Qrup: 451. 19 Fakültə: nmf ixtisas: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Müəllim: Həsənova Nailə



Yüklə 253,27 Kb.
səhifə5/8
tarix23.05.2022
ölçüsü253,27 Kb.
#87802
1   2   3   4   5   6   7   8
Dərinlik nasosunun qıfılının bərpası üçün mexaniki təmir sahəsinin layihələndirilməsi

1.3. Qondarma tipli ştanqlı nasoslar
Bu nasoslarda (şəkil 1.4) silindr yığım halında plunjer və klapanlarla birlikdə ştanqlar vasitəsi ilə əvvəlcədən quyuya endirilmiş nasos-kompressor boru kəmərinin daxili ilə quyuya buraxılır. Bu halda quyu ştanqlı nasos nasos-kompressor boru kəmərinin aşağısında yerləşdirilmiş xüsusi oturtma konusunda (qıfıl dayağı) oturdulur və kipləşdirilir. Nasosun qıfıl birləşməsi onun aşağı hissəsində və ya yuxarı hissəsində ola bilər. Qondarma nasoslarının hər hansı səbəbdən quyudan qaldırmaq üçün ştanqları qaldırmaq kifayətdir ki, bu zaman onunla birlikdə nasos yığım halında quyudan qaldırılmış olur. Bu nasosların üstün cəhəti onun qaldırılması zamanı bütün hissələrinin yer səthinə çıxarılması, nasosun dəyişdirilməsi ilə əlaqəli nasos-kompressor boru kəmərinin qaldırılmaması, vurucu klapanın plunjerin aşağı ucunda olması hesabına nasosda zərərli həcmin az olmasından ibarətdir. Mənfi cəhətinə gəldikdə isə onun nasos-kompressor boru kəmərinin daxili ilə buraxıldığından sonuncunun diametri böyük olmasının və böyük diametrli boruda mayenin qalxma sürətinin kiçik olması hesabına mayedə olan qumun çökməsini göstərmək olar. Quyu ştanqlı nasosların şifrlənməsi aşağıdakı kimi aparılır. Qondarma tipli nasos (R), şərti diametri 1,5 düymə (38,1 mm) 100 dəfə artırılmaqla, bütöv qalın divarlı silindrlə (H) uzunluğu 10 fut (3048 mm), mexaniki birləşmə ilə (M), qıfıl birləşməsi silindrin yuxarısında olduqda (A), metal plunjerlə uzunluğu 4 fut (1219 mm), ümumi uzunluğu 4 fut (1219 mm) olan silindr uzadıcılı, 2,5 düymə (73 mm) şərti diametrli nasos-kompressor boru kəməri ilə buraxıldıqda 10 dəfə artırılmaqla normal icralı olarsa - Nasos 25- 150 RHAM 10-4-4 kimi işarə olunur. Eyni qayda ilə nasos boru tipli olarsa (T), şərti diametri 2,25 düymə (57,15 mm) 100 dəfə böyüdülməklə, oymaqlı silindrlə (L), oymaqlar sayı 15 ədəd, uzunluğu 4 fut (1219 mm), metillik plunjerlə, manjetli (C), sorucu klapan bərkidildikdə, ümumi uzunluğu 4 fut (1219 mm) silindr uzadıcı ilə, 2,5 düymə (73 mm) 10 dəfə artırılmaqla şərti diametrli nasos-kompressor boru kəməri ilə buraxıldıqda - Nasos 25-225 TLC 15-4-4 kimi işarə olunur. Diametrlərindən asılı olaraq qondarılmayan nasosların maksimal asqı dərinliyi təxminən 700...1500 m, qondarma nasosların isə 1200...2500 m bərabərdir. Plunjerlər əsasən 45 markalı və 20Х2МФА markalı poladlardan hazırlanır. Onların səthi yeyilməyə qarşı davamlı olan xrom və ya xəlitədən hazırlanmış ovuntu material ilə örtülür.

Şəkil 1.4. Qondarılan dərinlik nasosun sxemi. 1 − ştokun keçicisi; 2, 17 − kontrqayka; 3 − istiqamətləndirici nippel; 4 − konusun gövdəsi; 5 − keçici; 6 − quma qarşı klapan; 7 − kipləşdirici konus; 8 − dayaq həlqəsi, 9 − yaylı nübər; 10 − dayaq nippel; 11 − ştok; 12 − dayaq mufta; 13 − dayaq; 14 − silindrin keçiricisi; 15 − dayağın örtüyü; 16 − örtük; 18 − plunjerin qəfəsi; 19 − oymaq; 20 − quma qarşı plunjer; 21 − istiqamətləndirici mufta; 22, 26 − klapanın gövdəsi; 23, 27 − klapanın stəkanı; 24, 29 − klapanın yəhəri; 25 − ucluq; 28 − kürə; 30 − konus-ucluq.



Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə