qında şəhadət verirdi, digər tərəfdən isə real hüquqi gerçəkliyi daha adek
vat, yeni müstəvidə əks etdirən inkişaf meyllərini əks etdirirdi.
Hüququn dərk edilməsinə «məhdud-normativ» və «geniş» yanaşma
larla yanaşı, keçən yüzilliyin 70-80-ci illərində bir sıra müəlliflər tərə
findən hüququn anlayışı tərifinə üçüncü yanaşma da özünü büruzə verdi.
Həmin yanaşmaya uyğun olaraq hüququ dərketmə konsepsiyaya, daha
dəqiq desək, hüquq və qanunun fərqləndirilməsi prinsipinə əsaslanırdı.
Lakin sovet və xarici ölkə yurisprudcnsiyası təcrübəsinin şəhadət
verdiyi kimi, həmin yanaşma nə geniş yayıla bilmədi, nə də özünün ha-
mılıqla qəbulunu tapmadı.1 Bundan başqa, hüquq ədəbiyyatında belə bir
mülahizə də mövcud idi ki, hüququ dərketmənin anlayışına normativ və
geniş yanaşma ilə yanaşı daha bir müstəqil üçüncü yanaşmaya heç bir
inandırıcı əsaslar yoxdur.2 Bu mülahizənin tərəfdarlarından biri olan
M.İ.Baytiinin belə əqli nəticəsinin əsas səbəbi ondan ibarətdir ki, «hü
ququ və qanunu fərqləndirməyə tərəfdar çıxanlar bu konsepsiyadan hü
ququn geniş dərk edilməsinin bu və ya digər variantından əsas sübutlar
qismində istifadə edirlər. Məhz bunun sayəsində də adı çəkilən yanaş
maya faktiki olaraq başqa - «geniş» yanaşmanın ayrılmaz tərkib hissəsi
kimi baxılır və buna görə də onu hüququ dərketmənin tədqiqi prosesində
müstəqil bir istiqamət kimi fərqləndirməyə heç bir əsas ola bilməz».3
Hüququ dərketmənin problemləri və keçmiş sovetin varlığı dövründə
onun həlli (yanaşmalar və istiqamətlər) yollan haqqında danışarkən qeyd
etmək lazımdır ki, bu və ya digər yanaşmalar barədə mövqelər bir qədər
«demokratikləşdirilmiş» halda bəzi dəyişikliklərlə indi də qorunmaqdadır.
Mövqelərin belə qorunması nəinki hüququ dərketmənin ümumi prob
lemlərinin həll olunmasına, həm də o cümlədən dövlətin və hüququn
mənşəyinə» hüququn mənbələrinə aid ümumi məsələlərə dair hüquq nə
zəriyyəçilərinin ünvanına bəzi müasir müəlliflərin tamamilə haqlı irad
larını söyləməyə əsas vermişdir.
Bununla əlaqədar olaraq T.V.Kaşanina yazır: «İdeoloji sədlər aradan
qaldırıldıqdan sonra alim-hüqüqşünaslar dövlətin və hüququn mənşəyi
problemlərinin öyrənilməsi istiqamətində irəli hərəkət etməyə tələs-
1 Общая теория государства и права. Академический курс в 3-х томах. Отв.ред.
М.Н.Марченко, т .2 ,2001, с.19-23.
2 Байтин М.И. Сущность права (Современные нормативное правопонимание на гра
ни двух веков). Саратов, 200 1 , с.44.
3 Y en ə orada.
194
mirdilər. Həmin alim-hüquqşünaslar bunun əvəzinə dövlətin və hüququn
mənşəyinə dair F.Engclsin konsepsiyası üzərinə kompromissiz şəkildə
hücuma keçdilər. Lakin bu alim-hüquqşünasların böyük əksəriyyəti öz
adlarından yeni heç nə təklif etmirdilər».1
Xarici ölkələrin müasir tədqiqatçı hüquqşünaslarının son əsərlərini təhlil
edərkən hüququn anlayışının ümumi tərifinin işlənib hazırlanmasına və onun
haqqında «universal» təsəvvürlərə aid olan təkliflər və fikirlər spektrinin
kifayət qədər geniş və son dərəcə müxtəlif olduğunu görmək çətin deyildir.
Bu, bir-birinə
zidd olan həm ifrat, həm də «aralıq» fikirləri əhatə edir.
«Hüquq» anlayışının ümumi tərifi»nin təkcə mümkünlüyü və zəru
riliyi deyil, həm də işlənib hazırlanmasının reallığı mövqeyində dayanan
alim-hüquqşünasları2 «müsbət» işarəsi ilə ifrat fikirlilər sırasına aid et
mək olar. Burada söhbətin hüququn anlayışına «normativ yanaşma»3
mövqeyindən tərif verilməsi haqqında getdiyini qeyd etmək zəruridir.
Bunun ziddinə olan fikri («mənfi» işarəsi ilə) müdafiə edən müəl
liflər belə hesab edirlər ki, «nəzəriyyə və təcrübədən istifadə etməklə hü
ququn həm anlayışının, həm tərifinin vahid, universal müddəalarını işlə
yib hazırlamaq uğursuzluğa düçar olmuşdur».4 Bu fikrə tərəfdar çıxan
müəlliflərin nöqteyi-nəzərincə, burada söhbət yalnız «həm nəzəriyyə,
həm də hüquqi təcrübə üçün əhəmiyyət kəsb edən hüquq anlayışı və təri
finin bəzi variantları haqqında»5 6
gedə bilər.
Əslində bu müəlliflərin sualları aşağıdakılardan ibarətdir: «Qanunu
bilavasitə formulə edən və ya hüquq normasını tətbiq edən təcrübi hüquq
şünas üçün hüququn azadlıq, yaxud hüquq münasibəti miqyası, ölçüsü
olduğunu söyləmək nə deməkdir?» Dərhal da cavab verilir: «Hüquq onun
üçün həmişə normadır və hüququn kim - dövlət hakimiyyət orqanları və
ya məhkəmə tərəfindən müəyyən edilməsinin həmin hüquqşünas üçün
əhəmiyyəti yoxdur»/’
1 Кашанина T.B. П роисхож дение государства и права. Современные трактовки и
новые подходы. М , 1999, с.9.
2 Байтин М.И. О современном нормативном понимании права. Журнал российского
права. 1999, № 1, с. 103.
3 Y en ə orada, s.98.
4 Попов В.И. Правопонимание в советской юридической науке: Лвтореф.дис. ...
канд.юрид.наук. М., 2001, с. 17.
5 Y en ə orada, s.17-18.
6 Попов В.И. Правопонимание в советской юридической науке: Лвтореф.дис. ...
канд.юрид.наук. М., 2001, с. 18.
195
Asanlıqla görmək olar ki, bu halda söhbət, birincisi, hüququn tədqiqinin
müxtəlif yanaşmaları ilə istiqamətləri arasında ənənəvi ziddiyyətlərin aradan
qaldırılması ilə bağlı onun ümumi anlayışının işlənməsi prosesində çə
tinliklər haqqında deyil, hüquq nəzəriyyəsi ilə yuridik praktikası arasındakı
elementar fərqin aradan qaldmlması barəsində gedir. İkincisi, söhbət yuridik
sənət səviyyəsində qüvvədə olan qanunları «bilavasitə formula edən» və ya
tətbiq edən təcrübəçi hüquqşünaslar barəsində gedir.
Nəhayət, hüququn ümumi anlayışının işlənməsi mümkünlüyü haq
qında məsələ üzrə «aralıq» və «universal» təsəvvürlərə o fikirləri aid et
mək olar ki, həmin fikirlərə uyğun olaraq belə mümkünlüyə yalnız milli
səviyyədə - ayrıca dövlət səviyyəsində, «bir dövr və bir ölkə» hüdudla
rında yol verilir və bu, bütün dünya birliyi miqyasında qeyri-mümkündür.
Bu mövzuya dair öz mülahizələrini irəli sürən Q.V.Maltsev əsaslı
olaraq qeyd edir ki, «əgər hüququn ümumdünya anlayışı və tərifi praktiki
olaraq mümkün deyildirsə, o halda ayrıca dövlət və onun nəzarət etdiyi
vahid hüquqi məkan hüdudlarında hüquq münasibətlərinin bütün iştirak
çıları üçün hüququn ümumi anlayışının axtarışı müəyyən nizamlayıcı
mənaya malikdir.1
Lakin bununla yanaşı, dünya birliyi və ayrıca hüquq sistemi miqya
sında da hüququn ümumi anlayışının axtarışı mövcuddur və o da nizam-
layıcı məna kəsb edir. Bütün müqayisəli hüquqşünaslıq da məhz bundan
irəli gəlir. Dünyada hüququn ümuməhəmiyyətli və universal yerə iddia
edən və ya iddia edə bilən kifayət qədər çoxlu anlayışı və tərifləri
mövcuddur.
Nümunə qismində onların aşağıdakı qısa xarakteristikasını vermək olar:
a) hüquq - bu, formal bərabərlikdir;
b) hüquq - bu, insanlar arasındakı ictimai münasibətlərdə azadlığın
ümumi və zəruri formasıdır;
v) hüquq - bu, ümumi ədalətlilikdir.
Müxtəlif hüquq ailələri və milli hüquq sistemləri üçün bu ümumi
əlamətlərin, cəhətlərin aşkar olunması və öyrənilməsi həm hüququ dərk
etmə probleminin həll edilməsi, həm də hüquq haqqında ümumi təsəvvür
lərin işlənib hazırlanması' və bütövlükdə hüquq anlayışına tərif verilməsi
üçün prinsipial əhəmiyyət kəsb edir.
1 Мальцев Г.В. Понимание права. П одходы и проблемы. М., 1999, с.4.
196
2. Hüququn forması anlayışı
Hüququn forması anlayışına və onun hüququn mənbəyi anlayışı ilə
qarşılıqlı əlaqəsinə aid olan məsələlərin həlli hüququn dərkedilməsi və
hüquq anlayışının özünə tərif verilməsi probleminin həllindən törəmədir.
Bununla əlaqədar tədqiqatçının hansı metodoloji mövqelərdə dayanması,
onun, deyək ki, pozitivist görüşlərə tərəfdar çıxıb-çıxmaması və ya
hüququ dərketmə problemini təbii hüquq mövqelərindən həll etməsi tam
dərəcədə onun hüququn formaları və mənbələri haqqındakı təsəvvür
lərindən asılıdır.
Buna görə də ilk baxışda pozitiv və təbii hüquq nöqteyi-nəzərindən
hüququn forma və mənbələrini ilk başlanğıcda ayrı-ayrılıqda nəzərdən
keçirmək daha rasional və mükəmməl olardı. Lakin hazırda pozitiv və tə
bii hüquq nəzəriyyələrinin xarici ölkələrdə daha geniş yayılmasına və
hüquqşünas-nəzəriyyəçilər və təcrübi işçilər tərəfindən qəbul olunmasına
baxmayaraq, bu nəzəriyyələr hamılıqla qəbul edilmir. Bu, məsələnin bir
cəhətidir.
Problemin ikinci cəhəti ondan ibarətdir ki, hüquqi materiyanın daha
dərindən və hərtərəfli dərk edilməsi məqsədilə hüququn həm formalarının,
həm do mənbələrinin ümumi anlayışlarına kompleks şəkildə diqqət
yetirilməlidir. Çünki istisnasız olaraq bütün hüquq sistemləri və ailələrinə xas
olan formaların və mənbələrin ümumi əlamətlərini və cəhətlərini özündə
ehtiva edən fonrıa və mənbələrin ümumi anlayışları haqqında dürüst təsəv
vürlərə
malik olmadan, konkret hüquq sisteminin və ailəsinin forma və mən
bələri barəsində mükəmməl mülahizə yürütmək çətin olardı.
C.A.Kərimov tamamilə haqlı olaraq qeyd edir ki, hüququn formala
rının öyrənilməsi «ancaq hüququn mahiyyətini və məzmununu təşkil etdi
yinə və zahirdən ifadə etdiyinə görə deyil, həm də hüquqi həyatın bir çox
amillərinin - ümumməcburiliyin, nonnativliyin, hüquqi aktların yuridik
qüvvə dərəcəsinin, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin
metod və üsullarının və s. onların xüsusiyyətlərindən asılı olduğuna görə
son dərəcə mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir. Hüququn for
malarının çoxşaxoliliyi onların ümumi anlayışına tərif verilməsini nəzər
də tutur».1
Yuxanda deyilənlərə əsasən, hüququn konkret forma və monbələ-
1 Керимов Дж .А . М етодология нрава. Предмет, функции, проблемы философии
права. М., 2000, с .1 13.
197