334
vurmaq istədiyini bildirəndə o, ikinci şahidə müraciət
etməyi tələb edir. Yaxınlıqda olan ağacdan yaxşılığın
əvəzinin nə olduğunu soruşurlar. O da insanların
məzhəbində yaxşılığa yamanlığın olduğunu söyləyir.
Insanların onun kölgəsində dincəldikdən sonra qol-
budağını kəsib apardıqlarını, yaxşılığa yamanlıq
etdiklərini xatırladır.
Səvari üçüncü mötəbər şahidə ehtiyacı olduğunu
söyləyir. Yolda qarşılarına tülkü çıxır. Tülkü səvarinin
söhbətinə qulaq asıb ilanın onun torbasına necə sığdığına
inana bilmədiyini deyir. İlan onun sözünü eşidib torbaya
girir. Səvari tülkünün sözü ilə torbanın ağzını bağlayır,
böyük bir daş götürüb ilanın təpəsinə vurur. Təmsilin
sonunda belə bir əxlaqi nəticə verilir: gərək ağıllı
adamlar xam olmaya, fitnəkar düşmənin yalvar-yaxarına
inanmaya, onun verdiyi vədə, etdiyi əhdə xəyanət kimi
baxa. Odur ki, deyiblər düşmənlə həmdəm olan ağıldan
da kəm olar (42, s.287-289).
“Kəlilə və Dimnə”dən gətirilən bu təmsil nağıl
yaradıcılığında istifadə olunmuşdur. Təmsilin didaktik
məzmunu ondan uşaq nağılı kimi istifadə olunmasına
imkan vermişdir. Bu mətnin hind şifahi ədəbiyyatından
götürülüb nağıl mətni kimi repertuar həyatı yaşaması
xalqlar arasında mədəni-folklor əlaqələrinin olmasından
irəli gəlmişdir. “Kəndli və ilan” nağılının süjet xətti ilə
“Səvari və ilan” təmsilinin süjet xətti arasında ədəbi-
mədəni folklor əlaqələri ilə izah oluna bilər.
Sadəcə olaraq süjet və motiv oxşarlığı təhkiyədə
əsas rol oynamış və milli folklor ənənələrinə əsasən
təmsilin Azərbaycan variantı repertuarda yaranmışdır.
Təmsildə olduğu kimi nağıida da əxlaqi-didaktik
məzmundan savayı, uşaqların tərbiyəsində yaxşılıq və
yamanlıq oppozisiyalarının oynadığı rola da diqqət
yetirmək lazımdır. “Kəndli və ilan” nağılı uşaq zövqünə,
335
dünyagörüşünə xidmət edən xalq nağılıdır, onun
söylənməsində nağılçı mütləq uşaqların yaş səviyyəsini
nəzərə almalıdır. Belə nağıllar məktəbyaşlı uşaqların
təbiətlə tanışlığına və təlim-tərbiyəsinə kömək edir.
Uşaq psixologiyasının inkişaf etməsində uşaq
nağıllarının rolu böyükdür. Uşaqların yaş dövrlərindən
asılı olaraq uşaq nağıllarını qruplaşdırmaq lazımdır.
Məsələn, “Kəndli və ilan” nağılı nisbətən yuxarı sinif
şagirdlərinin dünyagörüşünə uyğundur. “Kəsəyən, ahu və
ovçu” nağılı isə aşağı sinif şagirdlərinin səviyyəsinə
uyğun gəlir. Bu nağılın da təmsil yolu ilə yaranması
fikrindəyik. Bu mövzu Şərq xalqlarının folklorunda
müştərək mövzudur. R.O.Şor yazır ki, “Kəlilə və Dimnə”
yazılı şəkildə yayılmamışdan əvvəl şifahi şəkildə
Türküstan, Tibet, Çin, Seylon, Hinddə yayılmış, köçəri
tayfalar, tacir, səyyah və missionerlər tərəfindən İran,
Ərəbistan, Kiçik Asiya, Rusiya, Afrika və Amerikaya
aparılmışdır (42, s.24). Nağılda əsas ideya dostluğun,
birliyin təbliğ olunmasıdır. Nağılın süjeti və motivi xalq
təmsillərindəki kimi qurulmuşdur. Bu mövzu da “Kəlilə
və Dimnə”də xalq yaradıcılığı nümunəsi kimi işlənmişdir
(42, s.151-160). Təmsildə qarğa, kəsəyən, ahu, tısbağa və
ovçu hadisələrin əsas iştirakçılarıdır.
Xalq ədəbiyyatında da bu mövzu təmsildə olduğu
kimi yayılmışdır. “Kəsəyən, ahu və ovçu” nağılında da
təmsildəki kimi hadisələr cərəyan edir. Nağılçı repertuara
bu nağılı daxil edərkən uşaqlar arasında dostluq, birlik,
sədaqət və s. hisslərin aşılanması, onların tərbiyəsinin bu
yöndə aparılması məqsədini güdmüşdür. Eyni zamanda
balaca dinləyəcilərin təbiətə aid olan biliyinin artırılması,
dünyagörüşünün təkmilləşdirilməsi bu istiqamətdə əsas
problemlərdən biridir.
Təmsil yaradıcılığında bu mövzu daha geniş
işlənmişdir. Hind ədəbi-şifahi yaradıcılığında qarğa,
336
tısbağa bir obraz kimi iştirak edir. Kəsəyən və ahu
tısbağanı ovçunun əlindən xilas etmək üçün tədbir
tökürlər. Ovçu qarğanın dimdiklədiyi “yaralı” ahunu
görüb heybəsindəki tısbağanı yerə qoyur, kəsəyən
heybənin iplərini kəsib tısbağanı xilas edir. Ahu ovçu ona
yaxınlaşanda qaçır, ovçu onu tuta bilmir, geri qayıdanda
tısbağanın da heybədən çıxdığını görür və bu işlərin
pərilər tərəfindən yerinə yetirildiyinə inanır.
Azərbaycan nağılında nağılçı nisbətən sadə süjet
xətti quraraq ahunun tora düşməsini, kəsəyənin torun
iplərini didməsini uşaqlar üçün danışır. Göründüyü kimi,
Azərbaycan variantında bu nağıl uşaq dünyagörüşünə
tam uyğunlaşdırılmışdır. Hind mətnində isə süjet
mürəkkəb olub müxtəlif dünyagörüşlərə uyğun gəlir.
Uşaq nağıllarında, xüsusən, kiçikyaşlı uşaqlar üçün
nəzərdə tutulmuş nağıllarda əsas xüsusiyyətlərdən biri də
körpələrin fərdi-psixoloji vəziyyətlərinin nəzərə
alınmasıdır. Körpə uşaqların psixoloji vəziyyətlərinə
“Kəsəyən, ahu və ovçu” nağılı tam uyğundur və
repertuara bu nağılın daxil edilməsi zamanı onlarda heç
bir gərginlik yaranmır.
Təmsil yolu ilə yaranan nağıllarda motiv və süjet
xətti təmsildə olduğu kimi saxlanılır və nağılçı
yaddaşında da möhkəm şəkildə qorunur. Təmsildən
qopan belə nağıllar repertuarda uşaq nağıllarının tələbinə
əsasən formalaşmalıdır. Bunu nağıl söyləyən uşaq
psixologiyasını nəzərə alaraq, süjeti sadələşdirməli,
qorxulu hissələri ixtisar etməlidir.
Repertuarda uşaq nağıllarının yer almasının ikinci
yolu sırf Azərbaycan mətnlərindən istifadə olunmaqla
müstəqil yolla əmələ gələn nağılların söyləyici
yaddaşında hifz olunmasıdır. Belə nağıllar Azərbaycan
nağıl təfəkkürünə aid mətnlərdir və Azərbaycan milli
əxlaqını əks etdirir. Ümumiyyətlə, uşaq nağıllarında
Dostları ilə paylaş: |