Qrup: 474 Tələbə: Hüseynzadə Səid Müəllim


İqtisad elminin ümumi xarakteristikası İqtisadiyyatın tərkib hissələri



Yüklə 50,16 Kb.
səhifə2/3
tarix31.12.2021
ölçüsü50,16 Kb.
#81380
1   2   3
iqtisadiyyat 1

İqtisad elminin ümumi xarakteristikası İqtisadiyyatın tərkib hissələri

İqtisadiyyat insan fəaliyyətinin mühüm aparıcı sahəsidir və əsas funksiyası məhdud resurslardan səmərəli istifadə etməklə cəmiyyətin artmaqda olan tələbatlarını ödəməkdir.

İqtisadi hadisə dedikdə iqtisadi subyektlərin fəaliyyəti başa düşülür. Çünki, məhz fəaliyyət sahəsində iş qüvvəsi əməyə, əmək cisimləri isə məhsula çevrilir, istehsal prosesi baş verir. Nəticədə əmtəə və xidmətlər yaradılır. Əmtəə və xidmətlərin satışı özü də iqtisadi hadisədir. İqtisadi hadisə istehsalbölgü mübadilə-istehlak mərhələlərini özündə əks etdirir.

Daim hərəkətdə (dinamikada), fasiləsiz baş verən iqtisadi hadisələr məhz iqtisadi proseslərdir.

Cəmiyyətdə çoxlu sayda mürəkkəb və ziddiyyətli iqtisadi hadisə və proseslər baş verməkdədir. Onları qlobal və milli səviyyədə öyrənmək tələb olunur. İqtisadi hadisə və proses dedikdə yuxarıda qeyd etdiyimiz mərhələli fəaliyyət, yəni istehsal-bölgü-istehlak əsas yer tutur.

Qeyd edək ki, insan həyatında əsas yeri hər şeydən (elm, incəsənət, səyahət və s. mənəvi nemətlər) əvvəl zəruri yaşayış vasitələri (yaşayış yeri, geyim və qida) ilə təmin olunması tutur. Bu nöqteyi nəzərdən isə istehsal (hasil etmək, əldə etmək) ən mühüm iqtisadi hadisədir, daim təkrar olunmalı olan iqtisadi prosesdir. Məhz ondan sonra digər məsələlər – bölgü, mübadilə və istehlak baş verir.



Bölgü – dedikdə istehsal olunmuş məhsulun ilk öncə istehsalda iştirak edən amillər arasında birbaşa və cəmiyyət üzvləri arasında bilavasitə (mübadilə prosesi vasitəsilə) bölgü-sü başa düşülür. Bu məsələni “istehsal amilləri”, “kapitalın dövranı və dövriyyəsi” mövzularında geniş öyrəncəksiniz. Qeyd edək ki, bu məsələdə ziddiyyətli fikirlər mövcuddur.

Mübadilə - bölgünün reallaşdırılması prosesidir. Belə ki, məhsul satıldıqdan sonra, hər şeydən əvvəl əsas fondların payı, yəni amortizasiya (aşınma, köhnəlmə dəyəri) ayırmaları, sonra isə istehsalda iştirak edib yeni məhsulun üzərinə öz dəyərini bütövlükdə keçirən dövriyyə fondlarının (əmək cismi, enerji resursları və iş qüvvəsi) payı ayrılır ki, təkrar istehsal prosesi baş verməsi üçün onlar alınsın və bərpa olunsun. Axırda vergilər və zəruri ödənişlərdən sonra mənfəətin qalan hissəsi sahibkar tərəfindən yığım və istehlak formasında bölünür.

İstehlak – istehsal, bölgü və mübadilənin məntiqi nəticəsi olaraq, əldə olunmuş payın təyinatı üzrə istifadəsi prosesidir. İstehlak prosesi işlənmiş, istifadə olunmuş bir çox istehsal və istehlak təyinatlı amillərin yerinin dolduruması, təkrar istehsal olunmalı olduğunu göstərir. Həm də bu istehlak prosesi fasiləsiz olduğuna görə istehsal da fasiləsiz olmalıdır. İstehsal-bölgü-mübadilə-istehlak prosesləri həmişə səbəb-nəticə əlaqəliliyində, bütöv və vahid proses kimi öyrənilir.


  1. Yüklə 50,16 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə