ÜÇÜNCÜ FƏSİL
HÜQUQUN SOSİOLOJİ İZAHI (TƏFSİRİ)
1. Hüququn anlayışı və sosial kökləri
Hüquq konkret sosial formadır. Onda sivilizasiyalı birliyin özünü
təhlükəlikdən və hər cür pozuntulardan müdafıo etmok iradəsi təcəssüm
olunur. Hüququn genezisinin və inkişafının hərəkət gücü həyati iradədir.
Hüquq sivilizasiyalı birliklərin həyatını müdafiə edir, nizama salır və
tənzimləyir. Hüquq nəinki sosial intizamı, həm də vətəndaşların azadlı
ğını təmin edir. O, həm şəxsiyyətin, həm do bütövlükdə cəmiyyətin və
dövlətin mənafelərinə təminat verir.
Hüquq konvensial təbiətə malikdir. Hüquq sosial subyektlərin bir-
birinə zidd olan maraqlarını barışdırmağa, yaranmış ziddiyyətlərin artma
sına mane olmağa və tərəfləri kompromislər axtarmağa məcbur etməyə,
razılığa gəlməyə xidmət edir. Hüquq münaqişələrin neytrallaşdırılmasmın
sivilizasiyalı formalarından biri qismində çıxış edir.
Hüquq dedikdə, dövlət tərəfindən rəsmi qaydada müəyyən edilən və
qorunan, dövlətin iradəsini ifadə edən davranış qaydalarının sistemi başa
düşülür.1 Hüquq ictimai münasibətlərin normativ tənzimləyicisidir. Döv
lət hüququn vasitəsilə insanların mümkün və zəruri olan davranışlarının
eyni ölçüsünü müəyyən edir. Hüququn normativliyi onun ümumiliyində
ifadə olunur. Dövlət xalqın iradəsini qanunda ifadə etməklə ona bütün
cəmiyyət üçün məcburi olan ümumi xarakter verir. Hüquq yalnız dövlət
tərəfindən müəyyən edilir. O, dövlətin hüquqyaratma (qanunyaratma)
fəaliyyəti nəticəsində, yaxud mövcud davranış qaydalarını dövlətin sank-
siyalaşdırması nəticəsində yaranır.
Hüquq həmişə dövlətin məcburctmo qüvvəsi ilə təmin edilir. Hüquq
normalarının sistemliliyi onların daxili birliyi, uzlaşması ilə xarakterizə
olunur ki, bu da normaların vahid sosial təbiəti ilə şərtləşir. Hüquq nor
maları bir-birilə qarışlıqlı əlaqədə olub vahid hüquq sisteminin sahələrini
əmələ gətirir. Hüquq rəsmi müəyyənliyi ilə səciyyələndirilir. Dövlət
' Q uliyev A .İ, Hiiquq ensiklopediyası. Bakı, «Qanun», 2 007, s.467-468.
170
hüququn köməyilə insanların davranışının həddini dəqiq müəyyən edir,
hüquqi qadağaııctmoni dürüst şəkildə formula edir.
Müasir dövrdə «hüquq» terminindən iki müxtəlif mənada - subyek
tiv hüquq və obyektiv hüquq mənasında istifadə olunur.
Subyektiv hüquq dedikdə, müəyyən şəxsin (fiziki və ya hüquqi şəx
sin) konkret hüququ, yəni müəyyən tərzdə hərəkət etmək və digər şəxs
lərdən müəyyən hərəkətlərin edilməsini tələb etmək üçün qanunla təsbit
edilmiş imkan başa düşülür. Subyektiv hüquqlara malik olan şəxs bu hü
quqların pozulduğu hallarda öz hüququnun həyata keçirilməsi və müda
fiəsi üçün məhkəməyə müraciət edə bilər.
Obyektiv hüquq - bu, müəyyən bir dövlətdə qüvvədə olan hüquq
normalarının bütün məcmusunun adlandırılması üçün onun yurisdiksiya-
smda işlədilən termindir, yəni obyektiv mənada hüquqdur.
Müasir hüquqşünaslıqda fəaliyyətdə olan hüquq anlayışı da mövcud
dur. Bu pozitiv hüquq (müsbət hüquq) adlandırılır. Cəmiyyətdə yayılmış
arzu olunan hüquq haqqında hüquqi görüşləri və təsəvvürləri, yaxud
qüvvədə olan hüquq normalarından ibarət olmayan hüquqi tələbləri, layi
hələri və s. pozitiv hüquqdan fərqləndirmək lazımdır. Təbii hüquq məktə
binin nümayəndələri təsdiq edirdilər ki, öz məzmunu ilə zamana görə də
yişkən olan və ayrı-ayrı ölkələrdə müxtəlif cür təzahür edən pozitiv
hüquq dəyişmədən fəaliyyət göstərir.
Hüququn ümumi və xüsusi hüquqa lıaınılıqla qəbul olunmuş böl
güsü ilə dünyanın hüquq sistemlərinə bölgüsü ilə bağlıdır.
Ümumi hüquq məhkəmə presedentini (ingilis-sakson lniquq ailəsin
də) hüququn əsas mənbəyi hesab edir. Bu sistemdə qanunlar yalnız ayrı-
ayrı münasibətlər sahəsini tənzim edir, lakin vahid sistemdə birləşdirmir.
Qanunla tənzim edilməyən sahələr isə, həmçinin qanunların təfsiri və on
ların tətbiqi ümumi hüquqla müəyyən edilir. Ümumi hüquq ilk dəfə İngil
tərədə XIII-XIV yüzilliklərdə meydana gəlmişdir. Ümumi hüquq Böyük
Britaniyada (Şotlandiya istisna olmaqla (ABŞ-da (Luiziana ştatı istisna
olmaqla), Kanadada, Avstraliyada və Yeni Zelandiyada qüvvədədir.
Xüsusi hüquq toplayıcı anlayışdan ibarətdir. Xüsusi hüquq dedikdə,
vətəndaşların, fərdi mülkiyyətçilərin, sahibkarların və müxtəlif növ birlik
lərin (korporasiyaların) maraqları sahəsində münasibətləri, həmçinin
ümumi hüquqdan fərqli olaraq şəxsi münasibətlərdə ümumi mənafeləri
tənzimləyən və mühafizə edən hüquq sahəsi nəzərdə tutudur. Xüsusi hü-
171
ququn nüvəsini mülki hüquq təşkil edir. Ticarət hüququ da xüsusi hüqu
qun əsasına xidmət edir.
Müasir hüquq elmində birmənalı şəkildə belə qəbul olunur ki, hüquq
yalnız cəmiyyətin cynicinsli olmadığı, müxtəlif qruplardan, siniflərdən,
təbəqələrdən, xalqlardan və digər sosial birliklərdən ibarət olduğu, qrup
maraqlarının və xüsusi maraqların toqquşduğu yerdə mövcud olur. De
mək olar ki, bütün, hətta baxışları ideoloji cəhətdən bir-birinə zidd olan
nəzəriyyəçilər bu müddəanı yekdilliklə qəbul edirlər. Y.B.Paşukanis ya
zırdı: «Qumploviç deyir ki, mübahisə hüquqi olan hər şeyin əsas elemen
tidir. ...Məhz, mübahisə, maraqların toqquşması hüquq formasını, hüquqi
üstqurumu həyata gətirir».1 Həqiqətən də əsil reallıq həm də ondan iba
rətdir ki, adətən hüquqların pozulduğu, yaxud boğulduğu zaman insan
l ı u q ULj ı c Ul l l u d ı ı
» 0
'yU
O t l l a r ü l i ı ı d d a ı . J b ı l l u Ə l ı l U u u ş i ı i l .
Münaqişələrin və mübahisələrin həll edilməsi, «sosial ələm»in ni
zamını pozan, cəmiyyət və ayrı-ayrı şəxslər üçün təhlükəli və zərərli olan
ictimai təhlükəli əməllərin qarşısının alınması və aradan qaldırılması
nəinki obyektiv məhkəmənin (hüquq normalarının tətbiqi, mübahisələrə
və hüquq pozuntuları haqqında işlərə baxılması), həm də pozulmuş hü
quqların bərpası barəsində qəbul edilmiş qərarların məcburi qaydada
həyata keçirilməsinin vacibliyini nəzərdə tutur.
ilər hansı hərəkətin qadağan olunması və onun törədilməsinə görə
məcburiyyət tədbirinin tətbiqi ilə hüququn məzmunu bitmir. Hüquq nəin
ki artıq yaranmış münaqişələrin həll edilməsi, həm mümkün ola bilən
münaqişələrin qarşısının alınması vasitəsidir. Hüquq ictimai münasibət
lərdəki ciddi qaydanı müdafiə etmek iqtidarında olan vasitədir.
Hüququn məzmunu haqqında danışarkən qeyd etmək lazımdır ki,
belə ınə/..iıun iki mənada başa düşülür: d) kuquqmı juııulk məzmunu; b)
hüququn sosial məzmunu.
Hüququn yuridik məzmunu hüququn subyektlərinin, onların yuridik
statusunun, hüquq münasibətlərinə daxil olma şərtlərinin, hüquqlarının,
vəzifələrinin, qadağanların, hüquqi faktların, hüquq münasibətlərinin
növlərinin, hüquq münasibətlərinin tərkibinin, mübahisələrin həllinin pro
sessual və hüquq pozuntuları haqqında işlərə baxılmasının, sanksiyaların
təyin və tətbiq edilməsinin prosessual qaydasının müəyyən edilməsindən
ibarətdir.
1 Пашукамис Н.Б. Избранные произведения по общ ей теории права и государства.
М„ 1980, с.73.
172
«Hüququn yuridik məzmunu» termini (anlayışı) demək olar ki, lav-
toloji səslənir, çünki o, tarix boyu mövcud olan hüququn keyfiyyət göstə
ricisidir. Lakin bu anlayış hüququn sosial məzmununun aşkar olunması
və ictimai münasibətlərə hüquqi təsirin istiqamətlərini göstərmək üçün
zəruridir.
Hüququn sosial məzmunu cəmiyyətin inkişafı prosesində dəyişir. O,
cəmiyyətin hüquqi strukturunun, müxtəlif təbəqələrin imtiyazlarının və
ya mükəlləfiyyətlərinin müəyyən edilməsindən, yaxud bu təbəqələrin qa
nun qarşısında ümumi bərabərliyinin təsbit edilməsindən, mülkiyyətin
müxtəlif formalarının müəyyənləşdirilməsindən, ailə, təsərrüfat münasi
bətlərinin, korporativ münasibətlərin, kommersiya, istehsalat münasibət
lərinin, dini münasibətlərin, siyasi və digər ictimai münasibətlərin müha
fizəsindən və tənzim edilməsindən ibarətdir.
Digər sosial normalar kimi, hüquq normaları da çoxşaxəli hərəkət
lərin və ictimai münasibətlərin növ və tipik keyfiyyətlərinin ümumiləş
dirilməsi prosesində və nəticəsində yaradılmışdır. Bu zaman ancaq həmin
cəmiyyət və onda hökmranlıq edən sosial elita üçün mühüm olan hüquq
normaları yaradılmışdır.
İstənilən cəmiyyətdə sosial qaydanın qorunması və müdafiəsinin əl
verişli üsullarından biri normal sistemin (ictimai münasibətlərin model
lərinin) yaradılmasıdır. Məhz bu sistem əsasında və çərçivəsində həmin
cəmiyyətin gələcək (sabah, növbəli aylarda, illərdə və s.) üçün münasi
bətləri müəyyən edilir. Hüququ digər sosial formalardan fərqləndirən xü
susiyyət həmişə ona dövlətin məcburiyyət qüvvəsinin verilməsi ol
muşdur. Belə ki, hüquq normalarının dövlət tərəfindən sanksiyalaşdırd-
ması onu digər sosial normalardan fərqləndirmişdir.
Hüquq eyni zamanda da iradəvi məzmuna malikdir. Hüququn ira-
dəvi xarakteri haqqında iki aspektdə danışılır. Birinci aspektdə ictimai
münasibətlərə təsir cəmiyyət üzvlərinin iradəvi hərəkətləri vasitəsilə hə
yata keçirilir. Hüquq norması münasibətlərin modeli qismində çıxış edir,
lakin iradəvi hərəkətləri tənzimləyir.
Hüququn iradəvi xarakteri ona sosial tənzimləyici keyfiyyəti verir.
Hüquq normalarında həmin cəmiyyət üçün tipik olan situasiya və
münasibətlər əks və ifadə olunur. Bu münasibətlərdə cəmiyyət üçün
zərərli və təhlükəli olan əməllərin qarşısının alınması və aıadan qaldırıl
ması, faydalı olanların isə müdafiə və mühafizə olunması nəzərdə tutulur.
Həmin sosial nəzarətin və tənzimetmənin istiqaməti hüquqda ifadə olu-
173
Dostları ilə paylaş: |