Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


BƏSRƏ ƏHALİSİNİN VƏZİYYƏTİ



Yüklə 2,38 Mb.
səhifə23/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

BƏSRƏ ƏHALİSİNİN VƏZİYYƏTİ

Bəsrəlilərin dini vəziyyəti kufəlilərdən heç də yaxşı deyildi. İmam Hüseyn (əleyhis-salam)-ın bəsrəlilərə yazdığı məktublardan biri də Münzər ibni Caruda idi. Məktub onun əlinə çatanda bədəni lərzəyə düşdü. O, məktubu Übeydullah ibni Ziyada verdi. Çünki o, elə fikirləşirdi ki, bu işi (məktub yazmağı) Übeydullah özü qurmuşdur. Übeydullah Münzəri yaxalayıb edam etdi, sonra minbərə çıxıb Bəsrə əhalisini hədələyərək, ona vəfadar qalanlara çoxlu vədlər verdi, qəbilə başçılarının kisələrini pulla doldurdu və onlara çoxlu hədiyyələr payladı. İbni Ziyad elə bir iş gördü ki, hamı qorxuya düşdü və daha heç kəs ona qarşı çıxmağa cürət etmədi.




İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN BƏSRƏ ŞİƏLƏRİNƏ MƏKTUBU

Allah Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i camaat arasından seçmiş, ona peyğəmbərlik məqamı verməklə şərəfləndirmiş və ilahi hökmləri yaymaq üçün göndərmişdi. O Həzrət camaata öyüd-nəsihət verib öz peyğamını onlara çatdırdıqdan sonra Allah onu özünə tərəf apardı. Biz onun sülaləsi və Əhli-Beytiyik. Yaxşı adamlar içərisindən məhz bizlərə rəhbərlik təqdim olunmuşdur. Biz onun əmanətdarları, sizin aranızda olan xəlifə və canişiniyik. Biz onun yerini tutmaq üçün camaat arasında ən layiqli şəxslərik. Amma... camaat bu kimi imtiyazlarda özünü bizdən üstün bildi. Biz sükut etdik, çünki ixtilafı və ikitirəliliyi sevmirik. Biz cəmiyyətin əmin-amanlıq və rifahının hifz olunmamasından nigaran idik. Əlbəttə, biz rəhbərliyi bizdən alanlardan daha ləyaqətli olduğumuzu bilirdik«

Mən öz nümayəndəmi sizin yanınıza göndərməklə sizi Allahın kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətinə əməl etməyə dəvət edirəm. Bu sünnət artıq xatirələrdən silinmiş, bidətlər65 güclənmişdir. Əgər mənə qulaq asıb göstərişlərimə itaət etsəniz, onda sizi düz yola hidayət edərəm. Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh.

KUFƏLİLƏRİN TOPLANTISI


Müaviyənin ölümündən sonra, İmam (əleyhis-salam)-ın Yezidə beyət etməkdən imtina edərək Məkkəyə doğru hərəkət etməsindən xəbər tutan kufəli şiələr Süleyman ibni Sürəd Xüzainin evində bir yerə yığışdılar. Süleyman Kufənin tanınmış şəxsiyyətlərindən biri sayılırdı. Onun, camaat arasında böyük hörməti var idi. Hamı onun sözünü qəbul edirdi. Bu iclasda Müaviyənin ölüm xəbəri, onun zülmkar hökumətində şiələrin keçirdiyi əzab-əziyyətlərdən söz açıldı və onun yerində əyləşən Yezidin ondan qat-qat alçaq olması bəyan edildi.

Bu yığıncaqda əvvəlcə Süleyman ibni Sürəd ayağa qalxdı, Allahın dərgahına həmd-səna etdikdən sonra dedi:–Bildiyiniz kimi, Müaviyə ölmüş, Yezid onun yerində xilafət kürsüsünə oturmuşdur. Hüseyn ibni Əli onunla müxalifət etmiş və Məkkəyə gəlmişdir. Siz onun və atasının şiələrindənsiniz. İndi baxın, əgər ona kömək etmək, onun düşməni ilə mübarizə aparmaq üçün özünüzdə qüvvə və hazırlıq görürsünüzsə, o Həzrətə məktub yazıb Kufəyə dəvət edin. Amma, əgər zəiflik və süstlüyünüzdən ehtiyat edirsinizsə, o Həzrəti aldadıb düşmənə giriftar etməyin.

Hamı bir səslə dedi:–Biz onun düşməni ilə vuruşub canımızı onun yolunda fəda edəcəyik.

KUFƏLİLƏRİN İMAM (ƏLEYHİS-SALAM)-A YAZDIQLARI MƏKTUB

Bu yığıncaqdan sonra kufəlilər İmam (əleyhis-salam)-a aşağıdakı məzmunda bir məktub yazdılar:

Bismillahir-Rəhmanir-Rəhim.

Bu məktub Hüseyn ibni Əliyə Kufə əhalisindən olan Süleyman ibni Sürəddən, Müseyyib ibni Nəcbətdən, Rəfaət ibni Şəddad Bəclidən, Həbib ibni Məzahirdən və onun digər şiələrindəndir.

Salam olsun sizə. Sonsuz həmd-səna olsun tək Allaha. Allaha şükür olsun ki, düşməninizin (Müaviyənin) arxasını yerə vurdu. O, qəddar və kinli bir adam idi, İslam ümmətinə hakim olaraq, hökumət işlərini onların əlindən oğurlamışdı. Beytül-malı zorla alırdı, cammatın razılığı olmadan onlara hökmranlıq edib yaxşı insanları qətlə yetirmiş, alçaq və yaramazları onların yerinə təyin etmişdi.

Allah malını özünün, ailəsinin və zülmkar dostlarının eyş-işrətinə sərf edirdi. Allah Səmud qövmünü Öz rəhmətindən uzaq etdiyi kimi, onu da Öz rəhmətindən uzaq etmişdi.

Ey Rəsulullahın oğlu! Bil ki, səndən başqa bizim imamımız yoxdur. Bizim şəhərimizə gəl, inşallah, Tanrı sənin qüdrətli əllərinlə bizi haqq mehvərində cəm edər. Hal-hazırda Nöman, yəni Bəşir hökumət qəsrində oturmuşdur, amma bizim heç birimiz onunla həmfikir deyilik; cümə və bayram namazlarına getmirik. Hər vaxt sənin Kufəyə tərəf gəlməyindən xəbər tutsaq, dərhal onu Kufədən qovacağıq ki, Şama gedib, öz mövlasına (Yezidə) qoşulsun. İnşallah!

Bu məktubu Əbdüllah ibni Mismə Həmdani və Əbdüllah ibni Valaya tapşıraraq tez bir zamanda İmama çatdırmağı xahiş etdilər. O iki nəfər də təcili olaraq özlərini Məkkəyə çatdırıb mübarək Ramazan ayının 10-da İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna çatdılar.

Kufəlilər məktub yazmalarından iki gün keçməmiş, daha 150 məktub yazaraq Qeys ibni Müshir Seydavi, Əbdürrəhman ibni Əbdullah ibni Şəddad Üzdi, Əmmar ibni Əbdüllah Səlulinin vasitəsi ilə Məkkəyə göndərdilər. Hər bir məktubda kufəlilərdən bir neçəsinin imzası var idi. İki gündən sonra kufəlilərin daha mühüm bir məktubu Hani ibni Hani Əssəbli Səid ibni Əbdullah Hənəfinin vasitəsi ilə Məkkəyə göndərildi ki, məktubun məzmunu belə idi:

Bismillahir Rəhmanir Rəhim.

Bu bir ərizədir Hüseyn ibni Əliyə, onun şiə və fədailəri tərəfindən.

Ey əziz İmam! Təcili olaraq özünü Kufəyə çatdır. Camaat sizin gəlişinizi közləyir, sizdən başqa heç kimi rəhbərliyə qəbul etmirlər. Elə isə tələsin, tələsin, tələsin! Vəssalam.

Başqa bir məktub da Şibs ibni Ribi, Həccar ibni Əbcər İcli, Yəzid ibni Haris ibni Rüveym, Əzrət ibni Qeys Əhməsi, Əmr ibni Həccar Zübeydi, Məhəmməd ibni Ümeyr ibni Əttar Təmrinin imzası ilə göndərilmişdi ki, məzmunu belə idi:

...Səhralar yaşıllaşmış, meyvələr yetişmişdir. Bizə tərəf gəlin. Bizim ordumuz hazırlanmış, təchiz olunmuş halda sizin fərmanınızı gözləyir. Allahın salam və rəhməti sizə olsun!66

Kufəlilərin nümayəndələri bir-birinin ardınca əllərində məktub İmam (əleyhis-salam)-ın yanına gəlirdilər. Hətta təkcə bir gündə altı yüz məktub gəlib çatırdı. Nəhayət, məktubların sayı 12 minə çatdı.67

Amma İmam Hüseyn (əleyhis-salam) bu məktubların heç birinə etina etmirdi. Hətta bir gün Kufə əhalisindən İmam (əleyhis-salam)-a bir xəbər gəlib çatdı. Bütün Kufə əhli yazmışdılar ki, Ey Hüseyn, ey Peyğəmbər qızının oğlu, sən bilirsən ki, Yezid bizə zülm edir, kişilərimizi öldürür, mal-dövlətimizi qarət edir. Onun tüğyançılığı həddini aşmışdır. Biz də öz məktublarımızda səndən istəmişik ki, yanımıza gələsən, sənə kömək edib, Yezidlə vuruşaq, xilafəti sənə həvalə edək. Siz isə heç bircə dəfə də olsun etina etmirsiniz.

Ey Hüseyn, səni and veririk, cəddin Mühəmməd Müstafanın haqqına ki, bizim yanımıza gələsən, biz də Sizin köməyiniz ilə Yezidə qarşı vuruşaq, onu xilafətdən salaq. Əgər razı olmasan, bizim istəkləri qəbul etməsən, qiyamət günü Allah qarşısında deyəcəyik ki:

İlahi, Hüseyn (əleyhis-salam) bizə zülm etdi, bizə zülm olunmasına razı oldu, bizə olunan zülmün qarşısını almadı. İlahi, bizim haqqımızı Hüseyndən al. Bu halda sən Allah qarşısında nə cavab verəcəksən? Allah bəndələrinə qarşı etdiklərinin cavabını necə verəcəksən?




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə