Qrup: Rdm304(1) Fənn: Təhsildə İkt müəllimə



Yüklə 108,56 Kb.
səhifə3/6
tarix24.12.2023
ölçüsü108,56 Kb.
#158852
1   2   3   4   5   6
DOC-20231128-WA0027.

İstifadəsi
İnternet istifadəçilərin "məlumatın saxlanması, paylaşması və rahat əldə olunması" istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.
İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökumət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.
— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.
— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.
— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain) də mövcuddur. Məsələn en.wikipedia.org ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.
Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:

  • .com kommersiya ilə məşğul olan təşkilatlar

  • .edu - təhsillə məşğul olan təşkilatlar

  • .org - kommersiya ilə məşğul olmayan təşkilatlar

  • .gov - hökumət təşkilatları

  • .int - beynəlxalq təşkilatlar

  • .net - şəbəkə xidmətləri göstərən təşkilatlar

Məsələn: www.azercell.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlərə nümunələr:

  • .az - Azərbaycan

  • .de - Almaniya

Məsələn: www.google.com
İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 bit = 1 dərəcə (0 və ya 1);
1 bayt = 8 bit;
1 Kbayt = 1024 bayt;
1 Mbayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt
1 Gbayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt
1 Tbayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür. yrryr
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Brauzer və ya Veb səyyah - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.
Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:


  1. Yüklə 108,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə