10
Digər tərəfdən bu kitab “orta mərhələ” (səthi-mutəvəssit)
üçün dərslik məq-
sədilə hazırlandığına görə səy göstərilmişdir ki, hər bir mövzuda orta həddə riayət
edilsin. Beləliklə də, kitab həm həcm, həm də mövzu baxımından ağırlaşmasın və
Quran elmləri ilə tanış olmaq istəyənlər öz istəklərinə asanlıqla nail ola bilsinlər.
Qarşınızdakı kitab barədə:
1- Qarşınızdakı kitab
on hissədə tərtib edilmiş, hər bir hissə bir neçə fəsli əhatə
edir.
2- Kitabın hissələri aşağıdakı başlıqlar altındadır:
Külliyyat, Vəhy, Quranın nüzulu, Quranın cəm edilməsi, Quranın qiraətləri,
Quranın təhrif olunmaması, Quranın möcüzəliyi, Nasix və mənsux ayələr,
Möhkəm və mütəşabih ayələr, Quran barədə yetmiş diqqətəlayiq məqam.
3- Mövzuların məntiqi düzülüşünə diqqət yetirilmişdir.
4- Kitabın hər hissəsinin əvvəlində həmin hissədə nəzərdə tutulan hədəflər
qeyd olunmuşdur. Bu, tələbələrdə maraq yaratmaqla yanaşı, mövzular barədə
ümumi anlayış də yaradır.
5- İstifadə olunan əsas mənbələr kitabın hər hissəsinin əvvəlində qeyd olun-
muşdur. Bu isə üç məqsəd daşıyır: istinad mənbələrini tanımaq, mütaliə üçün
mən bələri tanımaq, hər hissənin sonunda verilən araşdırma üçün sualları cavab-
landıra bilmək.
6- Hər fəslin əsas mətləbləri xülasə şəkildə fəslin axırında qeyd olunmuşdur.
7- Kitabın hər hissəsinin axırında fəsillərə aid suallar və araşdırma üçün sual-
lar qeyd olunmuşdur. Hər fəsil tədris olunduqca bu fəsilə aid
suallar da soruşul-
malıdır.
8- Quran ayələrinin tərcüməsində Ustad Məhəmmədməhdi Fuladvəndin tər-
cümə sindən istifadə edilmişdir.
9- Bəzi faydalı mətləblər dərs saatına sığmadığı üçün “Azad mütaliə” başlığı
altında verilmişdir.
10- “Quran elmləri dərsliyi” adlı bu kitab orta mərhələ üçün nəzərdə tutulmuş-
dur.
Vəl-həmdu lilləh.
Hüseyn Cavan Araste
Şəhrivər, h.ş.1375-ci il.
12
Birinci hissə: Külliyyat
Birinci fəsil: “
Quran elmləri” və bu sahədə yazılan əsərlərə qısa
baxış
İkinci fəsil: “Quran”ın adları və vəsfləri
Üçüncü fəsil: “Quran” sözünün mənaları
Dördüncü fəsil: Müsəlmanların səmavi kitabının “Quran” adlan-
masının səbəbi
Beşinci fəsil: Quranın ərəb dilində olması
Bu hissədə nəzərdə tutulan hədəflər:
- “Quran elmləri” termini və bu sahədə yazılan əsərlər ilə tanış olmaq;
- “Quran”ın adları və vəsflərini bilmək;
- “Quran” sözünün mənalarını bilmək;
- Bu səmavi kitabın “Quran” adlanmasının
səbəbini bilmək;
- Quranın dili olan ərəb dilinin üstünlükləri ilə tanış olmaq.
Bu hissədə istifadə olunan əsas mənbələr:
Qurani-Kərim; İbn Nədimin
“əl-Fihrist” əsəri;
“əl-Burhan fi Ulumil-
Quran” əsərinin müqəddiməsi;
“ət-Təmhid fi Ulumil-Quran” əsərinin
müqəddiməsi;
“Mucizu Ulumil-Quran”;
“Mənahilul-ir fan”;
“Ulumi-
Quran və fehrest-e mənabe”;
“əl-Quranil-Kərim və rəvayatul-
mədrəsətəyn”;
“Bəyyinat” dərgisi, 3-8-ci saylar;
“Seyre-neqareşhaye
Ulumi-Quran” məqaləsi;
“Keyhane-əndişə” dərgisi, 28-ci sayı,
“Seyre
- tarixiye təfsir və Ulumi-Quran” məqaləsi.
13
Birinci fəsil
“Quran elmləri” və bu sahədə yazılan
əsərlərə qısa baxış
Quran elmləri, Qurani-Kərimi başa düşmək üçün öyrənilən bir sıra mövzulardır.
Başqa sözlə, ilahi ayələrin mənasını başa düşüb şərh
etmək üçün öncədən hər bir
təfsirçi və tədqiqatçının bilməsi zəruri olan bir sıra mövzular “Quran elmləri”dir.
Zərqaninin “Quran elmləri”nə verdiyi tərif belədir:
“Quran elmləri – Quranın nüzulu, (ayə və surələrin) tərtibi, cəm edilməsi,
kitabəti (yazılması), qiraəti, təfsiri, nasix və mənsux ayələri və bu kimi Qurana
aid mövzulardır.”
1
Göründüyü kimi, “Quran elmləri”nə verilən bu tərif bu sahədə bəhs ediləcək
mövzulara müəyyən bir hədd qoymur. Elə bu səbəbdən,
bəziləri bu mövzula-
rın sayının əlli, bəziləri səksən, bəziləri dörd yüz, bəziləri daha artıq olduğunu
qeyd etmişlər.
2
Əslində, bu fərqin əsas səbəbi Qurana aid mövzularda alimlərin
müxtəlif üslublarda bölgülər aparmalarıdır. Məsələn,
Bədrəddin Məhəmməd ibn
Abdullah Zərkeşinin “əl-Burhan fi Ulumil-Quran” əsərinin mündəricatında qırx
yeddi mövzu
3
olduğunu görürük, amma Cəlaləddin Siyutinin “əl-İtqan fi Ulumil-
Quran” əsərinin mündəricatında mövzuların sayı səksənə
4
çatır.
Müsəlmanların Qurani-Kərimə “ilahi vəhy və əbədi möcüzə” kimi böyük əhəmiyyət
vermələri, onu mənimsəməyə böyük maraq göstərmələri səbəb olmuşdu ki, İslamın
zühur etdiyi elə ilk əsrdə Həzrət Peyğəmbərin (s) tanınmış səhabələri, sonralar isə bö-
yük din alimləri Quran təfsirinə və Quranla bağlı mövzulara xüsusi diqqət göstərsinlər.
“Quran elmləri”
alimlərinin qeyd etdiyinə görə, Quran təfsirində və Qu-
ranla bağlı müxtəlif mövzularda Həzrət Əli ibn Əbu Talib (ə) bütün tanınmış
səhabələrdən öndə olmuş, hətta İbn Abbas kimi böyük şəxsiyyət Quran təfsirini
ondan öyrənmişdir.
5
Cəlaləddin Siyuti deyir:
“Xəlifələr arasında hamıdan çox Əli ibn Əbu Talib Quranla bağlı mövzuları
açıqlamışdır.”
6
1
Mənahilul-irfan, c.1, səh.27.
2
Mucizu Ulumil-Quran, səh.18.
3
əl-Burhan fi Ulumil-Quran, c.1, səh.102.
4
əl-İtqan fi Ulumil-Quran, c.1, səh.20.
5
əl-Burhan fi Ulumil-Quran, c.2, s.157.
6
əl-İtqan fi Ulumil-Quran, c.2, s.87.