23
Axı necə olar
bilər ki, 23 il ərzində müsəlmanların səmavi kitabının bir adı
ol masın?!
Bu səmavi kitabın “Quran” adı ilə tanındığına dair başqa bir dəlil bu kitabın
özündə “Quran” adının “xüsusi bir ad” kimi işlənməsidir. Beşinci fəsildə bu haq-
da geniş bəhs ediləcəkdir.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra “mushəf” adının geniş yayılması-
nın başlıca səbəbi Quranın kitabəti (yazılması) və cəm edilməsi (kitab şəklində
yığılması) məsələsi olmuşdur. Ərəb dilində “ٌﺔَﻔﻴِﺤَﺻ” (səhifə) “açıq səth”ə de-
yilir. Buna görə üzərində yazı yazılmış hər hansı bir səthə də “səhifə” deyilir.
“ ٌﻒَﺤ ْﺼُﻣ” (mushəf) isə, iki cild (üz qapağı) arasında yerləşdirilmiş yazılı səhifələr
məcmusudur. Deməli, Həzrət Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların
mühüm vəzifələrindən biri üzərində Quran yazılmış səhifələri
cəm etmək, yaxud
Quranın katib səhabələr tərəfindən kitabət edilməsi olduğu üçün “mushəf” adı
həmin dövrdə geniş yayıldı.
Elə həmin dövrdə Quran olub-olmamasından asılı olmayaraq, hər bir kitab
“mushəf” adlanırdı. Məhəmməd ibn Sirin deyir:
. ٍﻒَﺤ ْﺼُﻣ ﻰِﻓ َﻥﺍَء ْﺮُﻘْﻟﺍ َﻊَﻤْﺠَﻳ ﻰﱠﺘَﺣ ٍﺔَﻌُﻤُﺠِﻟ ﱠﻻِﺇ ٍءﺍَﺩِﺮِﺑ َﻯِﺪَﺗْﺮَﻳ َﻻ ْﻥﺃ ﱞﻰِﻠَﻋ َﻢَﺴْﻗﺃ ﱡﻰِﺒﱠﻨﻟﺍ َﻰﱢﻓُﻮُﺗ ﺎﱠﻤَﻟ
“Peyğəmbər (s) canını tapşırdığı zaman Əliyə and
verdi ki, Quranı bir mushəfdə
cəm etməyənə (bir kitab şəklində tərtib etməyənə) qədər cümədən (cümə nama-
zından) qeyri vaxtlarda əbasını çiyninə salmasın (yəni evdən çıxmasın
və başqa
bir iş dalınca getməsin).”
Əbul-Aliyə deyir:
.ﺮْﻜَﺑ ﻰِﺑﺃ ِﺔَﻓ َﻼِﺧ ﻰِﻓ ٍﻒَﺤْﺼُﻣ ﻰِﻓ َﻥﺍَءْﺮُﻘْﻟﺍ ﺍﻮُﻌَﻤَﺟ ْﻢُﻬﱠﻧِﺇ
“Onlar Əbu Bəkrin xilafəti dövründə Quranı bir mushəfdə cəm etdilər.”
Kuleyni “Usuli-kafi” kitabında İmam Sadiqdən (ə) belə nəql edir:
...ِﻩِﺮَﺼَﺒِﺑ َﻊﱢﺘُﻣ ِﻒَﺤْﺼُﻤْﻟﺍ ﻰِﻓ َﻥﺍَءْﺮُﻘْﻟﺍ َﺃَﺮَﻗ ْﻦَﻣ
“Kim Quranı mushəfdən oxusa, gözləri işıqlanar.”
Zeyd ibn Sabitdən nəql olunan məşhur rəvayətdə qeyd edilir:
...ﺮْﻜَﺑ ﻰِﺑَﺃ َﺪْﻨِﻋ ُﻒُﺤﱡﺼﻟﺍ ِﺖَﻧﺎَﻜَﻓ ...ُﻪَﻌَﻤْﺟﺃ َﻥﺍَءْﺮُﻘْﻟﺍ ُﺖْﻌﱠﺒَﺘَﺘَﻓ
Quranı cəm etməyə başladım... Səhifələr Əbu Bəkrdə idi...
Həmin vərəqlər və səhifələr xəlifə Ömər vəfat etdikdən sonra qızı Həfsədə idi.
Osmanın xilafəti dövründə Quran cəm edildiyi vaxt (“vahid mushəf” yaradılarkən)
Osman Həfsəyə xəbər göndərib onu əmin etdi ki:
...ِﻚْﻴﻟﺇ ﺎَﻫﱠﺩُﺮَﻧ ﱠﻢُﺛ ِﻒِﺣﺎَﺼَﻤﻟﺍ ﻰﻓ ﺎَﻬُﺨِﺴْﻨَﻧ ِﻒُﺤﱡﺼﻟﺎﺑ ﺎَﻨْﻴَﻟِﺇ ﻰِﻠِﺳْﺭﺃ ْﻥَﺃ
“Səhifələri bizə göndər ki, onların üzünü köçürüb sənə geri qaytaraq.”
24
Yuxarıdakı rəvayətlərdə və onlarla başqa rəvayətdə Quranın “mushəf”də cəm
edilməsi, yəni bir kitab şəklində yığılması və tərtib edilməsi vurğulanır. Yəni bu
rəvayətlərdə “mushəf” sözü öz lüğəvi mənasında işlənmişdir.
1
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərimin adları bunlardır: Quran, Kitab, Zikr, Furqan.
2. Həzrət Peyğəmbərin (s) vəfatından sonra “mushəf” adının geniş yayılması-
nın səbəbi Quranın bir kitab şəklində yığılması olmuşdur.
3. Bəziləri Quran üçün səksənə qədər vəsf sadalamışlar. Quranın ən
məşhur
vəsfləri bunlardır: Məcid, Kərim, Həkim, Əzim, Əziz, Mübarək, Mubin, Ərəbi,
Bəşir və Nəzir.
1
Ətraflı məlumat üçün “əl-Quranil-Kərim və rəvayatul mədrəsəteyn” kitabının 1-ci cildi 264-277-ci səh.-
lərinə müraciət edin.
25
Üçüncü fəsil
“Quran” sözünün mənaları
“Quran” sözünün mənası barədə 5 nəzər mövcuddur
1
və onları 3 qrupa ayır-
maq olar:
1- Quran sözü “camid”
2
, yəni “qeyri-muştəqq”
3
isimdir.
Eləcə də, “ələm-i
irticali”dir
4
, yəni bu söz əvvəllər ərəb dilində olmayıb və Mütəal Allah Öz
peyğəmbərinə nazil etdiyi vəhyi xüsusi olaraq bu adla adlandırıb. Necə ki, “Töv-
rat” Həzrət Musanın (ə) və “İncil” Həzrət İsanın (ə) kitabının adıdır.
(Bu, Şafei-
nin nəzəridir.)
2- Quran “muştəqq” (düzəltmə) isimdir, amma “qeyri-məhmuz”dur (yəni sö-
zün kökündə “həmzə” hərfi yoxdur):
a) “Quran” sözü bu ifadədə: “
ء ْﻰﱠﺸﻟﺎِﺑ ِءْﻰﱠﺸﻟﺍ ُﻥْﺮَﻗ”
işlənən ﻥْﺮَﻗ sözündən düzəlib.
İfadənin mənası belədir: “Bir şeyi başqa bir şeyə əlavə etmək”.
Bu səmavi kitabın “Quran” adlanmasının səbəbi surələrin, ayələrin və hərflərin
bir-birinin kənarında qərar tutması, bir-birinə əlavə olunmasıdır.
(Bu, Əş`ərinin
və bir qrup alimin nəzəridir.)
b) “Quran”
ﺔَﻨﻳِﺮَﻗ (qərinə)
sözünün cəmi olan ﻦِﺋﺍَﺮَﻗ (qərain) sözündən düzəlib.
5
Çünki Quran ayələri biri-birinin oxşarıdır və bir-birini təsdiqləyir, tamamlayır.
(Bu, Fərranın nəzəridir.)
3- Quran “muştəqq” (düzəltmə) və “məhmuz” (sözün kökündə “həmzə” hərfi
olan) bir isimdir:
a) Quran sözü “cəm etmək, yığmaq” mənasını bildirən
ء ْﺮَﻗ sözündən düzəlib.
Ərəblər “Mən hovuza su yığdım” – cümləsini belə ifadə edirlər:
.ِﺽْﻮَﺤْﻟﺍ ﻰِﻓ َءﺎَﻤْﻟﺍ ُﺕْﺃَﺮَﻗ
Müsəlmanların müqəddəs kitabının Quran adlanmasının
səbəbi budur ki, bu
kitab özündən əvvəlki səmavi kitabların bütün faydalarını, maarifini özündə cəm
etmişdir.
(Bu, İbn Əsirin, Zucacın və digərlərinin nəzəridir.)
b) Quran sözü
َﺃَﺮَﻗ (qərə`ə, yəni “qiraət etdi”)
sözündən düzəlib,
“ﻥﺎ َﺤ ْﺟُﺭ” (ruc-
han) və
“ﻥﺍَﺮْﻔُﻏ” (ğufran) sözləri ilə eyni vəzndədir.
“Oxunan” mənasını bildirən
1
əl-Burhan, c.1, s.373-374; əl-İtqan, c.1, s.162-163.
2
Sadə isim.
3
Ərəb dilində “muştəqq isimlər” azərbaycan dilindəki düzəltmə sözlər ilə müqayisə edilə bilər.
4
Leksik mənası yoxdur.
5
Qərinə (cəm: qərain) analogiya, oxşayış və bənzəyiş, kontekst mənalarını bildirir.