99
Toponimləri: Şirin bulaq, Ağ oğlan piri, Aslanlı
düzü. Kafdarlı dərə, Dibək daş. Məktəb ərazisində
olan qədim qəbiristanlıq 13-17-ci yüzilliyə aid qə-
dim abidə kompleksidir.
Məlikəhmədli. Bərgüşad çayı sahilində yerləşən
kənd. Kəndin başqa bir adı da İydəlidir. Məlikəh-
mədli kəndini vaxtilə Məlikəhmədli nəsli saldığına
görə belə adlandırılmışdır.
Toponimləri: Yazı düzü, Qurban təpəsi, Qara
kaha, Dəlik daş, Balaban piri.
Mərdanlı. Həkəri çayının sahilində, dağətəyi
düzənlikdə, Qarabağ silsiləsində yerləşən kənd. Mər-
danlı yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı
Mərdan adlı şəxsin adını daşıyır. 1950-60-cı illərdə
rayondakı Yuxarı Mollu kəndindən xeyli ailənin
buraya köçməsi ilə kənd daha da böyümüşdür.
Toponimləri: Uzundərə, Arpa çuxuru, Şorça
dərəsi, Orta dərə, Alagöz yurdu, Uzun güney, Qara
güney, Füğara Seyid türbəsi, On altı quyulu kəhriz,
Çəltik yerləri, Uzun quzey, Yataqlar, Yataq bulağı
(Quzu bulağı), Kötüklü.
Milanlı. Qubadlıda Qarabağ silsiləsi ərazisində,
dağətəyi düzənlikdə yerləşən kənd. Yaşayış məntə-
qəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işğal
etdikdən sonra (1828-ci il) Türkiyədən köçüb gəlmiş
kürd milanlı tirəsinin adındandır. Toponimləri: Qara
100
daş, Əvgilin dağı, Meşəli yurd, Polad bulağı, Çinar
bulaq, Rüstəmin bulağı.
Mirlər. Bərgüşad çayının sahilində, dağətəyi
ərazidə yerləşən kənd. Bəzi məlumata görə, Mirlər
yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim
ağa saldığı üçün onun titulu ilə (miri) adlanmışdır.
Bir çox müsəlman ölkələrində, o cümlədən Azərbay-
canda mənşəcə Məhəmməd Peyğəmbərin nəslindən
olanlar adətən "seyid" və yaxud da "miri" fəxri titulu
daşıyırlar. Səfəvi dövründə Azərbaycana axışıb
gəlməyə başlayan və dərvişlik edən seyidlər Mə-
həmməd Peyğəmbərin mənsub olduğu qüreyşi ərəb
tayfasının nəsilləridir. Bu seyidlər Azərbaycana
İrandan türkləşmiş halda gəliblər. Onlar özlərini
"seyid", "mir" və ya "ağa" adlandırırlar.
Toponimləri: Mir ağılı, Böyük hasar, Ağ hasar,
Mir arxı, Şıx Əfəndi ocağı, Mir Sədi ocağı, Mahmud
Əfəndi ziyarətgahı, Kotan dərə, Sarı dərə, Mirzə Qa-
sım dərəsi, İlanlı dərə, Şahsuvar düzü, Bostançılar
bulağı, Vəlili dağı, Xırman düzü, Qurban dağdağanı,
Saqqız ağacı, Mirlər məscidi, Vənni, Döl çuxur, Şə-
hid dərəsi, Qoçaşan, Sarı dərə, Çoban yeri, Kiçik
gözət təpə, Quş armudu, Hasar düzü, Xırda şam, İy-
dəli dərə, Qara ağac dərəsi, Bostan yeri, Yarğan dibi.
Mollabürhan. Qubadlı rayonunda, Həkəri çayı-
nın sahilində yerləşən kənd. Oykonim Molla və Bür-
han sözlərindən ibarətdir. Molla burada dini rütbə,
101
Bürhan isə şəxs adıdır. Mollabürhan toponimi
"Molla Bürhanın kəndi, Molla Bürhana məxsus kənd
mənasındadır. İslam dinini qəbul edən xalqlar
arasında şəxs adlarında molla titulu geniş yer tutur.
Onların adı ilə çoxlu antrotoponimlər mövcuddur.
Kürdəmirdə Mollakənd, Qazax rayonunda Molla-
dağ, Xanlar rayonunda Mollacalı və s. toponimlər də
mövcuddur.
Toponimləri: Gen dərə, Qaravun dərəsi, Ayı
dərəsi, Qara quzey, Kaha dərəsi, Əyri dərə, Bal
qayası, Ardıclı yer, Sulu təpə, Mal təpəsi, Səfi
dərəsi, Mehrili dərə, Arvadölən dərəsi, Qarı quzey
dərəsi, Quzey dərə, Şamatlı kənd dərəsi, Qoca kötük
dərəsi, Leylək dərəsi, Yastı quzey, Mollu quzey, Dar
dərə, Böyük qaravun kəndi, Xırda qaravun, Əyri
dərə, Ara yeri, Arxalı yer, Bulaqbaşı dərəsi,
Ağaəkbəroğlunun dərəsi, düyü torpağı, Güllüklər
navı, Binə adamlar yeri, Arduclu dərəsi.
Mollalı. Bərgüşad (Bazarçay) çayının sahilində,
düzənlikdə yerləşən kənd. Kəndin əsl adı Molla
Alıdır. Bəzi məlumatlara görə, Mollalı yaşayış mən-
təqəsini Molla Alı adlı şəxs saldığı üçün belə
adlanmışdır. Oğuz və Cəlilabad rayonlarında da
Mollalı kəndi var.
Toponimləri: Narlı dərə, Gen dərə, Taxtalar,
Çinar bulağı, XVIII əsrə aid məscid.
102
Muğanlı. Həkəri çayının sağ sahilində yerləşir.
Yerli məlumatlara görə, Muğanlı yaşayış məntəqə-
sini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın
Muğanlı kəndindən gəlmiş ailələr saldığı üçün belə
adlanmışdır. Şamaxı, Şərur, Xocavənd, Bərdə,
Ağdam, Ağcabədi, Ağstafa, Kürdəmir, Zaqatala və
Zəngilan rayonlarında da Muğanlı adlı kəndlər var.
Toponimləri: Əli çapan daş, Orta əsrlərə aid
qəbir, Gəyən düzü.
Muradxanlı. Dağətəyi ərazidə yerləşən kənd.
Muradxanlı kəndi keçmişdə yayı Zəngəzurda, qışı
isə Qarabağda keçirmiş təklə tayfasının Muradxanlı
tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində
yaranmışdır. Muradxanlı kənd sakinləri arasında
şahsevən tayfalarına mənsub ailələr, nəsillər var.
İmişli rayonu ərzisində də Muradxanlı adlı kənd
mövcuddur.
Toponimləri: Dəvə dərə, Yazı düzü, Quşlaq,
Qarağac, Zoğallı bağı, Qarağacın başı, Üzüm yerləri,
Gavırlı bulağı, Eşşək kabı, Cirəngi, Sulu kab, İldırım
vuran, Navlı bulaq, Kabın darı, Qışlaq kəndi, Qış-
lağın bulağı, Qışlaq dağı, Qışlaq dərəsi, Dəfli yurd,
Dərənin boğazı, Yuxarı qalalı, Orta dar, Ağ bulaq,
Bizmin
dağı, Oğru bulağı, Mözüdünlər, At çapılan
quzey, Şillanlı dərəsi, Üç bacı dərəsi, Qız bulağı,
Uzun xanım, Uzun dərə, Quru dərə, Qəbilin bulağı,
Lətifin dəyirman yeri, Tut bağı, Sandur daşın dərəsi,
Dostları ilə paylaş: |