85
Hanamsan, hanam
mənim,
Sonamsan, hanam
mənim.
Sən mənim
həmsöhbətim,
Anamsan, hanam mənim.
Bu hana həndi hana,
Ayağım bəndi hana.
Kəsəydim tezcə səni,
Gəzəydim kəndi, ha-
na.
Məişətdə oxunan hana nəğmələri xalçaçılıqla
bağlıdır. Buna el arasında hana nəğmələri də deyirlər.
Belə nəğmələrin yayıldığı ərazilər xalça sənəti ilə məşğul
olan rayonlardır. Hana nəğmələrində də xalqın istək və
arzuları, məişət qayğıları öz əksini tapmışdır. Xalçanı
toxuyan zaman nəğmə oxuyanlar hananı və toxuduğu
xalçaları öz nəzərlərində insanlaşdırır, onlara
antropomorfik münasibət bəsləyir, obrazlaşdırdığı
hanadan öz həyatının xoş keçməsini istəyir. Bu barədə
geniş tədqiqatlar aparılmadığından hana nəğmələrindəki
arzu və istəyin əsatiri kökləri də qaranlıqdır.
Bu nəğmələrin bir xüsusiyyəti də odur ki, müşahidə
zamanı deyilən nəğmələr tapmaca şəklinə düşərək folklor
faktına çevrilir. Məsələn, baramaya deyilən tərif tapmaca
kimi belə işlənir:
Püstədi, ha püstədi,
Taxtı rəvan üstədi.
Camış kimi ot otlar
Su içməyə xəstədi.
Hana nəğmələrində isə aşağıdakı dördlük hananı
bildirir:
Asma gül,
Basma gül,
Gülü xınalı
Döşü minalı.
86
İstər hana nəğmələrində, istərsə də ipəkçi-baramaçı-
lıq nəğmələrində təyin olunan obyekt canlandırılaraq
obraz şəklinə salınır. Məsələn, hana nəğmələrində ona
müraciət forması kimi “Güllü gözəlim”, “Xan qızı ha-
nam”, “Ala göz sonam” kimi təşbehlərdən istifadə olu-
nur.
Qeyd olunan nəğmələrdən fərqli olaraq, mövsüm
mərasimi, məişət mərasimi, doğum mərasimi nəğmələri,
toy nəğmələri, yas nəğmələri kütləvilik təşkil edir, onlar
Azərbaycanın bu və ya digər regionlarında müəyyən
fərqlə ifa olunmasına baxmayaraq, ümumxalq nəğmələri
statusundadır.
Əmək nəğmələri əmək prosesində yaranır və
müəyyən bir hərəkətə və ritmə tabe olur. Əmək
nəğmələrinin çoxlu növləri vardır. Buraya əsasən,
balıqçılıq nəğmələrini, ipəkçilik nəğmələrini, əkinçi
nəğməsini, cütçü nəğməsini, toxucu nəğməsini, dulusçu
nəğməsini, hana nəğməsini, kümçü nəğməsini və s. daxil
etmək olar.
Bayatılar.
Azərbaycan folklorunun ən qədim janrlarından biri
də bayatılardır. İlk bayatıların nə vaxt yaranması da hələ
ki, elmə qaranlıqdır. Bayatıların toplanması, nəşri,
tədqiqi sahəsində Azərbaycan folklorşünaslığında
mühüm işlər görülmüşdür. Hələ XX əsrin 20-30-cu
illərində Azərbaycan elmində bayatıların toplanması,
nəşri və öyrənilməsi ilə Vəli Xuluflu, Əmin Abid,
İsmayıl Hikmət, Mirzə Abbas Abbaszadə, Abdulla Şaiq,
Mirzə Məhəmməd Axundzadə, Şəfiqə Əfəndizadə,
Hümmət Əlizadə, Hənəfi Zeynallı və b. məşğul olmuşlar.
Bayatının müxtəlif xalqlarda fərqli adları vardır.
Onun mani, xoryat kimi növlərinə də rast gəlinir.
87
Azərbaycanda bayatıların toplanması, nəşri və tədqiqi ilə
bir çox alimlər məşğul olmuşlar. Şəfiqə Əfəndizadənin
“Bayatılar və manilər” (1925), Mirzə Abbas
Abbaszadənin “Arvad ağısı” (1914 və 1915), Hümmət
Əlizadənin “Azərbaycan bayatıları”, Asiya
Məmmədovanın “Bayatılar”, H.Qasımovun “Bayatılar”
(1956, 1960) kitabları da bu janrın təbliğində və
yayılmasında böyük rol oynamışdır. Son 30 – 40 il
ərzində bayatıların toplanması və nəşri ilə məşğul
olanların içərisində prof. M.Həkimovun xidmətləri də
xalqa faydalılığı ilə seçilir. Əvvəla ona görə ki, onun
topladığı bayatılar el ədəbiyyatının daşıyıcısı olan
aşıqların dilindən yazıya köçürülmüşdür. İkincisi, ona
görə ki, həmin bayatılar öz ilkinliyini saxlamaqdadır,
çünki elat camaatından toplanmışdır. “Elat bayatıları”
kitabında M.Həkimov bayatı adına 6 məna ətrafında izah
verməyə çalışır: 1. Yer adı;
2. Qəbilə adı; 3. Ərəbcədən keçmə söz; 4. Axşamdan
qalmış ərzaq, yemək adı; 5. Allahın adlarından biri; 6.
Körpənin inkişafı, boy atması. Bayatının qəbilə adı
olmasını M.Kaşqarlı da qeyd edir. Onun ərəbcədən
keçmə ad olması şübhəlidir. Allahın adı olmasına gəlincə
M.Həkimov Ə.Dəmirçizadənin M.Kaşqarlıya və Lazar
Budaqova əsaslanaraq, abstrakt allah məfhumunun bayat
məfhumunu daşıyan konkret totemə bağlılığına
inanmadığını yazır.
Bayatının bir qəbilədən çıxaraq bütün qəbilələrə
yayılmasını isə Ə.Dəmirçizadə bayat qəbiləsinin Uğuz
qəbilələr ittifaqına daxil olması və bu qəbilədə Dədə
Qorqud kimi bilici və ozanların yetişməsi ilə, onların
bayatı çağıraraq qəbilələri dolaşması ilə bağlayır.
V.Vəliyev isə bayatının boyat, köhnə, “boyat totem”ə
müraciətlə bayatı çağırmaq mənasında işləndiyini yazır.
Belə bir fikri, totemin çağırılmasını Ə.Dəmirçizadə də
88
qəbul edir və bayatı məfhumunun mərasimlərlə bağlı
olduğunu şərh edərək göstərir ki, kosmik şüur
stansiyasında olan insan mənsub olduğu kollektivi,
qəbiləni həm özündən, həm də totemdən ayırd edə
bilməmişdir. Buna görə də bu insan əmək prosesində
eyni adı daşıyan həm kollektivi, həm də yəni totemi,
“bayatı” çağırmışdır (ümumi və xüsusi formada. Ümumi
formada totem kollektivin düşüncəsində, xüsusi formada
totemin adında yaşayır). O, öz yazılarında “bayatı”nın
yer, qəbilə, ərzağın köhnəlmiş, qalmış mənalarını şərh
etməklə bu sözün mənşəyini allahın adı ilə bağlayanlara,
ərəblərdən alınma söz kimi qələmə verənlərə müqayisəli
misallar fonunda öz münasibətini bildirir. O yazır ki,
müsəlman allahı məlum olduğu kimi, ibtidai xalqlarda
olan allahlara, daha doğrusu, konkret totemlərə bənzəmir,
müsəlmanlığın Allahı mücərrəd və abstarkt məfhumların
kompleksindən yaranmış Allahdır. Bu kitablarda “bayatı”
sözü ilə müvazi olaraq, “tanrı”, “allah” və başqa sözlər də
işlədilir. Buna görə də, M.Kaşqarlı, həm də Lazar
Budaqov “bayatı” sözünü allahın adlarından biri kimi
izah edirlər. Lakin unudulmamalıdır ki, hər söz allah adı
olmur. Abstrakt məfhumu izah edən sözün heç olmasa
konkret (totem) məfhum ilə az-çox, yaxın-uzaq bir
qohumluğu olmalıdır ki, bu söz yeni mənanı (Allah)
qəbul edə bilsin (s. 6-7). Bayatı adının hansı totem
heyvanla bağlı olması bu günədək folklorşünaslıqda
geniş izah olunmamışdır. Biz cəsarət edib (bayatı, xoyrat)
bu sözlərin boryat (buryat) sözündən törəmə olduğunu,
qurdla əlaqəli işləndiyini və “bayat”ı çağırmağın qurdu
çağırmaq mənasına uyğun gəldiyini fikirləşirik. Xoyrat
və mani adlarının əsas addan doğularaq sinonim kimi
işlənməsi isə bayatı adının daha qədimliyinə işıq salır.
Bayat sözündə –t şəkilçisi ümumilik məzmunu bildirən
şəkilçi olub, bu totemin ümumi olduğuna dəlalət edir.
Dostları ilə paylaş: |