Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
66
gətirərmişlər. Ağa isə mal sahibinə bir manata satır və beləcə 
onlаrın nəzirləri də bаş tutаrmış.  
Seyid  Əşrəf ağa həyatını xalqın maariflənməsinə, 
imkansızların işlə, torpaqla, hər cür maddi yardımla təmin 
edilməsinə həsr etmiş, nə qədər yetim, bivaris, evlənə bilməyən 
qızları, oğlanları ailə sahibi etmişdir. Ağanın qardaşı 
Məhəmməd ağanın vəfatı  zаmаnı Salyanda, rayona yaxın 
bölgələrdə kəndlərin camaatı bir il hüzr mərasiminin qarasından 
çıxmamışdı. 
Biz 1977-ci illərin əvvəllərində axund Əlqəmə ilə Kərbəlayi 
Seyidəli ağanın evinə gəldik. Mən ağanın evinə gələndə artıq 14 
il idi ki, Masallının  Əhmədli kəndində yaşamış  və minbərə 
çıxaraq mollalıq etmişdim. Gəlmişdik ki, ağa bizim dərsimizin 
davamını desin.  
Ağa bizə dedi: «Bala, mənim dilimdən iltizam alıblar ki, dini 
dərs deməyim. Dini dərs deməyi mənə qadağan ediblər, ancaq 
atam da, nəslimiz də din yolunda ömürlərini sona vurublar. Mən 
də sizin elminizi təmənnasız davam etdirməyə hazıram». 
Beləliklə, 
Ərəb qrammatikasından, yəni Ağayi 
Zəməxşərənin «Ünumüzəc» adlanan qrammatika kitabından 
dərsə başladıq. (Ərəb aləmində müəllif öz kitabının adını 
«Nümunə» adlandırmışdır).  
Dövlət tərəfindən ağaya nəzarət edirdilər. Bütün bunlara 
baxmayaraq ağa dərsi davam etdirirdi. İl yarımdan sonra Hacı 
Adil Sabirabadlını da özümüzə yoldaş etdik. Biz üç nəfər tələbə 
ağadan hər gün dərs alırdıq. O, həm müəllim, həm də bir ata 
kimi bizim qayğımıza qalırdı. Hacı Adilin Təzə Pir məscidinin 
rəisi olması  və 1000-dən artıq tələbəyə  dərs deməsi, Quranı 
öyrətməsi «Təzihil-məsail» kitabını  tərcümə etməsi Kərbəlayi 
Seyidəli ağanın bərəkətindəndir. 
1979-cu ilin oktyabr ayı idi. Həmin gün ki, bizə 
«Ürvətülvüsqa» (Qırılmayan ip) adlanan kitabı  tədris etməyi 
təyin etmişdi, cümə günü idi. Biz Hacı Adilin maşını ilə adəti 
üzrə  dərsə getdik. Gördük ki, ağanın qapısında mafə var. İçəri 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
67
daxil olduqda gördük ki, ağa rəhmətə getmişdir. Bunu bilən kimi 
mənim ürəyim getdi, həkim çağırdılar, iynə-dərmandan sonra 
ayıldım.  
Azərbaycanın hər yerindən axundlar, mollalar, Bakı 
şəhərindən gələnlər, Salyan camaatı, ziyalılar, din xadimləri
alimlər cəm oldular. Ağa vəsiyyət etmişdi ki, mənim qüslümü, 
kəfənimi, namazımı, dəfnimi, xanımlarımın payını, balalarımın 
payını  İsmayıl etsin, mənim məclisimi o aparsın. Ağanın 
dediklərinin hamısına layiq əməl olundu.  
Biz müntəzəm olaraq ağanın Bakının  Əhmədli kəndindəki 
qəbristаnlığındа olan şərəfli məzarının qarşısında baş  əyir, onu 
öpür və ziyarətində oluruq. Ömrümün sonuna kimi də o ağanı 
Allah kəlamı, Quranı-Kərimlə yad etməyi özümə borc bilirəm.  
Allah ağaya rəhmət eləsin!  
 
SEYİD  MİRTƏRLAN 
KƏRBƏLAYİ  SEYİD  MİRİŞ  OĞLU 
 
Mirtərlan ağa Salyan rayonunda seyid-peyğəmbər nəslinin 
nüfuzlu nümayəndələrindən biri olub.  
O, 1884-cü ildə Xalac kəndində  (yeri gəlmişkən onu da 
xatırladaq ki, Xalac kəndi qədim türk ellərinin 24 boylarından 
biri olan Xalac tayfasının adından yaranmışdır - red) anadan 
olmuş və 1953-cü ildə haqq dünyasına qovuşmuşdur.  
Məzarı Xalac kəndində, «Sarı Seydan» ocağının yanındadır. 
Mirtərlan ağa hələ uşaq vaxtlarından zəhmətə qatlaşmış, öz 
halal çörəyini  əllərinin qabarı ilə qazanmışdır. Onun atası 
Kərbəlayi Miriş  də  zəhmətkeş olmaqla bərabər, dövrünün 
tanınmış iman sahiblərindən biri idi. Onların soy kökü yeddinci 
imamımız Museyi-Kazıma gedib bağlanır. Ağa öz övladlarını da 
din, Quran əhli kimi tərbiyə etmişdir. Mirtərlan ağanın 2 oğlu 
olub: Mirsadiq və Miriş.  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
68
Seyid Mirsadiq ağa (1924-1984) 2 oğul, 5 qız atası idi. 
Miryavər, Miryasər, Mirfatimə, Mirlalə, Mirtükəzban, 
Mirzəhra və Mirpüstə. 
Seyid Mirsadiq sıravi işlərdən tutmuş yüksək vəzifələrə 
qədər çalışıb. Həmişə camaatın hörmətini qazanıb. Mirtərlan ağa 
el içərisində nüfuzlu ağsaqqal, hörmətli din xadimi kimi 
tanınmışdı. Onun möcüzələri və kəramətləri də çox olmuşdur. 
Mirtərlan ağanın ölümündən sonra seyid Miriş  ağa atasının 
yolunu davam etdirir. O həm gözəl insan, həm də xeyriyyəçidir.  
Qapısında məscid də tikdirib. Miryaqub və Mirdaməd adlı 
oğlanları və 5 qızı var. 
Mirtərlan ağanın nəvəsi Miryavər ağa da babasının yolunu 
tutub. Həyat yoldaşı Suma xanım da əhli-ibadətdir.  
Seyid Miryusif, seyid Mirsaleh, seyid Mirəli, seyid 
Mirsadiq adlı  nəcib oğlanları, Mirəşrəf, Mirsalam və 
Mirləman adlı nəvələri var. 
Allah hamısını başacan eləsin.  
Bu gün Miryavər ağa camaatın xeyir-şərinin yaraşığıdır. 
Miryavər ağanın  ən böyük arzusu xalqına xidmət və bir də 
babalarının müqəddəs ocaqlarını ziyarət etməkdir. Ağa 
xeyriyyəçi kimi də  tələbələrə köməklik edir, kasıb-kusublara, 
əlsiz-ayaqsızlara əl tutur. Dövlət tərəfindən ona tapşırılan bütün 
işlərin yüksək səviyyədə həyata keçirilməsinə nail olmuşdur.  
Allah köməyi olsun! 
«Göyləri, yeri və onların arasındakıları altı gündə 
yaradan, sonra ərşə  əyləşən Allahdır. Sizin Ondan başqa 
dostunuz və şəfaət edəniniz yoxdur.  
 Məgər düşünmürsünüz? O, göydən yerədək bütün işlərə 
tədbir qılar. 
 Sonrа bunlаr sizin hesabınızla min il qədər olan bir 
gündə Ona dönər».  
(Qurаni-Kərim, «Səcdə» surəsi, аyə 4-5
 
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə