Qrup: 451. 19 Fakültə: nmf ixtisas: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Müəllim: Həsənova Nailə


Boru tipli (qondarılmayan) ştanqlı nasoslar



Yüklə 253,27 Kb.
səhifə4/8
tarix23.05.2022
ölçüsü253,27 Kb.
#87802
1   2   3   4   5   6   7   8
Dərinlik nasosunun qıfılının bərpası üçün mexaniki təmir sahəsinin layihələndirilməsi

1.2. Boru tipli (qondarılmayan) ştanqlı nasoslar
Bu nasoslarda (şəkil 1.3) silindr quyuya nasoskompressor boru kəmərinin aşağı uc hissəsinə bağlanılaraq plunjersiz buraxılır. Silindr quyuda asılı vəziyyətdə saxlanılır. Sonra isə plunjer sorucu və vurucu klapanlarla birlikdə ştanqlar vasitəsilə quyuya buraxılaraq silindrə daxil edilir. Sorucu klapan silindrin aşağı hissəsində konusvari yuvada oturdulur. Klapanların bu yuvalardan qaldırılmasına gəldikdə boru tipli nasoslar tutucu ştoklu və xüsusi tutucuya (15) malik olmaqla iki yerə ayrılır. Birinci konstruksiyada tutucu ştokun aşağı hissəsi sorucu klapanın gövdəsi ilə əlaqəlidir. Onun yuxarı hissəsi isə plunjerin daxilində yerləşir. Tutucu ştokun plunjerin daxilindən çıxmaması üçün onun baş hissəsi çıxıntıya malikdir. Ştokun uzunluğu plunjerin müəyyən olunmuş gedişini təmin edir (bu nasoslarda plunjerin gedişi məhduddur). Eyni zamanda ştokun diametri plunjerin aşağı ucundakı keçidinin diametrindən kiçikdir və neftin plunjerə sərbəst daxil olmasına mane olmur. Qaldırıcı boru kəmərini neftdən azad etmək üçün ştanq kəmərinin köməyi ilə nasosun plunjerini quyu ağzına qaldırırlar. Plunjer nasosun silindrindən çıxdıqda onun aşağı ucu tutucu ştoku dartır və sorucu klapan yuvadan çıxır. Qaldırıcı kəmərdəki neft həmin yuvanın keçidindən quyuya axıdılır. Bu konstruksiyada (şəkil 1.3) sorucu klapan xüsusi qısa tutucu ştokla təmin edilir. Onun yuxarı ucunda xaçvarı çıxıntı düzəldilib və birinci konstruksiyadan fərqli olaraq iş prosesində plunjerlə əlaqəsi olmur. Plunjerin aşağı ucu fiqurlu (bayenetli) kəsiyi olan tutqacla təmin olunub. Təmir zamanı qaldırıcı boru kəmərini neftdən azad etmək üçün ştanq kəmərini bir qədər aşağıya endirirlər. Nəticədə tutqac ştoka keçirilir və sonra quyu ağzından ştanq kəmərini müəyyən qədər fırlatmaqla ştokun çıxıntılarının tutqacın fiqurlu kəsiyinə daxil olunub ilişməsini təmin edir. Bundan sonra ştanq kəməri köməyi ilə plunjer sorucu klapanla birlikdə quyu ağzına qaldırılır. Boru kəmərindəki neft isə yenə də sorucu klapanın oturtma yuvasının keçidindən quyuya axıdılır.

Şəkil 1.3. Qondarılmayan (boru tipli) dərinlik nasosunun sxemi. 1 и 13 − nasosun oturdulması üçün muftalar; 2 − vurma klapanının qəfəsi, 3 və 17 − klapanlar, 4, 11 və 18 − klapanların yəhərləri; 5 − nippel; 6 − nasosun plunjeri; 7 − silindr-oymaq; 8 − örtük; 9 − klapanın gövdəsi; 10 − klapanın stəkanı; 12 − tutucu; 14 − uzunlaşdırıcı borucuq; 15 − tutucunun ştoku; 16 − sorma klapanının qəfəsi; 19 − konuslu ucluq; 20 − konusunun yəhəri

Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə