Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN CAVABI VƏ MÜSLÜMÜN GÖNDƏRİLMƏSİ



Yüklə 2,38 Mb.
səhifə24/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN CAVABI VƏ MÜSLÜMÜN GÖNDƏRİLMƏSİ

Bu məktub çatandan sonra İmam (əleyhis-salam) kufəlilərin məktublarına belə bir surətdə cavab yazdı:

Bismillahir-Rəhmanir-Rəhim.

Bu məktub Hüseyn ibni Əlidən müsəlman və imanlı xalq kütlələrinədir. Sizin axırıncı nümayəndələriniz–Hani və Səid məktubunuzu mənə çatdırdı. Məktublarınızın məzmunundan, yazdıqlarınızdan belə nəticəyə gəldim ki, rəhbəriniz yoxur. Məndən istəyirsiniz ki, sizə tərəf gəlim və Allahın lütfü ilə, hamılıqla haqqın mehvərinə toplaşasınız.

İndi isə mən etimad bəslədiyim bir şəxsiyyəti-qardaşım və əmioğlum Müslüm ibni Əqili sizin yanınıza göndərirəm. Əgər o öz xəbərlərində mənə yazsa ki, ağıl sahibləri, gözüaçıq şəxsiyyətlər və ümumxalq kütləsi məktubda yazdığınız, nümayəndələrin dedikləri barədə həmin fikirdədilər, tezliklə sizə qoşulacağam. İnşallah. Öz canıma and olsun, yalnız camaat arasında Allahın Kitabı əsasında hökm edib adil olan, dəyanətin düzgün yolundan inhirafa yuvarlanmayan və bu işləri Allahın razılığı üçün yerinə yetirən şəxsdən başqa heç kəs İmam ola bilməz. Vəssalam68

Nəhayət İmam (əleyhis-salam) bu dəvətlərə müsbət cavab vermək qərarına gəldi. İki amil Həzrətin bu qərara gəlməsinə səbəb olmuşdu.

1-İslamın təməlini qoyan şəxsin (Peyğəmbərin) nəvəsi və zəmanənin İmamı olmaq ondan tələb edirdi ki, müsəlmanların ardıcıl istəklərinə cavab versin.

2-Yezidin beyət almaq üçün ardıcıl tələbləri o qədər idi ki, Peyğəmbər övladı və Allahın yer üzündəki canişini, ilahi bir şəxsiyyət olan İmam Hüseyn (əleyhis-salam) heç cür bu cahil və murdar şəxsi (Yezidi) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişinlik vəzifəsinə qəbul edə bilməzdi.



VƏZİYYƏT DAHA DA AĞIRLAŞIR

Vəziyyət olduqca ağır idi. Müaviyənin rəftarı Yezidin rəftarından tamamilə fərqlənirdi. Müaviyənin sırf dünyapərəst bir mövqe seçməsi, dini məsələlərə qarşı etinasız yanaşmasına baxmayaraq, zahirdə İslami meyarlara riayət edirdi. Amma Yezid Quran və Peyğəmbər qanunlarını pozmaqla kifayətlənmir, aşkar şəkildə dinin əsaslarını məsxərə edirdi. Bu məsələ barəsində müsəlman tarixçiləri arasında fikir ayrılığı yoxdur. Hətta Müaviyənin yaxın adamları belə onu yaxşı tanıyırdılar. Məhz buna görə də Müaviyə Bəsrə və Kufə əhalisinə Yezidin canişinliyini qəbul etdirmək üçün hazırlaşın deyəndə, Ziyad ona nəsihət verərək, camaatdan oğlun Yezidlə həmkarlıq etmələri barədə iltizam almazdan qabaq onu islah et söyləmişdi.



HƏZRƏT MÜSLÜMÜN YOLA DÜŞMƏSİ

Müslüm İmam Hüseyn (əleyhis-salam) tərəfindən ilahi bir tapşırıq aldığını bilən kimi dərhal mübarək Ramazan ayının 15-də Məkkədən Mədinəyə yollandı, şəhərə daxil olub bir-başa Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getdi və orada namaz qılıb həzrətin qəbrini ziyarət etdi. Sonra öz ailəsinin yanına gedib onlarla vidalaşaraq, İraqa doğru yola düşdü.

***

Həzrət Müslüm Kufəyə daxil olarkən əvvəlcə Muxtar ibni Əbi Übeyd Səqəfinin evinə getdi. Onun bu evə gəlməsindən xəbərdar olan Kufə əhli onun görüşünə tələsdilər. Şəhərin böyük şəxsiyyətləri onun ətrafına yığışdılar. Şücaətli igidlər dəstə-dəstə, yaxud tək-tək onun hüzuruna gəlir, öz imamın nümayəndəsinin gəlişini təbrik edirdilər. Həzrət Müslüm hər şeydən əvvəl İmam (əleyhis-salam)-ın məktubunu onlara oxuyub dedi ki, sözlərinin üstündə möhkəm dayansalar və düşmənlə mübarizə etsələr, İmam onların çağırışına müsbət cavab verəcəkdir. Abbas ibni Şəbib Şakiri Müslümə dedi:–Mən camaat barəsində səninlə söhbət etmirəm. Onların ürəklərində olanlardan da xəbərim yoxdur. Amma bilmirəm onların nəyinə aldanmısan! Amma öz qəlbimdə olanları sənə deyə bilərəm. Allaha and olsun, hər vaxt məni köməyə çağırsan, ləbbeyk deyəcək, sizinlə birgə düşmənə qarşı vuruşacağam. Bu yolda qılıncı qınından çəkib haqqın görüşünə tələsəcəyəm. Bu fədakarlıqda ilahi savabdan başqa heç nə istəmirəm və heç bir qərəzim də yoxdur.



Bəli, İmam Hüseyn (əleyhis-salam) kimi alicənab bir şəxs camaatın batini fikirlərindən agah olmaya bilməzdi. Həzrət bilirdi ki, onlar imtahandan alnıaçıq çıxa bilməyəcəklər. Əgər döyüş şiddətlənsə, haqqa kömək etməkdən əl çəkəcək, azacıq çətinliyə düşsələr, onu xar edəcəklər. Belə olan surətdə fəzilət və kəramət ailəsi (Əhli-beyt) köməksiz qalacaq, Bəni-Haşim, İmam (əleyhis-salam)-ın seçilmiş köməkçiləri din düşmənlərinin caynağında bəlaya giriftar olacaqdı.

Axı necə mümkün ola bilər ki, İmam Hüseyn (əleyhis-salam) imamətin sonsuz elmindən, habelə keçmiş təcrübələrdən bəhrələndiyi halda, kufəlilərin vəfasızlığı və ona qarşı edəcəkləri hiylələrindən qəflətdə qalsın? Məgər elə bu kufəlilər Peyğəmbərin canişini (Həzrət Əli (ə)) ilə necə rəftar etdiklərini unutmaq olarmı? Məgər onun qardaşı Həzrət Müctəba (əleyhis-salam)-ı yalqız qoymaları yaddanmı çıxarmı?! Məgər Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in və Əmirəl-möminin (ə)-ın gələcəkdə baş verəcək acı hadisələr, Əhli-Beyt (əleyhis-salam)-ın başına gətiriləcək müsibətlər və dini şəxsiyyətlərin şəhadətə çatması barədə buyurduqları bəyanatlar İmam Hüseyn (əleyhis-salam)-ın xatirəsindən yayınamı bilərdi?!

İmam (əleyhis-salam) qarşıdakı hadisələri gözəl bilir, kufəlilərin ona qarşı edəcəkləri rəftardan tamamilə agah idi. Lakin İmam (əleyhis-salam) Allahın xalq üzərində olan höccətidir və bu hiyləgər camaat üçün bütün bəhanə və üzr yollarını bağlamalıdır. Elə buna görə də məktubların sayı və nümayəndələrin gəlişi artdıqdan sonra İmam (əleyhis-salam) üçün höccət tamam oldu. Həzrət onların canfəşanlıqlarına ona görə cavab verdi ki, qiyamət günü Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) biz İmamı istəyirdik, lakin övladın bu istəyimizə cavab vermədi, deməsinlər. Daha camaatda İmama (əleyhis-salam) qarşı heç bir dəlil yox idi. Onlar rəhbər barəsində agahlıqlarının olmamasını iddia edə bilməzdilər, çünki İmam (əleyhis-salam), Allahın camaata yol göstərib rəhbərlik etmək, onları cəhalət yuxusundan ayıldıb qiyama hazırlamaq üçün seçdiyi bir şəxsdir.

Həbib ibni Məzahir onun sözlərinə əlavə edib dedi:–Allah sənə rəhmət eləsin, öz xalis niyyətini aşkar surətdə bəyan etdin. Tək olan Allaha and olsun ki, mən tamamilə sənin əqidəndəyəm.

Səid Hənəi də bu iki böyük şəxsiyyətin sözünü təsdiq etdi.69.

Beləliklə, bu pak qəlbli insanlar Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinin əvəzini əda edərək son nəfəsə kimi öz əhd-peymanlarına sadiq qalacaqlarını büruzə verdilər.

Amma Abisin düşüncələri kufəlilərin batini fikirlərini aşkara çıxarır, bu tayfanın məqsəd və xislətlərini bizə açıb göstərir, başa salır ki, bu şiələr öz fədakarlıq niyyətlərində tərəddüd keçirirlər. Bu sözün doğruluğunu isbat etmək üçün Əli ibni Həccacın söylədiyi rəvayətə nəzər salmaq daha maraqlı olardı. O deyir:–Məhəmməd ibni Bəşir Həmdanidən soruşdum ki, sən də Müslümün qarşısında bir söz dedin? Cavab verib dedi ki, mən istəyirdim ki, dostlarım izzət və şərəfə nail olub, qələbə çalsınlar. Lakin özümü ölümə vermək istəmirdim və yalan danışmağı da xoşlamırdım70.

Onun axırıncı cümləsindən məlum olur ki, kufəlilər yalan deyirmişlər. Müslümə qarşı şövq-məhəbbət göstərməkləri, əllərini beyət məqsədi ilə ona tərəf uzatmaları hiylədən başqa bir şey deyilmiş.

Aydındır ki, Həzrət Müslümün vəzifəsi zahiri qəbul etmək idi və onlardan beyət almaya bilməzdi. Necə ki, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Əqəbətüssaniyədə Ovs və Xəzrəc qəbilələrindən beyət aldı, fəth günü müsəlmanlarla beyəti təzələdi və qədr günündə də hamını Əmirəl-mömininə beyət etməyə çağırdı; həmçinin Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) da hökuməti qəbul edən vaxt və Həzrət Müctəba (əleyhis-salam) atasının şəhadətindən sonra kufəlilərdən beyət almışdı. Bütün bu beyətlərdə bir məsələ vardır və o da Allahın Kitabına və rəsulullahın sünnətinə çağırış, Əhli-beyt dostlarına kömək etmək, düşmənləri ilə mübarizə aparmaq, sözdə və əməldə, bu ilahi şəxsiyyətlərlə müxalifət etməməkdir.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə