Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HÜCRÜN VƏ DOSTLARININ ŞƏHADƏTİ



Yüklə 2,38 Mb.
səhifə20/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

HÜCRÜN VƏ DOSTLARININ ŞƏHADƏTİ

Müaviyə işi birdəfəlik etmək üçün öz cəlladlarından üç nəfəri Mərci Əzraya göndərdi ki, əfv edilənləri azad edib Hücrü və onun yoldaşlarını isə öldürsünlər. Cəlladalar oraya çatdıqda biri həyasızcasına Hücr ibni Ədiyə dedi:–Ey yolunu azmışların rəisi, ey küfrün, tüğyanın və Əbu Turabın qulu! Əmir bizə əmr edibdir ki, əqidənizdən əl çəkib Əlidən bezarlıq edərək onu lənətləməyi təklif edək; əgər qəbul etsəniz azad olacaqsınız; yox əgər qəbul etməsəniz hamınız öldürüləcəksiniz.

Hücr dedi:–Bizim üçün iti qılınclara dözmək sizin təklifinizi qəbul etməkdən çox-çox asandır. Biz heç vaxt bu cür alçaq, namərdcəsinə olan işi qəbul etməyəcək, ölümü qarşılayacağıq, çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Əmirəl-möminin (əleyhis-salam)-ın hüzurunda olmağı cəhənnəm oduna daxil olmaqdan qat-qat üstün tuturuq.

Onlar ağır qandalları o alicənab insanların əllərindən və ayaqlarından açdılar, kəfənləri hazırlayıb qəbirləri qazmağa başladılar. Bu cinayətkarlar bu əməllərlə Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın dostlarının ruhiyyəsini zəiflətmək, ölüm əlamətlərini onlara göstərməklə özlərinə tərəf cəlb etmək istəyirdilər. Bu da Əli (əleyhis-salam)-ın dostları və şiələri üçün zatən qeyri-mümkün bir iş idi.

Cəlladlar Hücrə və dostlarına bir gecə möhlət verdilər. Onlar da fürsətdən istifadə edib bütün gecəni namaza, Allaha raz-niyaza, münacata məşğul oldular.

Müaviyəyə aldananlar bu igidlərin vəziyyətini müşahidə edib onların gecə namazı qılan həqiqi abid olduqlarını gördükdə dedilər:–Biz sizin bütün gecəni namaz qıldığınızı və yaxşı dua etdiyinizi gördük. İndi isə gecələri oyaq qalıb ibadətə məşğul olan Osmanın barəsində nəzərinizi bəyan edin. (Bu bədbəxtlərin hələ də İslamdan dəqiq və düzgün xəbərləri yox idi. Elə fikirləşirdilər ki, Müaviyə və Osman İslamın təcəssümü, bariz nümunələridir.)

Dedilər:–Onlar müsəlmanlar arasında zalımcasına hakimlik edib, çoxlu qanunsuz, xilaf əməllər və xoşagəlməz işlər görən ilk şəxslər idilər.

Müaviyənin adamları dedilər:–Əmir sizi elə yaxşı tanıyıbdır!

Cəlladlardan biri onların yenidən Əli (əleyhis-salam)-dan bezarlıq etmələrini təklif etdi. Amma cavabda Biz Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan bezarlıq etmək deyil, əksinə, ona daha da yaxınlaşmaq istəyirik kəlamını eşitdilər.

Bundan sonra onları bir-bir tutub boyunlarını vurdular. Nəhayət növbə Hücr ibni Ədiyə çatdı. Onun nəzərində namaz həyatının ilk anlarından etibarən əzəmətli və dəyərli olduğundan cəlladlardan dəstəmaz alıb iki rəkət namaz qılmağa möhlət istədi. Ona icazə verdilər. Dəstəmaz alıb namaz qılmağa başladı, ömrünün axır anlarını Allah ilə raz-niyaz etməklə keçirtdi. Namaz qurtardıqdan sonra onu məzəmmət edib söydülər və dedilər:–Ölümdən qorxduğun üçün namazı uzatdın?

Hücr dedi:–Allaha and olsun, mən bütün ömrüm boyu bu qədər qısa namaz qılmamışdım.

Sonra dua etmək üçün əllərini asimana doğru qaldırıb dedi: Pərvərdigara! Biz Səndən istəyirik ki, intiqamımızı bu camaatdan alasan!! Çünki, Kufə əhli bizim barəmizdə yalandan şəhadət verdilər. Şam camaatı da bizi nahaq yerə öldürür. (Sonra onlara dedi:) Allaha and olsun, məni bu yerdə öldürürsünüz, amma bilin ki, bu diyara zəfərlə daxil olan ilk süvari, təkbir səsini bu yerdə ucaldan ilk müsəlman mən olmuşam. Bu diyarın itləri ilk dəfə mənim üstümə hürmüşlər...

Daha sonra vəsiyyət edib buyurdu:–Məni bu halda qəbrə daxil edin və bədənimin qanını yumayın, çünki elə bu halda–zəncir ayağımdan açılmamış halda Müaviyə ilə görüşmək istəyirəm...

Məlunlar irəli gedib İslamın mətin övladını, Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın səmimi dostunu qanına qəltan etdilər.

Qırxıncı il Ramazan ayının 20-də Hücr ibni Ədi azadlıq sevənlərin başçısı və azad insanların böyük rəhbəri Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-a belə demişdi: Allaha and olsun, ya Əmirəl-möminin, əgər bədənimi qılıncla tikə-tikə doğrasalar, məni oda atmaq üçün tonqal qalasalar da, mən bunların hamısını qəbul edərəm, amma səndən ayrılmağı qəbul etmərəm! ...Və o tarixdən on bir il keçmişdi.

MÜAVİYƏNİN PLANLARI, YEZİDİN VƏLİƏHDLİYİ

Müaviyə İmam Həsən (əleyhis-salam)-ın şəhadətindən xəbər tutan kimi dərhal Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. Bununla da öz arzusuna–əməvi sülaləsinin hökmranlığının davam etdirilməsi arzusuna çatmaq istəyirdi. Lakin bu iş çox da asan deyildi. Buna görə də Müaviyə çox ehtiyatla hərəkət edir, öz hökmranlığına məxsus olan bütün vasitələrdən (siyasi oyunlar, küllü miqdarda bəxşişlər, rüşvət təklif etmək, tamahlandırmaq və nəhayət hədə-qorxu gəlmək) istifadə edirdi. O, qəbilə başçılarını ələ almaq, onların içərisində olan qətiyyətli şəxsləri sakitləşdirmək, yerində oturtmaq yolu ilə işə girişdi.

Bu kimi işlər ölkənin hər yerində tətbiq olunurdu. Lakin Hicazda tətbiq olunan iş tərzi başqa vilayətlərlə daha çox fərqlənirdi; Hicaz elə bir yer idi ki, orada Peyğəmbər səhabələrinin övladları yaşayırdı.

MÜAVİYƏ MƏDİNƏDƏ

Müaviyə xalqdan Yezid üçün beyət almaq qərarına gəldikdən sonra Mədinəyə yollandı. İmam Hüseyn (əleyhis-salam) ilə İbni Abbas onun yanına gəldi. Əvvəlcə Müaviyə İmam Həsən (əleyhis-salam)-ın övladlarının əhvalını soruşdu. Həzrət də onun cavabını verdi. Daha sonra Müaviyə bir xütbə oxuyaraq Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-i xatırlayıb axırda dedi:–Siz əvvəldən Yezidin işindən xəbərdarsınız. Allah şahiddir ki, Yezidi vəliəhdlik məqamına seçməkdə məqsədim ixtilafları və təfriqələri aradan qaldırmaqdan başqa bir şey deyildir. Belə iş çox gözəldir, bunu yalnız bəsirətli olanlar qəbul edər bilərlər. Bu mənim Yezid haqqındakı fikrimdir. Sizə gəldikdə isə, bir tərəfdən qohum, digər tərəfdən həmyerli, həm də alicənab insansınız. Bu fikrimi təsdiq etməkdə Siz daha ləyaqətlisiniz. Mən Yezidi müxtəlif işlərdə yoxlayıb, onda elə mühüm xüsusiyyətlər görmüşəm ki, bu xüsusiyyətlər hətta sizdə belə yoxdur. Bundan əlavə, o həm sünnə, həm də Quranla tanışdır, dözümlüdür və həm də«

İndi isə mən siz iki nəfərdən yalnız insaf gözləyirəm, çünki təkcə qohum-əqrəba deyil, hamı sizin fikrinizə uyğun şəkildə söz danışır. Böyük Allahdan özümə və sizə bağışlanmaq istəyirəm.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə