49
(Bu Quran) çox möhtərəm, mötəbər səhifələrdə,
Qədir-qiyməti uca, pak səhifələrdədir.
(O, Lövhi-məhfuzdan) elçi mələklərin əli ilə köçürülür.
O mələklər ki, çox möhtərəm və çox mütidirlər.”
1
Ehtimal olunur ki, mələklərin bu xüsusi müşayiəti
ilahi vəhyin cin və şey-
tanların təhlükəsindən qorunması üçün imiş. Buna görə də bir dəstə mələk vəhy
əmanətdarı Cəbrail ilə birlikdə enirlərmiş.
Fəslin əsas mətləbləri:
1. Müstəqim vəhydə olan ağırlıq və gərginlik qeyri-müstəqim vəhydə mövcud
olmayıb.
2. Şuəra surəsinin 192-194-cü ayələrinə əsasən,
Cəbrail Həzrət Peyğəmbərin
(s) qəlbinə Quran ayələrini nazil edərkən o həzrət vəhyi bütün ruhu ilə alırmış,
göz və qulaq kimi bədən üzvlərinin vəhyin alınmasında heç bir iştirakı yox idi.
3. Cəbrail bəzən insan surətində Peyğəmbərin (s) hüzuruna gəlirdi.
İkinci hissənin sualları:
1. Vəhyin tərifini deyin.
2. Biz nə üçün peyğəmbərlərə gələn vəhyin həqiqətini dərk edə bilmərik?
3. Qurani-Kərimdə “vəhy” sözü hansı mənalarda işlənib? Bu ayələri qeyd edin.
4. Peyğəmbərlərə gələn vəhyin qisimlərini açıqlayan Quran ayəsini söyləyin
və onu qısa şəkildə şərh edin.
5. Müstəqim vəhyin əlamətlərini sadalayın.
Araşdırma üçün suallar:
1. Bəzilərinin nəzərinə görə, vəhy hadisəsi peyğəmbərlərin dühasından (yüksək
zəka və istedad) qaynaqlanır. Bu nəzər düzgündürmü? Nə üçün?
2. “Əql” və “vəhy” bir-birinə uyğundur, yoxsa zidd? Yaxud onların
bir-biri ilə
əsla əlaqəsi yoxdur? Bu barədə araşdırma aparıb fikrinizi söyləyin.
3. Bəziləri “Fussilət” surəsinin 12-ci ayəsinə əsaslanaraq:
...ﺎَﻫَﺮْﻣَﺃ ٍءﺎَﻤَﺳ ِّ ﱢﻞُﻛ ﻰِﻓ
ﻰَﺣْﻭَﺃ َﻭ ...
Quranda “vəhy”in “səmaya” da aid edildiyini söyləyirlər. Sizin bu barədə
nəzə riniz nədir?
4. Bəzi müfəssirlər “Nəcm” surəsinin əvvəlinci bir neçə ayəsinə əsaslanaraq
bildirirlər ki, Cəbrail iki dəfə öz simasında Peyğəmbərə (s) nazil olub. Bu söz
düzgündürmü?
5. Dəhyə ibn Xəlifə Kəlbi kim olub?
1
Əbəsə surəsi, ayə: 11-16.
52
Üçüncü hissə: Quranın nüzulu
Birinci fəsil: Quranın nüzulu və Be`sət
İkinci fəsil: Birdəfəyə və tədrici nüzul
Üçüncü fəsil: Şə`ni-nüzul
Dördüncü fəsil: Quranda ayə və surə
Beşinci fəsil: Birinci və sonuncu ayə. Birinci və sonuncu surə.
Altıncı fəsil: “Məkki” və “mədəni” surələr
Bu hissədə nəzərdə tutulan hədəflər:
- “Quranın nüzulu” və “Be`sət” arasında olan əlaqə zəminində yara-
nan mübahisələrin Quranın birdəfəyə və tədrici nüzulu ilə həll olun-
duğunu bilmək;
- Tədrici nüzulun səbəblərini bilmək;
- Ayələrin şə`ni-nüzulu barədə məlumatlanmaq
və bunun əhəmiyyətini
bilmək;
- Quranın surə və ayələrə ayrılması barədə, eləcə də, ayələrin, surələrin
və kəlmələrin sayı barədə məlumat əldə etmək;
- Nazil
olan birinci və sonuncu ayə, birinci və sonuncu surə barədə
məlumatlanmaq;
- “Məkki” və “mədəni” surələrin təyin edilməsi meyarları, bu
surə lərin xüsusiyyətləri və surələrin nazil olma ardıcıllığı barədə
məlumatlanmaq.
Bu hissədə istifadə olunan əsas mənbələr:
Biharul-ənvar;
əl-İtqan fi Ulumil-Quran;
ət-Təmhid fi Ulumil-
Quran;
Tarix-e Quran, Dr.
Mahmud Ramyar;
Pəjuheşi dər tarix-e
Quran (Quranın tarixinin araşdırılması), Dr. Seyid Məhəmmədbaqir
Huccəti;
Tarixul-Quran, Abdullah Zəncani;
əl-Mizan, c.2;
Quran dər
İslam (Quran İslamda);
Ferhəng-e amariye kələmat-e Qurani-Kərim
(Qurani-Kərimin kəlmələrinin sayı barədə lüğət);
Mənahilul-irfan.
53
Birinci fəsil
Quranın nüzulu və Be`sət
Bəqərə surəsinin 185-ci ayəsində buyurulur:
...ِﻥﺎَﻗْﺮُﻔْﻟﺍ َﻭ ٰﻯَﺪُﻬْﻟﺍ َﻦِﻣ ٍﺕﺎَﻨﱢﻴَﺑ َﻭ ِﺱﺎﱠﻨﻠِﻟ ﻯًﺪُﻫ ُﻥﺍَءْﺮُﻘْﻟﺍ ِﻪﻴِﻓ َﻝِﺰْﻧُﺍ ﻯِﺬﱠﻟﺍ َﻥﺎَﻀَﻣَﺭ ُﺮْﻬَﺷ
“Ramazan ayı insanlara doğru yolu göstərən, bu yolu möhkəm dəlilləri ilə
aydınlaşdıran və haqqı batildən ayıran Quranın nazil olduğu bir aydır...”
Duxan surəsinin 3-cü ayəsində buyurulur:
...ٍﺔَﻛَﺭﺎَﺒُﻣ ٍﺔَﻠْﻴَﻟ ﻰِﻓ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ
“Biz onu (Quranı) mübarək (çox bərəkətli) bir gecədə nazil etdik.”
Qədr surəsinin 1-ci ayəsində də buyurulur:
...ِﺭْﺪَﻘْﻟﺍ ِﺔَﻠْﻴَﻟ ﻰِﻓ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.”
Bildiyiniz kimi, Həzrət Məhəmmədə (s) qırx yaşında (miladi 610-cu və ya
611-ci ildə) peyğəmbərlik verildi. Məkkə ətrafındakı Həra mağarasında mübarək
“Ələq” surəsinin ilk ayələrinin nazil olması ilə o həzrətin peyğəmbərliyi başlandı.
Bu barədə müsəlmanlar arasında heç bir fikirayrılığı yoxdur. Amma “be`sət”in
(yəni Həzrət Məhəmmədə (s) peyğəmbərliyin verilməsi) hansı tarixdə baş
verməsi barədə müsəlmanlar arasında fikirayrılığı vardır. Bu da Quranın nüzul
(nazil olma) tarixi barədə fikirayrılığına bais olmuşdur.
Quranın nüzul tarixi və “be`sət”in tarixi barədə aşağıdakı nəzərlər mövcuddur:
1. Rəcəb ayının 27-i;
2. Ramazan ayının 17-i;
3. Ramazan ayının 18-i;
4. Ramazan ayının 24-ü;
5. Rəbiəl-əvvəl ayının 12-i
1
;
6. Şaban ayının 15-ci gecəsi
2
;
7. Rəbiəl-əvvəl ayının 8-i;
8. Rəbiəl-əvvəl ayının 3-ü
3
.
1
Müraciət edin: Biharul-ənvar, c.18, s.190; ət-Təmhid, c.1, s.78.
2
Pəjuheşi dər tarix-e Quran, s.38.
3
ət-Təmhid fi Ulumil-Quran, c.1, s.78.