Qrup: 451. 19 Fakültə: nmf ixtisas: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Müəllim: Həsənova Nailə



Yüklə 253,27 Kb.
səhifə2/8
tarix23.05.2022
ölçüsü253,27 Kb.
#87802
1   2   3   4   5   6   7   8
Dərinlik nasosunun qıfılının bərpası üçün mexaniki təmir sahəsinin layihələndirilməsi

I.Fəsil. Dərinlik nasosları
1.1. Quyu dərinlik nasosları
Dərinlik nasosu yeraltı neft mədən avadanlığıdır.
Quyu dərinlik nasosları iki növ olur:
1. ştanqlı nasoslar – bunlarda hərəkət yer səthindəki mühərrikdən ştanqlar vasitəsilə quyu içərisindəki nasosa ötürülür;
2. ştanqsız nasoslar – bu nasoslar mühərriklə birlikdə quyunun istənilən dərinliyinə buraxılır.
Dərinlik quyu ştanqlı nasos qurğusu neftin çıxarılmasında tətbiq olunan ən geniş yayılmış nasos avadanlığıdır. Onun geniş tətbiq olunmasının əsas səbəblərindən biri konstruktiv cəhətdən nisbətən sadə, az və orta məhsuldarlıqlı quyuların istismarında əlverişli olmasıdır. Quyu ştanqlı nasosla gün ərzində 500 m3 -ə qədər mayeni yer səthinə qaldırmaq mümkündür. Quyu ştanqlı nasos qurğusu quyudaxili və quyuüstü avadanlıqlar sistemindən ibarətdir. Quyudaxili avadanlıqlar qrupuna daxildir: – quyu ştanqlı nasosu; – nasos ştanqları; – nasos-kompressor boru (NKB) kəmərləri; – qoruyucu tərtibatlar. Quyuüstü avadanlıqlar qrupuna isə aiddir: – bütövlüklə intiqal; – üçboğazdan ibarət quyuağzı sarğı; – quyuağzı kipləşdirici və s. Ştanqlı dərinlik nasos qurğusunun ümumi görünüşü şəkil 1.2-də verilir. Onların əsas hissələri: filtr 7, dərinlik nasosu 6, qondarılan nasos qıfılının dayağı 5; nasos-kompressor boruları 3, nasos ştanqları 4, üçboğaz və quyuağzı kipləşdirici 2 və mancanaq qurğusudur.

Şəkil 1. Dərinlik nasoslarının ümumi (sadələşdirilmiş) təsnifatı

1. 1920-ci ildən başlayaraq bu günə kimi neftin hasil edilməsində ştanqlı quyu nasosları geniş miqyasda istifadə olunmaqdadır. Bu dövr ərzində ştanqlı quyu nasoslarının konstruksiyaları istismar şəraitinin tələblərinə uyğun olaraq daimi təkmilləşdirilir. Ştanqlı quyu nasosları ölkəmizdə indiki Suraxanı maşınqayırma zavodunda Amerika Neft İnstitutunun (ANI) API Specıfıcatıon 11AX (Spec 11AX) standartı əsasında Azərbaycan Respublikasının Dövlət Standartı Az 3012-98-ə uyğun istehsal olunur. Dərinlik nasosları adi, birbaşa keçiricili və plunjerlidirlər. Nasos polad örtük içərisində iki bərkidici mufta arasında yerləşən çuqun oymaqlardan ibarətdir ki, bunlar da işçi silindri təşkil edir. Silindrin aşağı hissəsində kürəvi sorucu klapan olur. Vurucu kürəvi klapan isə hərəkət edən plunjerin axırında xüsusi qəfəs içərisində yerləşdirilir. Silindr nasos boruları üzərində maye səviyyəsinin altına, plunjer isə ştanqlar ilə birlikdə buraxılır. Plunjer vurucu klapanın qəfəsi vasitəsilə ştanqlardan asılır. Ştanqın yuxarı hissəsi mancanağın balansirinin başı ilə birləşdirilir. Mancanaq sürgüqolu-çarxqolu vasitəsilə yırğalanma hərəkəti edir və bununla da plunjerlə birləşmiş ştanqlar irəli-geri gedir. Elektrik mühərrikindən enerji ötürücü ilə keçərək çarxqolunu fırladır. Dərinlik nasosunun iş prinsipi belədir: plunjer yuxarı getdikdə vurucu klapan üzərindəki maye sütununun təzyiqi təsirindən qapanır. Sorucu klapan isə klapanın batma dərinliyinə uyqun maye sütununun təzyiqi təsirindən açılır və neft nasosa daxil olur – sorma prosesi gedir. Plunjer aşağı getdikdə isə əks proses baş verir, yəni vurucu klapan açılır, sorucu klapan qapanır. Nəticədə nasos borularında maye səviyyəsi quyu ağzına kimi qalxır. Nasosun bundan sonrakı işində maye yer səthinə qaldırılır. Dərinlik nasosu iş zamanı çətin şəraitdə olur. Nasosun məhsuldarlığı bir çox amillərdən, məsələn ştanqların və boruların elastiki uzanmasından, boruların kipliyindən, silindr ilə plunjer arasındakı aralıqda təzyiq düşküsünün qiymətindən, sorulan mayedə qum və qazın miqdarından və borulara parafinin çökmə intensivliyindən asılıdır. Çıxarılan mayedən qum və qazı ayırmaq üçün nasosun qəbulunda qaz və qum lövbərləri qoyulur. Dərinlik nasoslarının sadələşdirilmiş təsnifatından (şəkil 1.1) görünür ki, ştanqlı dərinlik nasosları iki növ ola bilər: 1) borulu (qondarılmayan) və 2) taxma (qondarma) nasoslar. Qeyd etmək lazımdır ki, qəbul olunmuş AZS-012-98 standartına əsasən Suraxanı maşınqayırma zavodunda ştanqlı quyu nasosları qondarma (R) və boru (T) tipli olmaqla oymaqsız və oymaqlı silindrlərlə istehsal olunur (cədvəl 1.1).



Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə