Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HƏZRƏT MÜSLÜMÜN VƏ HANİNİN ŞƏHADƏT XƏBƏRİ



Yüklə 2,38 Mb.
səhifə33/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

HƏZRƏT MÜSLÜMÜN VƏ HANİNİN ŞƏHADƏT XƏBƏRİ

Hər ikisi Bəni Əsəd qəbiləsindən olan Əbdullah ibni Səlim, Münzər ibni Müşməl deyirlər: Biz Həcc mərasimi bitdikdən sonra sürətlə İrağa doğru hərəkət etdik, məqsədimiz yalnız İmam (əleyhis-salam)-ın karvanına qoşulmaq idi. Öz dəvələrimiz ilə gəlib Sələbiyyənin yaxınlığındakı Zərud məntəqəsində İmam (əleyhis-salam)-ın karvanına çatdıq.

Hələ İmam (əleyhis-salam)-ın çadırlarına çatmamışdıq ki, kufəli bir kişi gördük. O, İmamla üzləşməsin deyə səhra ilə hərəkət edirdi. Əgər İmam (əleyhis-salam) onun Kufə istiqamətindən gəldiyini hiss etsəydi, ondan bəzi şeylər soruşacaqdı. (O iki nəfər deyir:) Biz öz-özümüzə dedik ki, yaxşı olar onun yanına gedib Kufənin daxili vəziyyəti barədə maraqlanaq. Bu niyyətlə ona tərəf getdik, soruşduq:–Kufədə nə kimi xəbərlər var?

Dedi:–Mən Kufədən gələndə öz gözlərimlə gördüm ki, Müslüm və Hani öldürülmüşdür, onların cəsədlərini küçə və bazarlarda yerlə sürüyürdülər. Bu sual-cavabdan sonra biz İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gəldik. Axşam düşdü. Karvan Sələbiyyədə mənzil saldı.

İmam (əleyhis-salam)-ın yanına gedib dedik:–Allah sizə rəhmət göndərsin. Biz bir xəbər eşitmişik, xəlvət istəyirsənsə, xəlvətdə deyək, aşkar istəyirsənsə, aşkarda deyək.

Həzrət öz dostlarına baxıb dedi:–Mən bunlardan heç nəyi gizlətməmişəm.

Biz dedik:–Dünən gecə o kişini gördünüzmü?

Buyurdu:–Bəli, istəyirdim ondan bəzi xəbərlər soruşam.

Dedik:–O kişi ağıllı, düzgün fikirli və düzdanışandır. O bizə xəbər verdi ki, Kufədə olanda Müslümün və Haninin öldürülməsini görmüşdür. Öz gözləri ilə bu iki şəhidin pak cəsədlərini Kufə bazarlarında yerlə sürüdüklərinin şahidi olub.

İmam bir neçə dəfə buyurdu:

≈ÊÒ«†‰‰ÒÁ†ËÓ†≈ÊÒ«†≈‰ÓÍÚÁ†—«ÃŸÔËÊÓ†—ÓÕÚÂÓ:Ô†«‹†ŸÓ‰ÓÍÚÁÓ«

Sonra biz İmama (əleyhis-salam) xitabən dedik:–Sizi öz canınıza və ailənizin canına and veririk ki, geri qayıdasınız; Yəqin bilin ki, Kufədə heç kim sizə kömək etməyəcək. Hətta gözlənilir ki, kufəlilər sizin əleyhinizə qiyam etməkdən belə çəkinməsinlər.

İmam (əleyhis-salam) Əqilin oğlanlarına baxıb soruşdu:–Siz nə deyirsiniz? Qardaşınız Müslüm şəhadətə çatıbdır.

Hamısı bir ağızdan dedilər:–Allaha and olsun ki, biz qardaşımızın intiqamını almayınca və bu yolda şəhid olmayınca geri dönməyəcəyik.

Sonra Həzrət üzünü bizə tutub buyurdu:–Bu əzizlərin şəhadətindən sonra yaşamağın heç bir mənası yoxdur.

Biz başa düşdük ki, Həzrət getməyi qərara almışdır. Onlar üçün dua etdik, İmam (əleyhis-salam) da bizi dua etdilər. Həzrət gecəni Sələbiyyədə qaldı. Həzrət Müslümün matəmində göz yaşı axıtdılar. Sübh açılanda cavan yoldaşlarına əmr etdi ki,çox su götürsünlər.

Onlar da əmrə itaət edib çox su götürdülər. Sonra hərəkət edib Zubalənin evinə yetişdilər. Bu məntəqəyə çatdıqda Qeys ibni Müshərin110 şəhadət xəbərini aldılar. Bu xəbər İmama (əleyhis-salam) çatanda hamının bir yerə yığılmasını əmr etdi. Hamı bir yerə yığıldıqdan sonra buyurdu: -Mən Müslüm ibni Əqilin, Hani ibni Ürvənin və Qeysin şəhadət xəbərlərini almışam. Şiələrimiz Kufədə bizə kömək etmək fikrindən dönüblər. İndi, hər kəs istəyirsə qayıda bilər və kimsə bu işdə məzəmmət olunmayacaq.

Bu, İmam Hüseyn (əleyhis-salam)-ın hərəkatında dönüş nöqtəsi sayılır. Hamıya qabaqkı günlərin necə olacağı aşkar oldu və başa düşdülər ki, bu karvanın axırı hara gedib çıxacaq.

Məkkədə, yaxud yol boyu bu karvana qoşulanlar, əksəriyyəti də qənimət toplamaq fikrində olanlar dağılışdılar, İmam (əleyhis-salam) ilə azsaylı, sədaqətli dostları qaldı. O Həzrət bilirdi ki, karvanda olan camaatın çoxu öz qarınlarını doyurmaq, dünya arzularına çatmaq məqsədi ilə bu karvana qoşulmuşdur. Çünki, onlar eşitmişdilər ki, İmam (əleyhis-salam) Kufəyə gedir, və Kufə əhalisi də ona çox hörmət bəsləyib qədəmlərini mübarək sayırlar.

İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN HÜRR İLƏ QARŞILAŞMASI

İmam yol boyunca Kəraf adlı bir yerə çatıb elə orada da gecələdi. Sübh İmam (əleyhis-salam)-ın göstərişi ilə çoxlu su götürüb hərəkət etdilər. Günortaya yaxın o Həzrətin köməkçilərindən biri gözlənilmədən təkbir dedi. İmam (əleyhis-salam) da təkbir deyib soruşdu:–Nə gördün ki, təkbir dedin? –Gözüm xurma ağaclarına düşdü. İmamın başqa yoldaşları da dedilər:–Allaha and olsun, biz bu diyarda heç vaxt xurma ağacı görməmişdik. İmam (əleyhis-salam) buyurdu:–Elə isə yaxşı-yaxşı baxın, görün nədir.

Bir az da diqqətlə baxdıqdan sonra dedilər:–Allaha and olsun, o qaraltılar nizələrin ucu, atların başlarından başqa bir şey deyildir.

İmam (əleyhis-salam) buyurdu:–Vallah, elə mən də onları görürəm.

Beləliklə də əməvi ordusu görünməyə başladı. Onlar min nəfər atlıdan ibarət bir qoşun olub, başçıları da Hürr ibni Yəzid Riyahi idi, İmam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə qarşılaşmaq üçün Kufədən gəlirdilər.

Kufə ordusu elə ki, İmam Hüseyn (əleyhis-salam)-ın dayandığı yerə çatdı, qızmar günün altındaca o Həzrətin qarşısında atdan yerə endilər. İmam (əleyhis-salam) və onun köməkçiləri qılınclarını siyirib qoşunun qarşısında özlərinə mövqe tutdular. İmam əvvəlcə əmr etdi ki, o səhranın ən yaxşı töhfəsi olan su ilə düşmən tərəfin döyüşçü və atlarını suvarsınlar.

İmamın karvanında olan fədakar cavanlar dərhal su qablarını doldurub atların yanına apardılar və bütün atlara su verdilər.

Sonra İmam (əleyhis-salam) üzünü Hürrə tutub dedi:–Sən bizi müdafiə etmək niyyəti ilə bura gəlmisən, yoxsa bizimlə qarşılaşmaq məqsədin var?

Hürr dedi:–Məqsədimiz sizinlə vuruşmaqdır.

İmam (əleyhis-salam) buyurdu

‰«†ÕÓˉӆËÓ†‰«†‚ÔËÒÓ:Ó†≈˙†»«‹†«‰ÚŸÓ‰ÍÒ†«‰ÚŸÿÍÂ

İMAM (ƏLEYHİS-SALAM)-IN HÜRRÜN QOŞUNU QARŞISINDAKI XÜTBƏSİ


Günorta yaxınlaşdı. İmam Hüseyn (əleyhis-salam) Həccac ibni Məsruqa dedi ki, iki ordunun arasında dayanıb azan desin. Azandan sonra Həzrət iki qoşunun arasında dayanıb xütbəyə başladı. Əvvəlcə Allaha həmd-səna etdi, sonra buyurdu:

Ey camaat, Kufəyə doğru hərəkət etməyimin səbəbini sizə demək istəyirəm ki, bununla da Allah dərgahında üzrlü, sizə isə höccəti tamam etmiş olam. Mənim Kufəyə doğru hərəkətim yalnız sizin məktublarınız və nümayəndələriniz gələndən sonra olmuşdur. Sizin nümayəndələr brəhbərlərinin olmamasını söyləyib sən gəl bizə rəhbər olmağı qəbul et ki, Allah sənin rəhbərliyin sayəsində bizi haqqa, düzlüyə çıxartsın. dedilər, mən də gəldim. Əgər siz elə həmin əqidədə qalıb mənə kömək etməyə əhd bağlayırsınızsa, bu halda sizin şəhərinizə gələrəm; yox əgər əhd bağlamırsınızsa və mənim gəlməyimdən narahasınızsa, elə buradan da qayıdaram. Hürr və onun ordusu İmama (əleyhis-salam) cavab verməyib susdular. Sonra müəzzin İmam (əleyhis-salam)-ın əmri ilə iqaməni dedi. Həzrət Hürrə dedi:–Öz dostlarınla birlikdə namaz qılmaq istəyirsən?

Hürr dedi:–Yox, hamımız sənə iqtida edəcəyik.

Namazdan sonra İmam (əleyhis-salam) öz yerinə, Hürr də öz düşərgə saldığı yerə qayıtdı və onun üçün hazırlanmış xeymədə bəzi səhabələri ilə istirahət etməyə başladı, amma əsgərlər döyüşə hazırlı vəziyyətdə qaldılar, Hər kəs öz atının cilovundan yapışıb atın kölgəsində oturdu. Elə ki, əsr oldu, müəzzin əsr azanını verdi. İmam (əleyhis-salam) namaz qıldı, hər iki qoşun ona iqtida etdi, namaz qurtarandan sonra İmam (əleyhis-salam) yenidən ayağa qalxıb belə bir xütbə söylədi:

–Ey camaat! Əgər ilahi əzabdan uzaq olsanız, haqqı və haqq əhlini tanısanız, Allah sizdən daha çox razı olar. Biz Peyğəmbər Əhli-Beyti sizə rəhbərlik etməyə yalandan rəhbərlik iddiası edənlərdən daha çox ləyaqətliyik. Bunlar (Yezid və onun adamları) nahaqdan İsla hökumətinin iddiaçıları olmuşlar. İndi əgər siz bizim gəlişimizdən narazı olub öz nadanlığınız üstündə durmuşsunuzsa, onda heç eybi yoxdur, mən elə buradan qayıdaram.

Hürr dedi:–Allaha and olsun, mənim nə bu məktublardan xəbərim var, nə də göndərilən nümayəndələrdən.

İmam Hüseyn (əleyhis-salam) Əqəbət ibni Səmana buyurdu ki, kufəlilərin yazdıqları məktubları Hürrün qabağına töksün.

Hürr dedi:–Biz məktub yazanlardan deyilik, bizə əmr olunub ki, sizi Əli Übeydullahın yanına aparaq.

Həzrət qəzəblənib dedi:–Sənin ölümün başında olan fikirlərin həyata keçməsindən daha yaxındır!


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə