifləndirilməsi ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilmişdir [18]. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və keçiriləcək bir sıra işlərin, bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmış, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının yüksək səviyyədə zəruriliyi diqqətə çatdırılmışdır.
Ekoloji mühitin sağlamlaşdırılmasında yaşıllıqların salınması mühüm rol oynayır. Bunu nəzərdə saxlayaraq Ekologiya İdarəsi H.Z.Tağıyev adına NQÇİ-nin ərazisindəki 8,7 hektar sahədə "Ekoloji park" yaradır. Parkın salınmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat və ətraf mühitin qorunması problemlərinin vətəndaşlara birinci dərəcəli vəzifə olmasını göstərməkdir. Gələcəkdə habelə ekoloji maarifləndirmə tədbirləri çərçivəsində şagird və tələbələrin parka ekskursiyalarını, ekoloji olimpiadalar, müxtəlif viktorina və müsabiqələr təşkil etmək, eləcə də ekoloji mövzularla bağlı fikir mübadiləsi aparılması planlaşdırılır [20].
Belə mühüm məsələlərin arasında lay sularının utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, istehsalat tullantılarının idarə olunması, enerjiyə qənaət texnologiyalarının tətbiqi, Bakı buxtasının təmizlənməsi, yaşıllaşdırma işləri məsələləri də əsas yer tutur.
Misal üçün bu kimi tədbirlərə aşağıdakılar aid etmək olar:
Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin landşaftın yenidən bərpası” layihəsi çərçivəsində ümumi sahəsi 68 ha olan ərazi tam bərpa edilmişdir, lay suları, duz, yod və digər tullantılardan təmizlənib, drenaj şəbəkəsi çəkilmiş, yerli iqlim şəraitinə uyğun ağaclar əkilərək yaşıllıq zolağı salınmışdır. Hal hazırda təmizlənmiş su əlavə olaraq yenidən təmizlənərək ağacların suvarılmasında istifadə olunur.
Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində ümumi ərazisi 264 ha olan sahə bərpa olunmuşdur. Bu sahələr neft və neft məhsulları ilə çirklənmiş şlamlardan təmizlənmiş, çirkab suları altında qalmış gölməçələr isə qurudularaq yaşıllaşdırılmışdır.
Bu kimi keçirilən tədbirlərin məqsədi cəmiyyətin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu çərçivədə şüur inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə