Qrup: 451. 19 Fakültə: nmf ixtisas: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Müəllim: Həsənova Nailə



Yüklə 253,27 Kb.
səhifə3/8
tarix23.05.2022
ölçüsü253,27 Kb.
#87802
1   2   3   4   5   6   7   8
Dərinlik nasosunun qıfılının bərpası üçün mexaniki təmir sahəsinin layihələndirilməsi

Cədvəl 1.1 Quyu ştanqlı nasoslarının tipi, icra növləri və diametri

Taxma (qondarma) nasoslarda (R tipli) silindr ilə plunjer ştanqlar vasitəsilə quyuya salınır və qaldırılır (şəkil 1.2, a). Silindr nasos borularının içərisində olan dayaq üzərinə qoyulur. Plunjer isə vurucu klapan ilə ştanq üzərində quyuya salınır. Borulu (qondarılmayan) nasoslarda (T tipli) isə silindr nasos borularının davamıdır (şəkil 1.2, b). Borulu (qondarılmayan) və taxma (qondarılan) nasosların iş prinsipi eyni, quruluşları müxtəlifdir. Borulu nasoslarda sorucu klapan tutucu ştok ilə çıxarılır. Tutucu ştok dairəvi poladdan hazırlanır və onun diametri və uzunluğu nasosun ölçüsündən asılı olaraq müxtəlif olur. Bir ucunda yastı başlıq, digər ucunda sorucu klapanın qəfəsinə birləşmək üçün yiv vardır. Klapanı çıxarmaq üçün plunjer qaldırılır və aşağı qayka vasitəsilə ştokun başlığı tutulur. Taxma nasoslarda da silindr hərəkətsiz, plunjer hərəkətlidir. Səyyar nasoslarda isə əksinə, plunjer hərəkətsiz qalır, silindr ştanqlarla birlikdə hərəkət edir. Taxma nasoslarda silindr plunjerlə birlikdə nasos ştanqları ilə yer səthinə qaldırılır. Təmir zamanı (məsələn, nasos dəyişdirilən zaman) nasos borularını quyudan qaldırmaq lazım gəlmədiyi üçün xeyli vaxta qənaət etmək olur. Buna görə də taxma nasoslar borulu nasoslardan əlverişlidir. Bu nasoslar nasos boruları içərisində yerləşdiklərindən, onların diametri borulu nasosların diametrindən kiçik olur. Taxma nasosu mürəkkəb quruluşlu olduğundan bir hissəsi xarab olan kimi nasosun işitamam pozulur. Odur ki, bunların tətbiqi bir qədər məhdudlaşır. Məsələn, 2" (≈ 50 mm) borularda plunjerin diametri 28 mm-dir. Bu nasoslar iki və dörd klapanlı olur və dərin quyularda işləyir. Qumlu quyularda səyyar nasoslardan istifadə edilir. Silindrin hərəkət etməsi nasosun ətrafında qumun çökməsinə imkan vermir. Müxtəlif markalı nasosların silindrinin diametri və uzunluğu müxtəlif olur. Dərinlik nasoslarının xüsusiyyətləri onların ikiqat gedişlərinin sayının az, gediş yolunun böyük olmasıdır.
Quyu ştanqlı nasosların normal işləməsinə mənfi təsir göstərən başlıca səbəb onun quyudan vurduğu mayenin tərkibində:
– qazın; – qumun;
– korroziya edici elementlərin (karbon qazı CO2, hidrogen sulfid H2S), müxtəlif duzların, parafinin;
– mayenin yüksək özlülüklü emulsiyasının və s. olmasıdır.
Bu göstərilən amillər nasosun vurduğu mayedə olmayanda yaxud az təsir edən miqdarda olanda, nasosun aşağı ucunda qəbul hissəsinə adi sadə süzgəc və separatorlar qoyulur. Vurulan mayenin özlülüyü az və qum dənələrinin ölçüsü böyük olduqda bu separatorların səmərəliliyi çox olur. Vurulan mayenin tərkibində qazın miqdarı çox olduqda, onunla mübarizə üçün nasosun quyuda mayeyə batırılma dərinliyini artırmaq, nasosun ölü fəzanı azaltmaq və xüsusi konstruksiyalı nasosların tətbiqindən başqa, nasosun qəbulunda qoyulmuş xüsusi qaz separatorları da tətbiq olunur. Müxtəlif konstruksiyalı qaz separatorları mövcuddur. Bunların iş prinsipləri qravitasiyaya, ətalətliliyə yaxud onların birliyinə əsaslanır. Quyu ştanqlı nasos qurğularında müxtəlif növlü intiqallar tətbiq olunur. Enerji növünə görə mexaniki, elektrik, istilik mühərrikli hidravliki və pnevmatik intiqallar mövcuddur. Mexaniki intiqallarda əsas vəzifəni mexaniki ötürücüləryerinə yetirir. Ötürücü bənd kimi hidravlik intiqallarda – maye, pnevmatik intiqallarda isə – hava istifadə olunur. Hidravliki və pnevmatik intiqallar nisbətən az tətbiq olunur. Bir sıra nöqsanları olduğundan onların quyu ştanqlı nasos qurğularında tətbiqi məhduddur. Quyu ştanqlı nasos qurğularında ən geniş tətbiq olunan elektrik mühərrikli mexaniki intiqallardır. Elektrik mühərrikləri mədən şəbəkəsindən enerji ilə təchiz olunurlar.

Şəkil 1.2. Dərinlik quyu ştanqlı nasos qurğusunun sxemi: a) R – qondarma tipli nasosla qurğu; b) T – qondarılmayan tipli nasosla qurğu; 1 – mancanaq dəzgahı; 2 – quyuüstü kipkəc; 3 – nasos-kompressor boruları sütunu (NKB); 4 – nasos ştanqları sütunu; 5 – qıfıl dayağı; 6 – quyu nasosları; 7 – süzgəc; 8 – sorma klapanı; 9 – vura klapanı; 10 – plunjer; 11 – sürgüqolu; 12 – çarxqolu; 13 – elektrik mühərriki; 14 – reduktor

İstilik (daxili yanma) mühərrikləri kimi əsasən maye yanacaq, yaxud mədən qazı ilə işləyən daxili yanma mühərrikləri istifadə olunur. Quyu ştanqlı nasos qurğularının (şəkil 1.2) əsas işçi mexanizmi olan quyu ştanqlı nasosu silindr 6 və içi boş plunjer 10-dən ibarətdir. Nasosun silindrində sorucu klapan 8, plunjerində isə vurucu klapan 9 olur. Nasos nasos-kompressor boru kəməri 3 ilə əlaqələndirilir. Plunjer yuxarı hissəsi pardaqlanmış ştokla (quyuağzı ştok) nasos ştanqları kəmərinə (kolonuna) 4 bağlanır. Nasos ştanqları kəməri kanat vasitəsilə mancanaq (balansir) başlığına 1 birləşdirilir. Birləşmə nöqtəsi nasos ştanqları kəmərinin asqı nöqtəsi adlanır. Quyuağzı ştok nasos-kompressor boru kəmərinin yuxarı hissəsində yerləşən nippeldə oturmuş kipləşdiricinin 2 içərisindən keçir. Mancanağın çarxqolu-sürgüqolu (çarxqolu 12, sürgüqolu 11) çevirici mexanizmi vasitəsilə О nöqtəsi (balansirin yastığı) ətrafında yırğalanma dönmə hərəkətinə gətirilir. Çarxqolunun dönməsi elektrik mühərrikindən 13 reduktorun 14 giriş (aparan) valına ötürülən fırlanma hərəkəti ilə icra olunur. Beləliklə, elektrik mühərrikinin 13 valının fırlanma hərəkəti mancanağın yırğalanma hərəkətinə çevrilərək nasos ştanqları 4 kəmərinin və eləcədə nasosun plunjerinin 10 irəli və geri (yuxanaşağı) hərəkət etməsinə gətirib çıxardır. Nasosun aşağı uc nöqtəsindən quyu ağzınadək olan məsafə nasosun asqısı adlanır. Nasos verilmiş rejimdə müəyyən müddət işlədikdən sonra quyuda mayenin qərarlaşmış səviyyəsindən sorucu klapana qədər olan məsafəyə nasosun mayeyə batırılma dərinliyi deyilir. Nasosun asqısı hal-hazırda 4000 m-ə çatır. Onun mayeyə batırılma dərinliyi quyu şəraitindən asılı olaraq 10...100 m-ə qədər və daha çox ola bilir. Nasos ştanqları kəməri 4 aşağı istiqamətdə hərəkət etdikdə plunjer 10 silindr 6 daxilində aşağı enir və bu zaman silindrdə olan maye plunjerdə yerləşdirilmiş vurucu klapanın 9 dəliyindən ardıcıl olaraq plunjerin daxili boşluğundan keçərək silindrin üst hissəsinə və eləcədə nasos-kompressor boru kəmərinə daxil olur. Bu zaman sorucu klapan 8 bağlı halda olur. Ştanq kəməri yuxarı istiqamətdə hərəkət etdikdə vurucu 8 klapan bağlanır və plunjer onun üstündə olan mayeni qaldırır. Beləliklə, maye yer üstünə nəql olunur və birləşdirici borudan keçərək yığım çəninə axıdılır. Nasos ştanqlarının yuxarı hərəkəti vaxtı sorucu klapan açılır və maye quyudan plunjerin altına sorulur. Sonra sikl təkrar olunur. УНР tipli dərinlik quyu ştanqlı nasos qurğularının əsas göstəriciləri cədvəl 1.2-də verilmişdir.


Cədvəl 1.2 УНР tipli dərinlik quyu ştanqlı nasos qurğularının göstəriciləri




Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə