DÖRDÜNCÜ FƏSİL
HÜQUQUN MƏNBƏLƏRİNİN NƏZƏRİ
MƏSƏLƏLƏRİ
1. Hüququn mənbələri və hüququ
dərketmə problemləri
Ilazırkı mərhələyədək hüqııq elmində hüquq və hüququ dərketmə ilə
bağlı bir çox problemlər haqqında dəqiq təsdiqin olmaması həm hüquq-
şünaslıq neşəsi ilə əlaqəsi olmayan, həm do dövlət və hüquq məsələləri
ilə bilavasitə məşğul olan peşakar adamlara son dərəcə qaribo görünə bi
lər. Zahirən elə görünə bilər ki, hüququ dərketmə haqqında problem əbədi
və dəyişməzdir. Bu barədə bir çox xarici ölkələrin dövlət-hüquqi təcrü
bəsi, habelə son yüzilliklər ərzində hüquq elmində aparılan çoxsaylı
tədqiqatlar da şəhadət verir.
IIəlo XVIII yüzilliyin sonunda klassik alman fəlsəfəsinin banisi
İ.Kant öziinün «Metafizika və əxlaq» (1797) əsərində əsaslı şəkildə belə
bir məsələyə toxunurdu ki, «əgər hüquqşünas tavtologiyaya uğramaq istə
məzsə və ya ümumi qərarın əvəzinə hansısa ölkənin hüququn nə olması
barədə təsdiqinə istinad etməsi onu utandıra bilər.»1
Yüzillik keçdikdən sonra - XIX əsrin sonu və XX əsrim başlanğıcında
digər almam alimi, məşhur hüquqşünas R.İycrinq hüququ dərketmə prob
leminə toxunaraq adətən, nəyin hüquq adlandırılması məsələsinə aydınlıq
gətirilməsinə xeyli diqqət yetirmişdir. Molum olduğu kimi o, özünün həcmcə
böyük olmayan, lakin son dərəcə dərin məzmuna malik olan «Hüquq uğ-
runda mübarizə» (1908) əsərində «hüquq» termininin kifayət qədər qeyri-
müəyyən olması və ondan adətən, «iki mənada
obyektiv və subyektiv mə
nada» istifadə olunması haqqında yazmışdır. R.İycıinqin fikrincə, hüquq
obyektiv mənada «hüquq dövlət tərəfindən müdafiə edilən bütün hüquqi
müddəaların, həyatın qanun qaydalarının məcmusudur». Subyektiv mənada
hüquq dedikdə isə hüquq dedikdə, «konkret şəxsiyyətin səlahiyyətlərində
mücərrəd qaydaların konkret təzahürü başa düşülür».2
1 Кант И. Метафизика нранов // История политических и правовых учений. Х рес
томатия. Под ред.О .Э.Лейста, М ., 2000, с.251
2 Иеринг Р. Борьба за право. СПб, 1908, с.5-6.
190
Hüquq anlayışının qeyri-müəyyənliyi, habelə hüququ dərketmə prob
leminin həllinin olmaması haqqında analoji mülahizələr sonrakı dövrlərdə
başqa müəlliflər tərəfindən də deyilmişdir. O cümlədən, XX yüzilliyin birinci
yarısında bu barədə hüququn böyük nəzəriyyəçilərindən biri, avstriyalı
hüquqşünas H.Kelzcn dəfələrlə qeyd etmişdir. O özünün «Xalis hüquq
nəzəriyyəsi» (1934) adlı məşhur əsərində belə bir məsələyə xüsusi diqqət,
yetirirdi ki, «hüquq nəzəriyyəsi, hər şeydən əvvəl, öz predmeti haqqında
anlayışı müəyyən etməlidin). Alimin fikrincə, hüquqa tərif verməkdən ötrü
alman dilində və onun başqa dillərdəki ekvivalentlərində «hüquq» sözünün nə
demək olduğunu müəyyən etməkdən başlamaq lazımdır. Bu sözlə adlandırılan,
onu digər özünobənzor hadisələrdən fərqləndirən oxşar hadisələrin sosial
hadisələrdən ibarət olub-olmadıqlarını aydınlaşdırmaq lazımdır. Müəllifə görə,
belə tədqiqat nəticəsində aydınlaşdırıla bilər ki, «hüquq» sözü və onun xarici
dillərdəki ekvivalentləri ilə o qədər müxtəlif predmetlər adlandırılır ki, heç bir
ümumi anlayış onların hamısını əhatə edə bilməz.1
Nəhayət, qeyd etmək lazımdır ki, hüquq anlayışının qeyri-müəyyən
liyinə və hüququ dərketmə probleminin həll edilməməsinə aid olan məsələlər
XX yüzilliyin bütün ikinci yarısı ərzində sonsuz narahatlığa səbəb olmuşdur
ki, bu da böyük mübahisələr doğurmuşdur və indi də doğurmaqdadır.
Hüququ dərketmə problemi haqqında danışarkən qeyd etmək zəruridir
ki, problemin uğurlu həlli hüquq anlayışı ilə bağlı olan və onun kateqori
yalarını, onların anlayışlarını əks etdirən hadisələrlə çox sıx əlaqədardır.
Söhbət, o cümlədən hüququn mahiyyəti və məzmunu, onun rolu (funksiyası)
və təyinatı, hüquqi tənzimetmə mexanizmi, hüququn sistemi və hüquqi
sistem kimi hadisə və anlayışlar haqqında bu və ya digər «törəmə» tə
səvvürlər barəsində gedir. Burada hüququn mənbələrinə və ya formalarına
aid olan problemlərin tədqiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dünyəvi hüquq sistemləri bu və ya digər hüquq ailəsinə mənsubiy
yətlərindən asılı olmayaraq, öz təbiətin və xarakterinə görə qanun, dekret,
qərar, fərman və s. bu kimi «dünyəvi» hüquq formalarına və ya mən
bələrinə üstünlük verirlər. Dünyəvi hüquq öz təbiətinə və xarakterinə gö
rə ancaq öz təbiətinə və xarakterinə uyğun analoji formalara və ya mən
bələrə malik ola bilər və olmalıdır.
Dini hüquq sistemləri öz növbəsində öz təbiətinə, xaraktərinə və öz
varlığının və fəaliyyətinin məntiqinə görə dünyəvi axtarışlara və idraka
deyil, hüququn dini fərmanlarına və mənbələrinə istiqamət götürürlər.
1 Келзен Г. Чистое учение о праве // История политических и правовых учений.
Хрестоматия под ред.О.Э.Лейста, М., 2000, с.480-481.
191
Məsələn, Quran müsəlman hüququnun, Bibliya xristian hüququnun mən
bəyi qismində çıxış edir.
Dini hüquq sistemləri üçün Allah iradəsi aparıcıdır. Dini hüquq
normalarına uyğun olaraq dövlət və hüquq Allah tərəfindən yaradılmışdır.
İmperatorlar, krallar və ya monarxlar yerdəki dövlət hakimiyyətini Al
lahın iradəsilə həyata keçirirlər. Bütün hökmlər Allahın hökmüdür. Başçı
və rəhbərlər isə bu hökmlərin ancaq icraçılarıdır. Məsələn, Allahın iradəsi
ideyası e.ə. VIII-VI yüzilliklərdə Qədim Romanın ərazisində təşəkkül
tapmış və inkişaf etmiş Roma hüququnun əsasını təşkil edirdi. O, arxaik
sakral hüquq idi və Qədim Roma cəmiyyətində ictimai münasibətlərin
əsas tənzimləyicisi qismində fəaliyyət göstərirdi. Sakral hüquq «adamlar
la allahlar arasında münasibətləri möhkəmləndirən» hüquq normalarının,
yaxud davranış qaydalarının sistemindən ibarət idi. Sakral hüquq özündə
dini ayinlərə, qurbanlar verilməsi qaydalarına və sitayişlərə ciddi əməl
edilməsinə dair bir sıra öhdəlikləri özündə ehtiva edirdi.
Keçmiş SSRİ-də 1917-ci ildən başlayaraq 1990-cı illərin sonunadək
70 ildən bir qədər artıq olan dövr ərzində hüququ dərketmə problemi, bir
qayda olaraq, «normativ-pozitiv» mövqelərdən həll edilirdi. Belə yanaş
manın və istiqamətin əsasını hüququn A.Vışinskinin 1938-ci ildə hüquq
üzrə elmi işçilərin Birinci müşaviıosindəki məruzəsi üzrə qəbul olunmuş
tərifi təşkil edirdi.
Bu zaman hüquq anlayışına «hökmran sinfin iradəsini ifadə edən,
qanunvericilik qaydasında müəyyən edilən davranış qaydalarının, habelə
dövlət hakimiyyəti tərəfindən sanksiyalaşdırılmış hökmran sinfə əlverişli
və yararlı olan ictimai münasibətlərin mühafizəsi, möhkəmləndirilməsi və
inkişafı məqsədi ilə tətbiqi dövlətin məcburiyyət qüvvəsilə təmin olunan
adətlərin və birgəyaşayış qaydalarının məcmusu»1 kimi baxılırdı.
Hüquqa dair həmin təsəvvür əsasında sovet və xarici sosialist ölkə
lərinin tədqiqatçıları tərəfindən öz məntiqi məzmununa və həcminə görə
bir-birindən fərqlənən, lakin hüquq anlayışının mahiyyətinə görə bir-
birinə yaxın olan iki müddəa - «hüququn məhdud normativ» mənada və
«geniş» mənada anlayışı işlənib hazırlanmışdı.2
1 Основные задачи науки советского социалистического права. М ., 1938, с.8.
2 M osələn, bu barədə ətraflı bax: Керимов Д ж ..А . Философские основания политико
правовых исследований. М ., 1986; М ., 1986; Y enə onun: М етодология права. П ред
мет, функции, проблемы философии права. М ., 2000; Байтин М.И. Сущность права
(современные нормативное правопонимание на грани двух веков). Саратов, 2001 və
başqaları.
192
Hüququn anlayışının tərifinə məhdud normativ mənada yanaşma
dövlət tərəfindən müəyyən olunan və sanksiyalaşdırılan, dövlətin iradə
sini ifadə edən və dövlət tərəfindən təmin olunan normalar sistemi kimi,
hüquq haqqında təsəvvürün işlənib hazırlanması idi.
Həmin yanaşmanın tərəfdarları üçün hüquqa verilən tərif də son də
rəcə tipik idi. Hüququn anlayışına verilən tərif özündə müxtəlif kom
ponentləri ehtiva edirdi. Hüququn həmin tərifinə uyğun olaraq hüquq de
dikdə, «yerinə yetirilməsi dövlətin məcburiyyət qüvvəsilə təmin edilən
normalar sistemi»,1 «dövlət tərəfindən müəyyən edilən və sanksiyalaş-
dırılan, hökmran sinfə əlverişli və yararlı olan ictimai münasibətlərin
mühafizəsi, möhkəmləndirilməsi və inkişafı məqsədi ilə tətbiqi dövlətin
məcburiyyət qüvvəsilə təmin olunan ictimai münasibətlərin və qaydaların
məcmusu»2 başa düşülürdü. Yaxud hüquq dedikdə, «hökmran sinfin nor
maların məcmusunda ifadə olunan dövlət iradəsi nəzərdə tutulurdu və
həmin normaların məcmusu ictimai münasibətlərin sinfi tənzimləyicisi
kimi dövlət tərəfindən mühafizə olunurdu».3
Qeyd etmək lazımdır ki, hüququn anlayışına verilən yuxarıdakı tərif
öz müddəaları ilə, lakin bəzi modifikasiyaya məruz qalmaqla keçmiş
SSRİ məkanında qüvvədə olmuş hüququn komponentlərini indi də saxla
maqdadır. Məsələ burasındadır ki, həmin tərifdən hüquq ədəbiyyatında da
geniş şəkildə istifadə olunur.
Nümunə qismində M.İ. Baytinin onun son dərəcə məzmunlu əsəri
olan «Hüququn mahiyyəti» kitabında «hüquq anlayışının ümumi tərifbnə
istinad etmək olar. Müəllif hüququn anlayışına belə tərif verir; «Hüquq -
bu, cəmiyyətin dövlət iradəsini, onun ümumbəşəri və sinfi xarakterini
ifadə edən, dövlət tərəfindən verilən və ya sanksiyalaşdırılan və mümkün
pozuntulardan dövlət məcburiyyətilə mühafizə olunan, ictimai münasibət
lərin hakimiyyət-rəsmi tənzimləyicisi olan ümumməcburi, formal-müəy-
yən normaların sistemidir.»4
Hüququn anlayışına geniş yanaşma, bir tərəfdən real gerçəkliyin
məhdud-normativ dərketməsinin tam və ya qismən qeyri-uyğunluğu haq-
1 Труды первой научной сессии ВИЮН. М ., 1940, с.9.
2 Караева М.П. vo başqaları. Теория государства и права. М., 1955, с.70; И оффе О .С .,
Ш аргородский М.Д. Вопросы теории права. М ., 1961.
3 И оф ф е О.С., Ш аргородский М .Д . Вопросы теории права. М ., 1961, с.59.
4 Байтин М.И. Сущность права (Современные нормативное правопонягис на грани
дв ух веков). Саратов, 2001, с.81-82.
193
Dostları ilə paylaş: |