46
Dördüncü fəsil
Müstəqim vəhy və onun əlamətləri
Muzzəmmil surəsinin 5-ci ayəsində buyurulur:
. ًﻼﻴِﻘَﺛ ًﻻ ْﻮَﻗ َﻚْﻴَﻠَﻋ ﻰِﻘْﻠُﻨَﺳ ﺎﱠﻧِﺇ
“Həqiqətən, tezliklə Biz sənə ağır bir kəlam vəhy edəcəyik.”
Ən ağır vəhy, müstəqim vəhy olmuşdur. Bu zaman arada heç bir vasitə ol-
madan peyğəmbər ilə varlıq mənbəyi arasında birbaşa əlaqə və bağlantı yaranır.
Bu hadisənin necə baş verdiyi təsəvvürə sığmasa da, lakin Qurani-Kərimin çox
sayda ayələrinə, eləcə də, sünni və şiə qaynaqlarındakı saysız hədislərə əsasən
müstəqim vəhyin ən ağır vəhy olduğu danılmazdır.
Burada bir neçə hədisə nəzər salaq:
1. Əminul-İslam Təbərsi “Muzzəmmil” surəsinin 5-ci ayəsinin təfsirində bu
hədisi qeyd edib:
Haris ibn Hişam Həzrət Peyğəmbərdən (s) soruşdu: “Vəhy
sizə necə nazil
olur?” Peyğəmbər (s) buyurdu: “Vəhy bəzən bir zəng səsi kimi gəlir və bu, mənə
gələn vəhyin ən ağırıdır. Məni taqətdən salır və yorur, lakin eyni zamanda bütün
sözləri (vəhy olunanları) yadda saxlayıram. Bəzən də bir mələk kişi surətində
gəlir və onun dedikləri yadımda qalır.”
1
2. Abdullah ibn Ömər deyir:
Həzrət Peyğəmbərdən (s) vəhy zamanı hansı hissləri keçirdiyini,
bu vaxt nə baş
verdiyini soruşdum. O həzrət buyurdu: “Zəng səsləri eşidirəm və bu zaman tamamilə
sakit dayanıram. Mənə vəhy olunanda, sanki canımı bədənimdəm çıxarırlar.”
2
Şeyx Səduq “Tövhid” adlı kitabında Zurarənin bu hədisini qeyd etmişdir:
Zurarə deyir ki, mən İmam Sadiqə (ə) ərz etdim: “Sənə fəda olum, Peyğəmbər
(s) qəşş etdiyi vaxt ona vəhymi nazil olurdu?” İmam Sadiq (ə) buyurdu: “Bu,
onunla Allah arasında heç bir vasitə olmadan vəhy nazil olduğu zaman olurdu. Bu
zaman Allah Öz əzəmət və cəlalı ilə ona təcəlli edirdi.”
3
3. Ümmül-möminin Aişə nəql edir ki, çox soyuq bir gündə Peyğəmbərə (s)
vəhy nazil oldu. Vəhy kəsildikdən sonra onun alnından tər axırdı.
4
1
Məcməul-bəyan, c.1, s.570; Biharul-ənvar, c.18, s.260;
Səhih-Buxari, c.1, s.58.
2
əl-İtqan, c.1, s.141.
3
Biharul-ənvar, c.18, s.256; əl-Mizan, c.18, s.79.
4
Biharul-ənvar, c.18, s.261; əl-Mizan, c.18, s.79.
47
Həzrət Peyğəmbər (s) üçün çox ağır olan müstəqim vəhy zamanı o həzrətdə
yaranan hallar, bəzi hədislərdə
“ﻰﺣَﻭ ءﺎﺣَﺮُﺑ”, yəni “vəhyin hərarətinin şiddəti”
deyə ifadə olunub. Burada Dr. Mahmud Ramyarın “Tarix-e Quran” (Quranın ta-
rixi) əsərində qeyd etdiyi hədislərə əsaslanaraq, müstəqim vəhyin əlamətlərindən
bəzilərini nəzərinizə çatdırırıq:
1.
Zəng səsinin, yaxud iki dəmir parçasının bir-birinə dəydiyi zaman çıxan
cingiltili səsin, yaxud da bal arısının vızıltısına bənzər bir səsin eşidilməsi;
2. Bədən hərarətinin artması: bu zaman hərarəti endirmək üçün Peyğəmbəri (s)
soyuq su ilə yuyundurub, sonra geyindirirdilər;
3. Peyğəmbərin (s) bədən hərarəti o qədər artırdı ki, soyuq havada belə başın-
dan və üzündən tər axırdı;
4. Bəzən üzü qızarır, bəzən isə göyərirdi;
5. Qəşş edirdi;
6. Bəzən möhkəm ağrı çəkirdi;
7. Mübarək vücudu bəzən elə ağırlaşırdı ki, onun süvar
olduğu minik də hərəkət
edə bilmirdi;
8. Bəzən o həzrətdə başağrısı yaranırdı.
1
Fəslin əsas mətləbləri:
1. Müstəqim vəhy Həzrət Peyğəmbərə (s) nazil olan ən ağır vəhy idi.
2. Həzrət Peyğəmbərə (s) müstəqim vəhy nazil olarkən o həzrətdə bu hallar baş
verirdi: bəzən vücudu ağırlaşırdı, bəzən möhkəm ağrı çəkirdi, bəzən başı ağrıyır-
dı, bəzən üzü qızarır və bəzən isə göyərirdi, bədən hərarəti artırdı, bədən hərarəti
artdığından soyuq havada belə tərləyirdi, ağır səslər eşidirdi, bəzən qəşş edirdi.
1
Tarix-e Quran, s.108-109.
48
Beşinci fəsil
Qeyri-müstəqim vəhy
Şuəra surəsinin 192-194-cü ayələrində buyurulur:
. َﻦﻳِﺭِﺬْﻨُﻤْﻟﺍ َﻦِﻣ َﻥﻮُﻜَﺘِﻟ َﻚِﺒْﻠَﻗ ﻰَﻠَﻋ . ُﻦﻴِﻣَ ْﻷﺍ ُﺡﻭﱡﺮﻟﺍ ِﻪِﺑ َﻝَﺰَﻧ . َﻦﻴِﻤَﻟﺎَﻌْﻟﺍ ِ ﱢﺏَﺭ ُﻞﻳِﺰْﻨَﺘَﻟ ُﻪﱠﻧِﺇ َﻭ
“Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbinin nazil etdiyidir. Ruhul-Əmin
(Cəbrail) onu nazil etdi; Sənin qəlbinə; ondan ötrü ki, qorxudanlardan olasan.”
Əllamə Təbatəbai deyir:
““Qəlb” sözü Qurani-Kərimdə işləndikdə sinənin sol tərəfində yerləşən bədən
üzvü nəzərdə tutulmur. Burada
insan ruhu nəzərdə tutulur ki, idraka malikdir
və insanın duyğuları, iradəsi ona bağlıdır. Ayədə: “Sənin qəlbinə nazil etdi” –
deyə buyurulması bu həqiqətə işarə edir ki, Peyğəmbərin (s) mübarək ruhu zahiri
hisslərin iştirakı olmadan vəhyi qəbul edirmiş.”
1
Başqa sözlə, Həzrət Peyğəmbər (s) vəhyi bütün ruhu ilə alırmış, göz və qulaq
kimi bədən üzvlərinin (görmə və eşitmə qabiliyyətlərinin) bu işdə heç bir iştira-
kı olmurmuş. Əks
təqdirdə, ətrafdakı insanlar da Peyğəmbərin (s) gördüklərini
görər, eşitdiklərini eşidərdilər.
Qeyri-müstəqim vəhy barədəki hədislərdən əldə olunur ki, bu zaman Peyğəmbər
(s) çox çətinlik çəkməzdi. Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) hü-
zuruna gələrdi. İmam Sadiq (ə) buyurmuşdur:
“Cəbrail Peyğəmbərin (s) hüzuruna gəldikdə bir qul kimi onun qarşısında
əyləşər və icazəsiz içəriyə daxil olmazdı.”
2
Hədisə görə, Cəbrail, Dəhyə ibn Xəlifə Kəlbinin surətində Peyğəmbərə (s) za-
hir olarmış. Çünki Dəhyə, Mədinədə ən gözəl insan idi.
3
İlahi vəhyin əmanətdarı və daşıyıcısı olan Cəbrail Quran ayələrini bir dəstə
mələyin xüsusi müşayiəti və mühafizəsi ilə nazil edərmiş:
.ٍﺓَﺭَﺮَﺑ ٍﻡﺍَﺮِﻛ .ٍﺓَﺮَﻔَﺳ ﻯﺪْﻳَﺄِﺑ .ٍﺓَﺮﱠﻬَﻄُﻣ ٍﺔَﻋﻮُﻓْﺮَﻣ .ٍﺔَﻣﱠﺮَﻜُﻣ ٍﻒُﺤُﺻ ﻰِﻓ .ُﻩَﺮَﻛَﺫ َءﺎَﺷ ْﻦَﻤَﻓ .ٌﺓَﺮِﻛْﺬَﺗ ﺎَﻬﱠﻧﺇ ﱠﻼَﻛ
“Xeyr (belə yaramaz)! Həqiqətən bu (Quran ayələri) bir xatırlatmadır (öyüd-
nəsihətdir).
Kim istəsə, ondan öyüd alar.
1
əl-Mizan, c. 15, s. 317.
2
Biharul-ənvar, c. 18, s. 256; əl-Mizan, c. 18, s. 79.
3
ət-Təmhid fi Ulumil-Quran, c. 1, s. 36.