186
“zəl” hərflərinin izharı, kinayəni bildirən “ha” hərfinin “zəmmə” və “kəsrə”nin
işbası ilə vəsl
edilməsi, hərfi-cərdən sonra “mim” hərfinin zəmməli oxunması və
işba edilməsi ilə “ْﻢُﻫ” zəmirinin vəsl edilməsi, işarə əvəzliklərinin xüsusi şəkildə
oxunması, “ﻞﻳِﺰْﻨَﺗ” sözünün yerinə “ﻝﺍَﺰْﻧﺇ” sözünün seçilməsi İbn Kəsirin Məkkə
ləhcəsindən qaynaqlanır. “Nəhv” elmində söylənilən müxtəlif nəzərləri (yəni ərəb
dilinin qrammatik qaydaları barəsində söylənilən müxtəlif nəzərləri) rəvayətlərə
hakim etməkdə ehtiyatlı davranması onun qiraətinin qəbul edilməsində mühüm
amillərdən biri olmuşdur. Belə ki, o, hətta həyatda
olduğu dövrdə Məkkədəki
rəqiblərindən üstün tutulurdu və İbn Mücahid “yeddi qiraət”i toplamağı qərara
aldığı dövrdə də İbn Kəsirin qiraətini Məkkə qiraətinin tək nümayəndəsi olaraq
seçdi. Şatibi hətta onun qiratini “yeddi qiraət”in əşrəfi hesab etmişdir.
İbn Kəsirin şagirdləri arasında Şibl ibn İbad və Məruf ibn Mişkan onun qira ətini
gələcək nəsillərə ötürən əsas qarilər olmuşlar. Bizə gəlib çatan bütün məlumatlar
onların Bəzzidən və Bəzzinin də Əkrəmə ibn Süleymandan olan müs təqim rəvayəti
ilə nəql olunmuşdur. Elə bu səbəbdən də, İbn
Xuzeymə ehtimal vermişdir ki, Bəzzi
və ya Əkrəmə İsmail və İbn Kəsir arasındakı vasitəni qırmışlar. Halbuki, Bəzzinin
rəvayətini nəzərə almasaq, Şafeinin və Qunbulun rəvayətində vasitə qorunmuşdur.
İbn Kəsirin qiraətini iki ravi – “Qunbul” adı ilə tanınan Məhəmməd ibn
Əbdurrəhman (v.t: 291-ci il) və Əhməd ibn Məhəmməd Bəzzi (v.t: 250-ci il) təlim
və təbliğ etmişlər. İbn Kəsirin qiraətinin Bəsrə qiraəti üzərində də nəzərə çarpacaq
dərəcədə təsiri olmuşdur. Çünki Bəsrə qarisi və “yeddi qari”dən biri olan Əbu
Əmr ibn Əla qiraəti İbn Kəsirdən təlim almışdır. İbn
Kəsirin Əbu Əmr ibn Əla
üzərində qoyduğu təsir, qiraətlər arasındakı fərqlərdə onların eyni fikirdə olmala-
rından görünməkdədir.
1
3. Asim: Əbu Bəkr Asim ibn Əbin-Nucud əl-Əsədi (hicri 90-127-ci il) “yed-
di qari” arasında ən məşhur qarilərdəndir. O, qiraətin qətiliyində və kəlamın
fəsahətində bir nişanə idi. O, ədib, nəhv alimi və ustadı Əbu Əbdurrəhman Sulə-
mi dən sonra Kufə qarilərinin imamı idi. Əbdul-Cəlil Razi onu Kufədə şiələrin
qiraət imamı hesab etmiş, demişdir: “Hərəmeyn (Məkkə və Mədinə) və İraqeyn
(Kufə və Bəsrə) qarilərinin əksəriyyəti Əhli-beyt (ə) şiələrindən və Əhli-beytin
(ə) imamətini qəbul edənlərdən olmuşlar.”
2
Xansari “Rəvzətul-cənnat” əsərində yazır: “O, çox zahid və təqvalı bir qari idi.
Onun nəzəri qiraətdə ən düzgün nəzər hesab edilirdi.”
3
Qiraətlərin gələcək nəsillərə ötürülməsində digər şəhərlərin qariləri ilə
müqayisədə Kufə şəhərinin qarilərinin daha böyük payı olmuşdur. “Yeddi qari”ni
1
Böyük İslam ensiklopediyası, c.4, s.509-510.
2
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.321; “ət-Təmhid”, c.2, s.194.
3
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.321.
187
seçərkən İbn Mücahidin Kufədən üç qari seçməsi bu şəhərin hərbi, siyasi və elmi
mövqeyini aydın şəkildə göstərməkdədir. Kufədən seçilən üç qari arasında da Asim
digərlərindən üstün hesab edilmişdir. Asimin qiraəti müəyyən xüsusiyyətlərə ma-
likdir və bu da hal-hazırda onun qiraətinin müsəlmanlar arasında Quranın rəsmi
qiraəti kimi tanınmasına və yayılmasına bais olmuşdur. Asimin qiraətinin ən əsas
xüsusiyyəti onun qiraəti ilə ən böyük və tanınmış qiraət ustadlarının
qiraəti ara-
sında olan möhkəm bağdır.
Asim qiraəti “ərz” yolu ilə Əbu Əbdurrəhman Suləmidən təlim almışdır. Əbu
Əbdurrəhman Suləminin elmi mövqeyi Quranın qiraətini Əli ibn Əbu Talibdən
(ə) Kufə qarilərinə, o cümlədən, Asim ibn Əbin-Nucuda ötürməsi ilə səciyyələnir.
Qiraətin ali səthlərinin öyrənilməsində Əbu Əbdurrəhman Suləminin qiraət usta-
dı olaraq səhabələr arasıda yalnız Əli ibn Əbu Talibin (ə) adı çəkilmişdir. Onun
qiraət ustadları olaraq daha çox üç səhabənin – Əli ibn Əbu Talibin (ə), Osmanın
və Zeyd ibn Sabitin adı çəkilir. Bu üç ustad arasında da daha çox Əli ibn Əbu Ta-
lib (ə) üzərində dayanılır. Hətta
deyilir ki, o, Quranın bir hərfinin qiraətində belə
o həzrətin qiraətindən kənara çıxmamışdır. Rəvayətlərin birində qeyd edilir ki,
o, Əlini (ə) qiraətdə tək bilirmiş. Əbu Əbdurrəhman Suləminin Kufənin müxtəlif
qiraətləri, o cümlədən, “yeddi qiraət”dən olan üç qiraət üzərində böyük təsiri ol-
muşdur. Belə ki, Asimin
qiraəti vasitəsiz, Həmzə və Kəsainin qiraəti ilə vasitə ilə
Əbu Əbdurrəhman Suləmidən təsir almışdır.
1
Bu qiraət sənədi qızıl su il yazılası
bir sənəddir və belə sənəd digər qiraətlərdə mövcud deyildir. Əli ibn Əbu Talib
(ə) Əbu Əbdurrəhman Suləmiyə o qədər etimad göstərmişdir ki, onu öz övladları
Həsən (ə) və Hüseynə (ə) müəllim tutmuşdur.
2
Burada Asimin qiraət imamlarının silsiləsinə nəzər salaq:
Asim → Əbu Əbdurrəhman Suləmi → Əli ibn Əbu Talib (ə) → Həzrət Peyğəmbər (s)
Asimin qiraəti iki ravi vasitəsilə - Su`bə (Əbu Bəkr ibn Əyaş) və Həfs ibn
Süleyman vasitəsilə təlim və təbliğ olunmuş, gələcək nəsillərə ötürülmüşdür.
Bəziləri Əbu Əbdurrəhmandan əlavə Zərr ibn Hubeyşi də Asimin qiraət ustadı
hesab etmişlər:
Asim → Zərr ibn Hubeyş → Abdullah ibn Məs`ud → Həzrət Peyğəmbər (s)
Asimin qiraətinin iki ravisindən biri Əbu Bəkr Əyaş demişdir: “Asim mənə
dedi: “Əbu Əbdurrəhmandan başqa kimsə mənə Qurandan
bir hərf belə qiraət
etməmişdir və o da Quranı Əlinin (ə) yanında oxuyub ona təqdim etmişdir. Mən
Əbu Əbdurrəhmanın yanından geri qayıtdıqda, Quranı Zərrin yanında oxuyub
ona təqdim edirdim.””
3
1
Böyük İslam ensiklopediyası, c.5, s.678-679.
2
Mənahilul-irfan, c.1, s.458.
3
“əl-Bəyan”, s.130; “ət-Təmhid”, c.2, s.245.