hüququn özü, hüquqi materiya ilə bağlıdır və o, hüquqi materiyanı təşkil
edir. Hüquqi forma isə eyni zamanda qeyri-hüquqi materiyanı müəyyən
və təşkil edir. O, gündəlik həyatda iqtisadi, siyasi və sair münasibətlərin
hüquqi forması qismində çıxış edir.
Yuxanda göstərilənlərə müvafiq surətdə hüququn formasına hüqu
qun daxili təşkili və zahiri ifadə üsulu (vasitəsi), dəqiq desək, hüquq nor
masında ehtiva olunan davranış qaydalarının ifadəsi kimi tərif vermək
olar. Ilüquq forması da eyni zamanda hüququn iqtisadiyyata, siyasətə,
cəmiyyət həyatının sosial sferasına və digər sferalarına müvafiq təsir üsu
lu (vasitəsi) qismində çıxış edir.
Hüququn forması ilə hüquqi forma arasındakı fərqlər haqqında
danışarkən həm də belə bir cəhətə də diqqət yetirmək zəruridir ki, onlar
ümumhüquqi və eyni zamanda da ümumfəlsəfı anlayış və kateqoriyalar
kimi müxtəlif məzmuna malik olmaları ilə seçilirlər. Belə ki, hüququn
formaları
xalis hüquqi məzmunlu cüt kateqoriyalar kimi çıxış edirlər.
Hüquqi forma isə
qeyri-hüquqi məzmunu ilə müəyyən edilir.
Nəzərdən keçirilən prosesdə
hüququn formaları xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, zahiri formalar həmişə hüquqda onu əhatə edən maddi
və sair mühitin hansı üsulla ifadə edilməsi və bununla yanaşı, ən ümumi
şəkildə bunun necə mühit olması haqqında təsəvvürlər yaradır. Tamamilə
aydındır ki, məsələn, bazar mühiti ancaq hüququn formalarını və hüquqi
massivi konsolidasiya edən prinsipləri doğurur. Eyni zamanda da qeyri-
bazar dövlət-təşkilati iqtisadi mühit hüququn tamamilə başqa bir zahiri
forma və prinsiplərini meydana çıxarır.
3. Hüququn mənbəyi anlayışı və onun hüququn forması
anlayışı ilə qarşılıqlı əlaqəsi
Hüququn mənbəyi anlayışı və onun «hüququn forması» ilə qarşılıqlı
əlaqəsi haqqında məsələnin yaranması tədqiqatçılar üçün nə dünənki, nə də
bu günkü məsələ deyildir. Hələ XX yüzilliyin başlanğıcında İ.V.Mixaylovski
yazırdı ki, «hüququn mənbəyi» termini hələ indi də müxtəlif cür başa düşülür
və buna görə də onun ətrafında mübahisələr gedir. Müəllif əlavə edirdi ki, bu
mübahisələr anlaşılmazlıqlara əsaslanır. Ən sadəsi bu anlaşılmazlıqları ara
dan qaldırmaqdan və elmdə bu qədər tez-tez istifadə olunan terminin ümumi
başa düşülməsi hesabına razılaşmaqdan ibarətdir.1
1 Михайловский И.Б. Очерки философии права, т.1, М ., 1914, с.237.
202
Hüququn mənbələri anlayışına aid problem ətrafında diskussiyalar
keçən yüzilliyin 40-cı illərində də davam etmişdir. O vaxt hüququn mən
bəyi dedikdə, «davranış qaydasına dövlət hakimiyyəti tərəfindən ümum-
məcburiyyət qüvvəsinin verilməsi üsulu»1 başa düşülürdü. Yaxud geniş
mənada hüququn mənbəyi dedikdə, «fəhlə sinfinin diktaturası, yəni sovet
hakimiyyəti», xüsusi mənada isə «qanunvericilik normaları»2 nəzərdə
tutulurdu.
Hüququn mənbələri anlayışı problemi ətrafında mübahisələr bu gün
də mövcuddur. Məsələn, rusiyalı tədqiqatçı-hüquqşünaslar Rusiyanın hü
quq elmində hüququn mənbəyinin hamılıqla qəbul olunan anlayışının
olmadığını qeyd edirlər.3
Öz xarakterinə görə hüququn mənbəyi anlayışının tədqiq edilmə
məsinə və bunun mübahisəli olmasına aid analoji təsdiqlərə müasir Qərb
hüquq ədəbiyyatında da təsadüf olunur. Bu mənada görkəmli fransız hü
quq nəzəriyyəçisi Jan-Lui Bcrjclin mülahizələri son dərəcə səciyyəvidir.
Onun fikrincə, «hüququn mənbəyi» anlayışı və termininin qeyri-müəy
yənliyi bəzən ona görə yaranır ki, bu terminlə eyni zamanda hüququn
məzmunlu və formal mənbələrini adlandırmaq da qəbul olunmuşdur.4
Müəllif davam edərək göstərir ki, hüquqi qaydalar səbəblərdən heç də
məhrum edilməmişdir. Bunlar ən müxtəlif, yəni pozitiv qaydalarla idarə
edən, onların ideoloji əsasına xidmət edən və hüquq fəlsəfəsinə aparıb çı
xaran əxlaqi, dini, fəlsəfi, siyasi, sosial və ideoloji prinsiplərdir. Bu, eyni
dərəcədə də hüququn yönümiinü və məzmununu müəyyən edən texniki
vasitələri sahəsində zamana, məkana görə təşəkkül tapan sosial gerçək
liyin faktları və «situasiyanın tələbləridir».5
Hüququn mənbəyini hüquq ədəbiyyatında ənənəvi olaraq eyni
zamanda həm müxtəlif cəhətlərdən və həm də müxtəlif aspektlərdə edil
diyi kimi, onun anlayışını əks etdirən hadisə qismində
nəzərdən keçirmək
lazımdır. Hüququn mənbəyinə, birincisi,
ctimoloji cəhətdən, mənbə haq
qında hamılıqla qəbul olunmuş təsəvvür - onun olduğu kimi anlayışı və
məzmunu nöqteyi-nəzərindən yanaşmaq daha məqsədəuyğundur.
1 Голунский C.А ., Строгович M.C. Теория государства и нрава. M., 1940, с . 173.
2 Гражданский процесс: учебник для юридических высших учебных заведений. М.,
1946, с. 15.
3 Гурова Т.В. Источникироссийского права: Автореф. дис. ...канд.юрид.наук.
Саратов, 1998, с .5.
4 Бсржсль Жан-Луи. Общая теория права. М., 2000, с.97.
5 Y en ə orada.
203