Hüquq anlayışına pozitiv yanaşma qanunvericiliyin təkmilloşdirilmə-
sinə, eləcə do qanunvericilik texnikasının işlənib hazırlanmasına, norma
tiv-hüquqi aktların uçotuna vo sistcmbşdirilmosino, informasiya-axtarış
sistemində vo hüquqi xidmətin digər perspektivli istiqamətlərinə əsasla
nır. Bu yanaşmada hüquqi ehkam, hüquq normalarının təfsiri və tətbiqi
üsulları, hüquqi mübahisələrin həlli qaydaları ehtiva olunur. Normativ ya
naşma hüquq tərbiyəsinin və hüquq təbliğatının əsasını təşkil edir. Zira
«ümumiyyətlə hüquq» yoxdur, ancaq qanunların və kütləvi hüquq düşün
cəsilə qavranılan digər normativ-hüquqi aktların müəyyən formuləbri
vardır.
Hüququn pozitiv konsepsiyası hakimiyyətin bölgüsünə əsaslanan
müasir nümayəndəli demokratiya ilə üzvi surətdə bağlıdır. Kifayət qədər
aydındır ki, seçkili nümayəndəli orqanlar tərəfindən həyata keçirilən
qanunvericilik hakimiyyəti vəzifəsi qanunyaradıcılıq fəaliyyəti vasitəsilə
hüququ müəyyən etməkdən, inkişaf etdirməkdən vo təkmilləşdirməkdən
ibarətdir, lilə hüquqi dövlətin özü də qanunun aliliyi ilə təmin olunmuş
dövlətdir.
Hüquq qanunların (hüququn əsas mənbələrinin) mətnlərində və qa-
nunqiivvoli aktlarda ehtiva olunur. O, dövlət hakimiyyəti tərəfindən
müəyyən edilən vo pozuntulardan mühafizə olunan normalar sistemi kimi
ifadə olunur.
Hüququn pozitiv-normativ cəhətdən dərk edilməsi təbii hüquq mək
təbi tərəfindən tənqid edilir. Bu məktəbin mövqeyinə görə, hüquq təkcə
mətnlərdən ibarət deyil, həm do ictimai şüur formasıdır (hüquq=şüur).
Təbii hüquq nəzəriyyəsinin pozitiv-normativ konsepsiya əleyhinə
əsas dəlili ondan ibarətdir ki, dövlət hakimiyyəti tərəfindən qəbul olunan
qanunlar səhvlərdən azad deyil, onlar bəzən yalnız varlıların hakimiyyə
tinin ictimai hüquq düşüncəsinə zidd olan xudpəsənd mənafelərini ifadə
edirlər. Pozitiv qanunlar qocalır, köhnəlirlər vo heç də həmişə vaxtında
tənzimlənmirlər. Hüquq düşüncəsi yeni ictimai tələbatlara vo sorğulara
qanunvericiliyə nisbətən daha diqqətli və dinamik reaksiya verir, yeni qa
nunların müzakirəsinin və qəbulunun prosedur qaydalarının ləngiməsinin
qarşısını almağa vo qanunların mətnindəki ziddiyyətlərin, səhvlərin, eləcə
də qeyri-dəqiqliklərin aradan qaldırılmasına fəal soy göstərir.
Qanun şüura daxil olmayanda vo şüur tərəfindən qavranılmayanda
kağız üzərində qalır. Qanun cəmiyyətə ancaq şüur vasitəsilə təsir göstərə
bilər. Buna görə də hüquq qanunların mətnindən ibarət deyil, o, ictimai
186
şüurda ehtiva olunan ümumməcburi normalar, hüquqlar, vəzifələr,
qadağalar, müdafiənin qayda vo formaları haqqında anlayışlar sistemidir.
Molumdur ki, bəşəriyyətin inkişafı tarixində elə dövr və ölkələr ol
muşdur ki, həmin şəraitdə və məkanda hüququn mövcudluğu ümumiyyət
lə qanunlarsız vo motnlərsiz ötüşmüşdür. Prcscdentbr sistemində hüqu
qun mənbəyi qismində peşə hüquq düşüncəsi çıxış etmiş, adət hüququ isə
daha çox hüquq psixologiyasına arxalanmışdır.
Göstərmək zəruridir ki, rəy, təsəvvür vo inam öz-özlüyündə insan
ların davranışının fəal tənzimləyicisi deyildir. Çoxdan bəllidir ki, insan
ların davranışı paradoksaldır: insanlar on yaxşını göriib-bəyənsə do, bəzən
yaxşı olmayanı seçirlər. Zira insanın hiss və intellekti heç də həmişə bir-
birilə kompromisdə olmur.
Cəmiyyətdə hüquq haqqında ən ideal anlayış vo təsəvvürlər heç də
həmişə hüquq qaydasının mövcudluğuna təminat vermir. İnsanlar bir şey
fikirləşir, başqa bir şey barəsində danışır, etdikləri isə nə fikirləşdiklərinə,
nə də dediklərinə uyğun gəlmir və bütün bunların hamısı müxtəlif müstə
vilərdə baş verir. Ona görə də hüquq düşüncəsi davranış variantlarının
iradəvi seçiminə heç də həmişə təsir göstərmək iqtidarında olmur.
Hüquq qaydasının bir fakt olaraq mövcudluğu hüququn da mövcud
olması deməkdir. Lakin bu halda hüquq qanunun sözü növündə və yalnız
hüquqi bilik və təsəvvürlər kimi deyil, insanların hərəkətlərində və dav
ranışlarında ictimai münasibətlər qaydası kimi mövcud olur. Hüququn
sosioloji konsepsiyası da məhz buna əsaslanır (hüquq -qayda).
İctimai münasibətlər sistemi kimi hüquqa müəyyənlik, konkretlik,
sabitlik, dövləti mühafizə etmək qabiliyyəti xasdır. Hüquq, bəzən qeyd
edildiyi kimi, qeyri-bərabər insanlara tətbiq edilən qeyri-bərabər miqyas
deyil, bərabər ölçünün tətbiq edilməsidir. Belə tətbiqetmə həmişə qeyri-
bərabər yekunla nəticələnir, mücərrəd normalar konkret həyati situasi
yalara uyğun olaraq fordiləşdirilir.
Hüquq təkcə paytaxt müəssisələrində akademik mərkəzlərdə yaradıl
mır. O, ictimai münasibətlərin inkişafı, insanların mənafelərinin fərqlən
dirilməsi və razılaşdırılması, insan birliklərinin vo təşkilatlarının maraq
larının nəzərə alınması prosesində hər yerdə əmələ gəlir. Təcrübə əsasın
da eynitipli hüquq münasibətləri, iştirakçıların qarşılıqlı hüquq və vəzi
fələri yaranır. Məhz həmin hüquq və vəzifələrdə sosial əlaqələrin, razılaş
dırılmış maraqların, mübahisələrin və münaqişələrin həllinin ən məq
sədəuyğun üsulları ifadə olunur. Yaranmış mübahisəni və ya münaqişəni
187
tərəflərin qarşılıqlı razılaşma əsasında həll edə bilmədikləri zaman kömə
yə məhkəmə və qanunlar gəlir. Lakin hüquq münasibətlərinin böyük
əksəriyyəti qanunun mətnlərinə və ya təbii hüququn prinsiplərinə mü
raciət etmədən əmələ gəlir, mövcud olur və reallaşırlar. Bəs necə olur ki,
mənafeləri və müvafiq surətdə insanların fəaliyyətini tənzimləyən (fərq
ləndirən, razılaşdıran) bu qədər çoxsaylı, kütləvi hüquq münasibətləri
hüquq hesab olunmur?
Hətta pozitiv hüquq nəzəriyyəsi qanunun mətninə istinad edərək «tə
rəflərin diqqətəlayiq mənafe öhdəliklərinin», «mühafizə olunan mənafelə
rinin» hüquqi cəhətdən tanınmasını mümkün hesab edir. İnsan ağlının ya
zılmamış qanunlarına istinad edək təbii hüquq konsepsiyası insanların
tənzim edilən mənafelərini və münasibətlərini hüquq hesab edir ki, bu da
həmin konsepsiyanın mahiyyətindən irəli gəlir. Ona gərə də dövlət qa
nunlarının mücərrəd formulələrini və ya şəxsiyyətin hüquqları və azad
lıqları haqqında ümumi mükalimələri deyil, cəmiyyət üzvlərinin çoxsaylı
və müxtəlif mənafelərinin ifadə olunduğu və razılaşdırıldığı (bununla ya
naşı, qaydaya salındığı) hüquq münasibətləri sistemini hüquq hesab
etmək lazımdır.
Nə ədalət mühakiməsi, nə də məcburiyyət tədbirləri sistemi hüquq
deyildir. Bunlar hüququn təmin edilməsi, mühafizə olunması üsullarıdır.
Qanunun konkretləşdirilməsi yolu ilə hüquqa çevrilməsi hüquq
düşüncəsinə kömək etmək qabiliyyətinə malik deyil. Zira belə konkret
ləşdirmənin istiqamətləri və nəticələri haqqında təsəvvürlər hətta peşəkar
hüquq düşüncəsində hüquq barəsindəki təsəvvürlərin müxtəlif olduğu
qədər müxtəlifliyə malikdir. Hüququn dərk edilməsinə sosioloji yanaşma
bütün bu çətinlikləri aradan qaldırır.
Bundan başqa, qanun norması mahiyyətinə görə hüquq düşüncəsində
ehtiva olunan mühakimə kimi ideoloji düzümdən ibarətdir. Məlumdur ki,
qanun norması indiki zaman deyil, gələcək zaman haqqında danışır, nəyin
var olduğunu deyil, nəyin var olmalı olduğunu nəzərdə tutur. Bu gələcəyi
aradan qaldırmağa heç də həmişə nail olunmur. Normaların həyata ke
çirilməsinin gözlənilməz nəticələri qanunun mənası ilə dərhal ziddiyyətə
daxil ola bilərlər. Təsadüfi deyildir ki, hələ qədim dövrlərdə deyilirdi:
«hüququn həddən artıq ciddi səviyyədə həyata keçirilməsi ən yüksək
ədalətsizlik doğurur». Bu, hüquqa sosioloji yanaşma zamanı qeyd olunan
gözlənilməzliyi istina edən reallıq, konkretlik və müəyyənlik əldə edir.
Hüququ dərketmənin yuxarıda göstərilən bütün konsepsiyaları insan
188
hüquqları konsepsiyası ilə üzvi surətdə bağlıdır. Hüquqi bərabərlik ideya
sının özü, şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təbii hüquq
nəzəriyyəsinin nümayəndələri (C.Lokk, T.Holbax və başqaları) tərəfindən
irəli sürülmüş və inkişaf etdirilmişdir. Həmin ideya öz reallığını və rəsmi
təsbitini «İnsan hüquqları və azadlıqları Bəyannaməsi»ndə «hüquqlar
haqqında Bill»dc və s. siyasi-hüquqi sənədlərdə tapmışdır ki, bu da hüqu
qun pozitiv cəhətdən dərk edilməsi konsepsiyasının müddəalarına uyğun
dur. Nəhayət, bu hüquq və azadlıqlar sosioloji konsepsiya ruhunda öz
dayağını məhkəmə təcrübəsinin («məhkəmələr tərəfindən yaradılan hü
quq») qanunlarla dəyişdirilə bilməyən hissəsində tapmışdır.
Hüququn bu üç konsepsiyası hüquqi sistemin dinamikasında müx
təlif ünvanlara malikdirlər. Qanunvcricinin məqsədi «təbii hüquq» ka
teqoriyalarının normativ aktların mətnlərində ifadə olunan pozitiv hüquqa
keçidini təmin etməkdən ibarətdir. Hüququ tətbiq edənin (ümumiyyətlə,
hüququ reallaşdıramn) fəaliyyəti - bu, pozitiv-hüquqi anlayışlardan so
sioloji anlayışlara, hüquq normalarından hüquq münasibətlərinə keçiddir.
Siyasətin vəzifəsi hüquq qaydasının fəaliyyəti prosesində aşkar olunan
sosial tələbatların hüquq düşüncəsi kateqoriyasına keçidini təmin et
məkdən ibarətdir.
189
Dostları ilə paylaş: |