95
qaya, Cürük qaya, Çış Məhəmməd Piri, Körpü, Köh-
nə qəbiristanlıq, Böyük dərə, Şəftəli bağı, Quş
qayası, Qara quzey, Güney yataq, Çalalar, Çaqqalı
göl, Ləpirli, Potamlar, Göl zəmi, Qavızlıq, Qocaşan,
Kəmərələr, Qara qaya, Kəklikli bulaq, Daşlı güney,
Daşlı quzey, Sarı dərə.
Qarakişilər. Həkəri çayının sağ sahilində dağətə-
yi ərazidədir. Rayon mərkəzindən 20 km, dəniz
səviyyəsindən 1150 m hündürlükdə yerləşir. Qara
kişilər nəslindən olanlar, yəni Qarakişigillər məna-
sındadır.
Toponimləri: Qaragil təpəsi, Top qaya, Şiş yal,
Gəyə dərəsi, Sınıq körpü, Orta əsrlərə aid qəbiris-
tanlıq.
Qurd qalaq. Toponomist Q.Qeybullayev qurdu
türkdilli etnom kimi qəbul edir. Qala Boynu adlanan
ərazidə Qurd qala toponimi mövcuddur. (Türk
qalası) Qurd qala kəndinin əhalisi Hacılı kəndindən
gedərək məskunlaşmış əhalidir. Kəndin ərazisində
Qoturbulaq, Qurdbulaq kimi şəfaverici bulaqları var.
Ləpəheyranlı. Bərgüşad çayının sahilində yerlə-
şən kənd. Kəndin adı, mənası aydın olmayan ləpə
sözündən və heyranlı etnonimindən ibarətdir. Heyran-
lılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfaların-
dan biri olmuşdur. Hazırda Türkiyədə Qaraəhməd,
96
ləkli və saraclı tayfalarını birləşdirən heyranlı tayfa
ittifaqı var.
Toponimləri: Kəklik bulağı, Kəklik dərəsi, Ağıl-
lar, Köhnə yurd, Ağın dərə
Mahmudlu. Bərgüşad çayı sahilində, dağlıq əra-
zidə yerləşən kənd. Mahmudlu kəndi XVI-XVII əsr-
lərdə Türkiyə ərazisində Van gölündən şərqdə yaşa-
mış, sonralar bir hissəsi Zaqafqaziyaya gəlmiş mah-
mudlu tayfasının məskunlaşması nəticəsində yaran-
mış yaşayış məntəqələrindəndir. Mahmudlular XVII
əsrdə Azərbaycana üz tutmuşlar. Mahmudlu qədim
türk tayfalarından birinin adıdır. Etnonim bəzi kənd-
lərin adlarında Kürd Mahmudlu kimi öz əksini
tapmışdır (İmişli, Füzuli rayonları). Cəbrayıl və
Şəmkir rayonlarında da Mahmudlu adlı kəndlər
vardır.
Toponimləri: Qara qaya, Eşşək meydanı, Bar-
maqlar, Sulu dərə, Məmməd Hüseyin quzeyi, Sular,
Bəyin bağı, Qarasaqqal, Ağ yoxuş, Şəvitli qobu, Ağ
qaya, Kollu quzey, Xudarvurulan, Ağ tılış, Döllək,
Dağdağanlı qobu, Qalın quzey, Məmmədvəli təpəsi,
Teştaxan bulağı, Şirzadlı bulağı, Seyid Məcid bu-
lağı, Mərdu bulağı, Boz quzey, Eyvazların yalı,
Sığınacaq, Nəbi ölən, Qala yolu, Uzun quzey, Xırda
dərə, Dik təpənin yalı, Koroğlu tapı, Bəbirli dərəsi,
Badamlı dərə, Palıdlı dərə, Papaqlı daş, Qırmızı yal,
Şiş qaya, Dolamanın dərəsi, Narlı dərə, Su tökülən,
97
Quyu bulağı, Şirin bulaq, Mollu bulağı, Novlu
bulaq, Tapdıq bulağı, Kahalar bulağı, Şatır Əhmədli
bulağı.
Mahrızlı. Həkəri çayının sahilində yerləşən
kənd. Mahrızlı (Mafruzlu da deyilir) sakinləri XIX
əsrin iyirminci illərində Cənubi Azərbaycanın Mah-
rızlı kəndindən gəlmişlər. Kəndi mahrızlı ailələrinə
məxsus adamlar saldığına görə kənd də Mahrızlı
adlandırılmışdır.
Toponimləri: Gülablı bağı , Qırxərşin quyu,
Gəyən düzü. Güllücə yeri, Göl yeri, Yol arası, Bilgər
dərəsi, Rus dərəsi, Balakişinin yeri, Bünyətin yeri,
Hətəmin yeri, Dadaşın yeri, Qandan dərə, Xırman-
lar, İydəli, Koroğlu tapı, Ərəb yurdu, Ələkbər uçan,
Ağ dərə, Ballı qaya, Dağ dərə, Qırmızı qaya, Qara
qaya, Papaqlı qaya, Çoban qaş, Her Məmməd,
Bərəher Əzizin qayası, İslamın qobusu, Nağı dərəsi,
Ağ yal, Bayram çökəyi, Gen dərə, Papaq dərəsi,
Söyüdlük, Şamlıq, Çil qaya, Qışlaq kahası, Tarverdi
kahası, Köhnə qışlaq, Çöl dərə, Sulu qaya, Kəkotu
qobusu, Qızıl qaya, Çətən qaya, Kollu dərə, Nimçəli
qaya, Soğancıq, Yelli gədik, Ərikli bağ, Gilaslı bağ,
Meyvəli bağ, Camal bulağı, İydəli bulaq, Kor bulaq,
Hüseynalı bulağı, Cəvizlik bulağı, Mərdan bulağı,
Çömçə bulaq, At bulağı, Allahqulu bulağı, Qurban
bulağı, Dadaş bulağı.
98
Mehrili. Dağətəyi ərazidə yerləşən kənd. Topo-
nimin tam adı Əyədi Mehrili şəklindədir. Əyədi
sarallı tayfasının qışlaqlarından biri olmuşdur. Meh-
rili isə orada məskunlaşmış nəslin adıdır.
Toponimləri: Qum qazılan, Yal yeri, Tayıbça,
Orta əsrlərə aid qəbiristanlıq, Dağdağan piri. Soyuq
bulaq, Yuxarı bulaq, Böyük dib, Şəki dağı, Yetər
yurdu, Baharölən, Dəmir qayalıq, Göl yeri, Armud-
lar, Cəvizlik yeri, Kahalar, Qırağın başı.
Məzrə. Qarabağ silsiləsində, dağətəyi ərazidə
yerləşən kənd. Məzrə toponimi ərəb dilində "əkin
üçün yararlı yer, əkin yeri, tarla" və "əkin yerləri
əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntə-
qəsi" mənalarını verən məzrə sözündəndir. Kəndin
ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin
əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin
ortalarında həmin kənddən gəlmiş 14 ailənin burada
məskunlaşması nəticəsində yaranmışdır. Kəndin əra-
zisində qədim alban kilsəsi vardır.
Toponimləri: Məzrə düzü, Çömçə bulaq, Sarı
bulaq, Fındıqlı bulaq, Ağ yazı, Ağ qaya, Ballı qaya,
Göy təpə.
Məmər. Kəndin adı ərəb mənşəli məmər sözün-
dən olub, "çay" və ya "dağ keçidi" mənasındadır.
Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid
(Məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Dostları ilə paylaş: |