Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN MÜAVİYƏYƏ CAVABI



Yüklə 2,38 Mb.
səhifə21/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN MÜAVİYƏYƏ CAVABI

Müaviyə sözlərini biaptirdikdən sonra İbni Abbas sözə başlamaq istədi, lakin İmam Hüseyn (əleyhis-salam) işarə ilə ona başa saldı ki, sakit ol, onun məqsədi mənəm.

İmam (əleyhis-salam) ayağa durdu, Allaha şükür edib Peyğəmbərə salavat göndərdi, sonra buyurdu:–Ey Müaviyə! Hər hansı natiqin sözü nə qədər uzun-uzadı olsa belə, Rəsulullahın gözəl xüsusiyyətlərini sayıb qurtara bilməz, yalnız onun gözəl sifətlərinin bir qismini sadalayar. Mən bilirəm ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra İslam ümməti hansı yolu seçmişlər. Onlar Nəbiyyi Əkrəmin mədhində olanları puç edərək, onunla canişin (xəlifə) barəsində olan beyəti pozmuşlar.

Çox əfsus ki, günün parlaq işığı gecənin qaranlığını rüsvay edərək onun parlaq nuru çıraqların işığını azaltdı.

Sən acgözlükdə ifrata vararaq ləyaqətsiz adamlara üstünlük verməkdə həddini aşmısan.

Paxıllıq etməyə adət verərək haqları ödəməkdən boyun qaçırmısan. Zülm etməyi rəva bilmisən. İnsan hüquqlarının ödənməsinə zərrə qədər də olsun belə riayət etməmisən. Nəticədə isə şeytan öz kamil bəhrəsini çox yüksək keyfiyyətlə əldə etmişdir. Amma Yezidin İslam ümmətinə rəhbərlik üçün ləyaqətli olması ilə yanaşı onun insani sifətləri barədə dediklərindən belə məlum olur ki, deyəsən camaatı Yezidin haqqında zəlalətə salmaq istəyirsən. Onun barəsində elə danışırsan ki, sanki pərdə dalında olan bir insan haqqında təsəvvür yaradır, tanınmaz bir şəxsi tanıtdıraraq guya xüsusi, yaxud məxfi bir işi akşkar edirsən! Yox! Belə deyil! Ey Müaviyə, Yezid özünü yaxşı tanıtdıraraq öz qabında olanları hamıya göstərmişdir. Əgər onun xüsusiyyətlərindən sadalamaq istəyirsənsə ov itlərindən, eyş-işrətlə məşğul olduğu gözəl qızlarından xəbər ver, kef məclislərində onun üçün oxuyan müğənni qadınların barəsində danış!

Bəli, Yezid elə bir adamdır ki, mənə tanıtdırmağına ehtiyac yoxdur. Doğrudan, görəsən sənin çiynində olan bu qədər günah yükü Qadir Allahla görüş üçün kifayət deyildirmi ki, indi də camaatı zəlalətə salmaq yükünü günahlarının üstünə gələsən?! Allaha and olsun ki, sən həmişə yaramaz işlər görmək qəsdindəsən, zülm və işkəncədən başqa ayrı bir işin yoxdur. Cinayətlərin hər yeri tutmuşdur, amma sənin ölümlə çox da fasilən yoxdur; tezliklə qiyamət günü gəlib çatacaq, o gün gördüyün bütün əməllərindən hesab-kitab çəkiləcək, lakin qaçmağa yolun olmayacaqdır. Ey Müaviyə! Sən ki bizə qarşı çıxıb bizi öz ata-babalarımızın qanuni haqlarından məhrum etmisən! Elə haqlar ki, Rəsulullah təvəllüdümüzün ilk günündən bizim üçün müəyyən etmişdi. Sən bizim haqqımızı qəsb etmək üçün müxtəlif iyrənc bəhanələrə əl atdın. Elə xilafət iddiaçıları da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişininin haqqını (onun vəfatından) qəsb etdikdən sonra həmin bəhanələrə əl atmışdılar. O bəhanələri dəlil kimi qəbul edərək insaf tələb etmişdir. Bəli, siz hər cür cinayətə əl atıb hər sözü danışdınız. Nəhayət, iş o yerə çatdı ki, sən Peyğəmbərin yerinə keçdin, halbuki xilafət libası başqa şəxsin bədəninə biçilmişdi.

Müaviyə İmam Hüseyn (əleyhis-salam)-ın sözlərindən sonra İbni-Abbasa baxıb dedi:–Bunlar nədir?! Yəqin ki, sən də bu sözləri söyləyəcəksən.

İbni-Abbas onun bu sözlərinin cavabında dedi:–Allaha and olsun, o, Peyğəmbər övladı, Ali-Əbanın beş nəfərindən biridir. O, pak və məsum bir ailədə böyümüşdür. Hər nə istəyirsən ondan soruş, bil ki, Allah Öz hökmünü icra edəcəkdir. O, hökm edənlərin ən yaxşısıdır.60

MÜAVİYƏYƏ XƏBƏR

Mərvan Müaviyə tərəfindən Mədinəyə vali təyin edilmişdi. O, Müaviyəyə aşağıdakı məzmunda bir məktub yazdı:

Əmr ibni Osman xəbər verib ki, İraq və Hicazın tanınmış şəxsiyyətləri Hüseyn ibni Əli ilə əlaqə yaratmışlar. Mən bu barədə axtarış aparmışam. Məlum olmuşdur ki, onun hökumətlə müxalifət niyyəti var. Bu barədə öz fikrini mənə bildir.

Müaviyə məktubun cavabında belə yazdı:

Məktubun mənə çatdı, Hüseyn ibni-Əli barəsində yazdıqlarını oxudum. Sənə sifarişim budur ki, qətiyyən onunla işin olmasın! Nə qədər ki, onun səninlə işi yoxdur, ona maneçilik törətmə! Hələlik o, bizim beyətimizdədir, buna görə də onu incitmək niyyətimiz yoxdur. Sən onu izlə, lakin ehtiyatlı ol ki, onunla qarşılaşmayasan.

MÜAVİYƏNİN İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-A MƏKTUBU

Eləcə də Müaviyə İmam Hüseynə (əleyhis-salam) aşağıdakı məzmunda bir məktub yazdı:

Sənin barəndə mənə bəzi xəbərlər çatmışdır ki, əgər düz olsalar heç də sənə yaraşan işlər deyildir. Mən səni belə işlərə baş qoşmaqdan çəkindirirəm. Hər kəs bir müqavilə bağlasa, çox yaxşı olar ki, öz əhd-peymanı üstündə möhkəm dayansın. Camaat arasında səndən başqa öz əhd-peymanına sadiq qalacaq bir şəxs vardırmı? Sənin məqamın və şərafətli mövqeyin tələb edir ki, öz əhd-peymanına sadiq qalıb bu işdə möhkəm olasan. Bunu bil ki, əgər mənim üçün hiylə qurmaq fikrinə düşsən, mən də hiyləyə əl atacağam; yox əgər haqqımı inkar etsən, mən də sənin məqamını inkar edəcəyəm. Belə olan surətdə İslam ümmətinin başçılarına zərbə vurmaqdan çəkin, qoyma bu millət sənin əlinlə fitnəyə düşsünlər. Sən camaatı tanımış, yoxlamısan buna görə də özünün, dininin, Peyğəmbər ümmətinin barəsində bir az fikirləş, ağılsız, biliksiz adamlarla yoldaşlıq etməkdən uzaq ol!


İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN CAVAB MƏKTUBU

Bu məktub İmam (əleyhis-salam)-a çatan kimi həzrət ona belə cavab yazdı:

Sənin məktubunu aldım. Yazırsan ki, mənim barəmdə bəzi xoşagəlməz sözlər eşitmisən. Sənin fikrincə, mən pis iş görmüşəm? Elə bir iş görmüşəm ki, bu iş yaxşı insanlardan baş verməz, bu işlər barəsində yalnız tək olan Allah mühakimə edər. Bu xəbərlər barəsində deməliyəm ki, onları sözgəzdirənlər quraşdırmışlar. Onların səyi həmpeymanlar arasına nifaq salmaqdır. Zəlalətdə olanlar həmişə yalan söyləyərlər. Mənim səninlə müharibə, ya müxalifət niyyətim yoxdur. Sənə bu barədə bəzi şeylər yazıb çatdırmağım yalnız höccəti tamamlamaq məqsədi ilə olmuşdur, vəssalam. Mən ilahi əzabdan qorxuram və vəzifəm haqqı, həqiqəti sənə deməkdir. Təki sənin və zülmkar, dinsiz dostlarının heç bir bəhanəsi qalmasın. Onlar şeytanın hizbindən olub İblisin dostlarıdırlar.

Ey Müaviyə, məgər sən Hücrü nahaq yerə öldürən, onun dostlarını şəhid edən şəxs deyilsənmi? Onlar namaz qılan, zülm ilə mübarizə aparan, bidətləri rəva görməyən, yaxşılıqlara əmr edərək, pisliklərdən çəkindirənlərdən idilər. Amma sən onları zülm ilə öldürdün, halbuki onlara söz vermiş, möhkəm əhd-peyman bağlamış, onların əmin-amanlıqda olacaqlarına əmin etmişdin. Sənin bu işin (onları qətlə yetirməyin) Allaha qarşı bir üsyan, Onun peymanını ayaq altına salmaqdır.

Ey Müaviyə, məgər Xatəmül-ənbiya (səlləllahu əleyhi və alihi və səlləm)-in böyük səhabələrindən biri olan Əmr ibni Nəmiq Xüzaini öldürən sən deyilsənmi? Sən əməli-saleh bir şəxsi öldürmüsən. O, elə bir şəxs idi ki, ibadətin məşəqqəti üzünü saraldıb-soldurmuş, bədənini zəiflətmişdi. Sən onunla peyman bağlayaraq aman vermişdin. Hətta əgər bu amanı çöl ahularına versəydin dağlardən çox arxayınlıq və xatircəmliklə enib sənə tərəf gələrdilər.

Ey Müaviyə, məgər sən Ziyadı İslam hərəmində atan Əbu Süfyandan dünyaya gəldiyini iddia edən adam deyilsənmi? Hansı ki o, Səqəfi adlı bir qulun evində dünyaya gəlmişdi. Sən onu Əbu Süfyanın oğlu, öz qardaşın hesab etdin, halbuki Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurub: Övlad yataq sahibinə aiddir və zinakar daş-qalaq olunmalıdır. Sən bu işi nəfsani ehtiraslar, istəklər, dünyapərəstlik üzündən gördün, sonra onu müsəlmanları qətlə yetirib, əl-ayaqlarını kəsdirərək, gözlərini çıxarmaq və xurma ağaclarından asdırmaq üçün onların canına saldın. Elə təsəvvür edirsən ki, bu işlərin sənə heç bir dəxli yoxdur?!

Ey Müaviyə, məgər sən o adam deyilsən ki, Əli (əleyhis-salam)-ın dostlarını və ardıcıllarını qətlə yetirmək barədə Ziyada fərman verdin, o da sənin əmrini yerinə yetirdi. Halbuki, Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) öz əmisi oğlunun (Peyğəmbərin) dininə iman gətirmişdi. O Həzrətin əmrinə əsasən, sənə və atana qarşı vuruşurdu ki, bu gün məhz həmin dinin nuru sayəsində bu məqama çatmısan, yoxsa, sənin və ata-babalarının şərafəti yayın və qışın məşəqqətli günlərində köç etməkdən başqa bir şey deyildi.

Ey Müaviyə, məktubda yazırsan ki: Özünün, dinin və Peyğəmbər ümməti barəsində fikirləş, İslam ümmətinə zərbə vurmaqdan çəkin, onları çətinliyə salma. Amma mən sənin İslam cəmiyyətinə hökmranlıq etməyindən daha böyük və təhlükəli bir fitnə görmürəm. Mənim öz dinim və cəddimin ümməti üçün ən böyük arzum budur ki, səninlə mübarizə edəm; belə bir iş görsəm, Allaha daha yaxın olaram, yox, əgər ondan boyun qaçırsam, onda gərək Allah dərgahına tövbə edəm.

Məktubun başqa bir yerində yazırsan ki, Əgər sən mənim barəmdə hiylə işlətsən, mən də hiyləyə əl atacaq; haqqımı inkar etsən, mən də sənin məqamını inkar edəcəyəm. Mən isə sənə deyirəm: Bütün hiylələrini işə sal, məkrini başla. Ümidvaram ki, sənin məkr və hiyləndən heç bir ziyan görməyəcəyəm. Onun ziyanı hər kəsdən artıq sənin özünə dəyəcək. Çünki nadanlıq atına minib, o yan-bu yana çapan sənsən!

Əhd-peymanı pozan da sən özünsən. Canıma and olsun ki, sən sülhün şərtlərindən heç birinə əməl etməmisən. Sən sülh müqaviləsi bağlanandan, sonra bu qədər insanları öldürməklə öz əhdinə vəfadar olmamağı sübut etmisən. Onlar nə səninlə mübarizəyə qalxmış, nə də ki, bir kəsi öldürmüşdülər. Təqsirləri yalnız bu idi ki, bizim xatirəmizi canlandıraraq, haqqımızı böyük hesab etmişdilər. Sən onları öldürdün, çünki onlardan qabaq öləcəyindən, yaxud onların ələ keçmədən ölməklərindən qorxurdun.

Amma ey Müaviyə! Bil ki, səndən qisas alınacaq, gördüyün işlərin haqq-hesabına yetişəcəklər. Bil ki, Allah yanında bir yazı vardır ki, (o) heç bir kiçik və ya böyük işdən keçməz, hamısını hesab-kitaba gətirər. Bil ki, Böyük Allah sənin işlərini unutmaz; sən hər hansı güman və töhməti bəhanə edərək adamları nahaq yerə qətlə yetirirsən, Allah dostlarını ucqar şəhərlərə sürgün edib sərxoş və it oynadan bir uşağı (Yezidi) müsəlmanlara hökmdar seçirsən.

Ey Müaviyə! Görürəm ki, özünü həlak, dinini isə xarab etmisən. İslam ümmətini qara günə qoymuş, çiyninə aldığın əmanətə xəyanət etmisən. Sən nadan və ağılsızlardan nəsihət alır, təqvalı, Allahdan qorxan şəxslərdən isə qaçırsan. Vəssalam61




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə