nəticəsində yaranmış
donluq
sözünü ədəbi dilimizdə əslən
yaşayış, azuqə vasitəsi mənasında ərəb mənşəli
maaş
sözü
məhdudlaşdırmışdır. Əksinə vəziyyətə daha çox təsadüf edilir:
fars mənşəli
şanə,biyaban
sözləri
daraq, çöl
, ərəb mənşəli
libas,əyal
sözləri
paltar, uşaq
sözləri ilə əvəz edilmişdir; ərəb
sözü
təməssükü
rus dilindən alınmış
veksel
, ərəb və fars
ünsürlərindən yaranmış
sovdagar
sözünü ərəb dilindən alınmış
tacir
, farsca
kürsü
sözünü rus dilindən alınmış
stul
sözu əvəz
etmişdir və s.
Pyesdə elə sözlər də vardır ki, cəmiyyətin bugünkü həyatında
heç bir rolu olmadığı üçün onların ifadə etdiyi əşya və hadisələr
sıradan çıxmışdır. Ona görə də işlənmə imkanları məhdudlaşaraq
arxaikləşmiş belə sözlərin dildə sinonimlərinə də ehtiyac yoxdur.
Lakin, şübhəsiz, belə sözlər birdəfəlik unudulmur, tarix kitablarında,
lazım gəldikdə bədii-tarixi əsərlərin dilində yenidən canlandırılır.
Odur ki belə sözləri bəzi dilçilər "tarixi çalarlı" sözlər, tarixizmlər
(istorizmlər) adlandırmışlar.
95
Pyesdə, ifadə etdikləri əşya və
hadisələrin köhnəlməsi, sıradan çıxması ilə istifadədən qalan
sözləri aşağıdakı qruplara ayırmaq olar:
1. Köhnə vəzifə, rütbə, üsul-idarə ilə bağlı olan sözlər:
xan,
həzarat, bəy, bəyzadə, nökər, dabbaq, yüzbaşı, kəniz, murov,
murovluq, mülkədar, müamilə, məlfufə
və s.
2. Məişətlə bağlı olan əşya və alət adları
: fərş, çəprast,
çuval, xurcun, çatı, imarət, qamçı, kürsü, səndəl
i və s.
3. Dini rütbə və mərasimlərlə bağlı olan sözlər:
molla,
müctəhid, dərviş, təziyə, fitrə, ziyarət, canamaz, möhür
və s.
«Dağılan tifaq» pyesində elə sözlərə də təsadüf olunur ki,
onlar bu gün də ədəbi dildə müəyyən anlayışların ifadəçiləri kimi
mühüm rola malikdir, lakin həmin sözlər fonetik tərkibcə –
şəkilcə müəyyən dəyişikliyə uğramışdır. Bu dəyişiklik Azərbaycan
dili sözlərində tarixi mahiyyət daşıyır və dilimizin
formalaşmasında iştirak edən etnik qrupların – müxtəlif qəbilə və
tayfa dillərinin qalığı hesab olunur. Belə sözlərdən
yürək, yüz
95
.: . . - .
,
Бах Е М Г а л к и н а Ф е д о р у к Современный русский язык
,
, 1954,
126; . .
.
Лексика Москва
сящ
И Р Га л ь п е р и н Очерки по сти-
,
, 1958,
.67 .
листике английского языка Москва
сящ вя с
142
(üz), yil
öz izlərini şimal, qərb və cənub şivələrində indi də
saxlamışdır.
96
Bu cür bəzi sözlərin əvvəlində indiki ədəbi
dilimizdən fərqli olaraq, «y» səsinin işlənməsi,
vurmaq
sözünün
əvvəlində «v» səsinin olmaması tarixi abidələrin dilində tez-tez
müşahidə edilən müvaziliyin (
ürək//yürək, il//yil, üz//yüz,
vurmaq//urmaq
) qalıqları və izləridir.
Şəkilcə dəyişmə – arxaikləşmə alınma sözlərdə də özünü
göstərir. Bizim klassik ədəbiyyatımızda, ardıcıl şəkildə, ərəbcə
olan
övrət
sözü işlənmişdir. L.Budaqov XIX əsrin ikinci yarısında
bu sözün Azərbaycan sadə danışıq dilində
arvad
şəklində, həm
də həqarətli və axmaq bir mənada işləndiyini göstərmişdir.
97
Ə.Haqverdiyev bu sözü canlı dildə olduğu kimi –
arvad
şəklində
işlətmiş və məlum olduğu üzrə son dövrlərdə – XX əsrin
əvvəllərində bu sonuncu forma tamamilə sabitləşmişdir.
Fonetik tərkibcə dəyişilmiş başqa bir sözə diqqət yetirək.
«Dağılan tifaq» da daxil olmaqla Haqverdiyevin bütün
pyeslərinin 1956-cı il nəşrində
abır
sözü III şəxsin təkində
abrısı
şəklində redaktə edilmişdir. Məsələn: P ə r i x a n ı m.
Bir də
baxıb görər ki, daha oynamaq ona layiq deyil, oynasa abrısı
gedər…
(«Dağılan tifaq»); H a c ı S ə m ə d a ğ a.
Sən necə
razı olarsan ki, sənə indiyədək ata yerində olan əminin abrısı
tökülsün?
(«Bəxtsiz cavan») və s. Müasir dilimizdə
abır
sözü III
şəxs təkdə
–ı
nisbət şəkilçisini qəbul edir və söz qapalı hecalı
olduğu üçün bitişdirici «s» samitinə ehtiyac duyulmur. Belə ol-
duqda, sözə ikinci bir mənsubiyyət şəkilçisi artırılması və sözün
abrısı
şəklinə salınması maraq doğurur.
Doğrudur, dil tarixindən bir sözə eyni mənalı bir neçə
şəkilçinin artırıldığı hallar məlumdur (məsələn,
dışqarıya
sözündə
olduğu kimi). Lakin belə hallarda, sonuncu müstəsna olmaqla,
həmin şəkilçilər öz funksiyasını bir növ itirmiş və sözə daşlaşmış,
birikmiş olur. Nəzərdən keçirdiyimiz
abrısı
sözündə isə hər iki
şəkilçi fəal və mütəhərrikdir. Haqverdiyevin öz sağlığındakı
96
.: . . .
Бах М Ш Ш и р я л и й е в Азярбайъан диалектолоэийасынын
,
, 1962,
.99
ясаслары Бакы
сящ
97
. .
…
Л Б у д а г о в Сравнительный I.
. 33, 766.
сящ
143