337
bütün surətlər alleqorik obrazlar olmaqla yanaşı, sırf milli
dəyərləri özündə yaşadır.
Belə uşaq nağıllarına “Cik-cik xanım”, “Sərçə”,
“Pıspısa xanım və siçan Soluq bəy”, “Dana, keçi və
qoyun”, “Cırtdan”, “Aslan, tülkü və canavar” və
başqalarını misal göstərmək olar. Bu nağıllar müstəqil
şəkildə yaranan, Asərbaycan ictimai düşüncəsinə xas
xüsusiyyətləri əks etdirə bilən milli mətnlərdir. Məsələn,
“Cik-cik xanım” nağılında sərçənin timsalında
təkəbbürlük, özündənrazılıq tənqid olunur. Bu nağılı
dinləyən balaca uşağa lovğa olmamaq təlqin edilir. Nağıl
adi nağıllar kimi başlayır. “Biri bardı, biri yoxdu,
Allahdan başqa heç kim yoxdu” (4, s.289). Nağılda
alleqoriyadan və mübaliğədən geniş istifadə olunmuşdur.
Cik-cik xanımın bir çörəyi, bir qoyunu aparması çox
mübaliğəli şəkildə təsvir olunur: “Cik-cik xanım
ayağında bir qoyun uçurdu” cümləsində hiperboladan
istifadə olunmuşdur (4, s.290). Bu nağıl bağçayaşlı
körpələrin dünya haqqındaki təsəvvürlərinə çox
uyğundur. Çünki onların təsəvvüründə sərçənin qoyunu
apara bilməsinə fərq qoyulmur. Belə uşaqlar üçün əsas
olan nağıldakı hadisələrin təsviridir, hadisələrə olan
inamıdır. Balaca uşaqlar Cik-cik xanımın camaat qazısı
ilə bir boşqabda yemək yeməsinə inanırlar. Nağılçı
nağılın bu yerini inandırma üsulundan istifadə edərək
söyləyir. “Cik-cik xanımla camaat qazısı bir boşqabda
yemək yeyirdilər, qazı yeyib boşqabı qurtardı. Cik-cik
xanım ac qaldı. “Qoyunumu yediniz, mən də əvəzində
gəlini götürüb aparacağam” dedi. Gəlin içəri keçəndə alıb
qaçdı” (4, s.291). Belə bir hadisəyə balaca uşaqların
inanması təbiidir. Çünki onların düşüncəsində hələ
fərqləndirmə xüsusiyyəti olmadığından balaca sərçənin
gəlini apara bilməsi real görünə bilər. Nağılda Cik-cik
xanımın oxuduğu nəğmə də balaca uşaqların əhval-
338
ruhiyyəsinə uyğundur:
Tikan verdim, çörək aldım.
Sazım dınqır, dınqır, dınqır.
Çörək verdim qoyun aldım,
Sazım dınqır, dınqır, dınqır.
Qoyun verdiı gəlin aldım,
Sazım dınqır, dınqır, dınqır.
Gəlin verdim saz aldım,
Sazım dınqır, dınqır, dınqır.
“Cik-cik xanım” nağılının uşaq təfəkkürünün
formalaşmasında böyük rolu vardır. Balaca uşaq nağıldan
başa düşür ki, sərçə balası bu alış-verişdə heş nə
qazanmır. Körpələr sərçə balasının təkəbbürlü olmasını
müşahidə edir, nağılın sonundakı cümlədən (“Bir fındıq
düşdü başına, ordaca öldü”) bu əziyyətlərin mənasızlığını
başa düşür.
“Dana, keçi və qoyun” nağılı isə məktəbyaşlı
uşaqların dünyagörüşünə uygundur. Bu nağılda da
heyvanlar şəxsləndirilir, insan kimi danışır. Nağılda əsas
xüsusiyyət məktəbyaşlı uşaqları dostluğa, birliyə
alışdırmaq, bir-birini qorumağa sövq etməkdir. Nağılda
dana, keçi və qoyun hiyləgərlik edərək özlərindən güclü
düşmənlərini qorxudurlar. Keçi söyüdün lap başına
dırmaşır. Qoyun da bir təhər çəxır, dana da bir budağa
çıxır. Bura bir canavar gəlir, onları görür. Dana qorxudan
uçunur, tappıltı ilə yerə düşür. Canavar onu yemək
istəyəndə keçi qışqırır: “Dana qardaş, canavarı bərk tut
gəldim”. Canavar qorxusundan qaçır (4, s.292). Nağıldan
uşaqlar heyvanların davranışını öyrənirlər. Ağıllı olmaq
təkcə insanlara xas xüsusiyyət deyil, heyvanların da
davranışında yaşamaq uğrunda mübarizə bioloji
xüsusiyyət kimi özünü göstərir.
Nağılın ardı uşaqlar üçün daha böyük maraq kəsb
339
edir. İnsan cəmiyyətində güclülərlə zəiflər arasında olan
mübarizə nağılda da vardır. “Qoyun, keçi ağacdan düşdü
gəldilər bir dəyirmana. Keçinin bir çomağı, bir çürçənəsi
vardı. Çomağı qapının dalına qoydular. Çürçənənin üstdə
oturdular. Söhbət eləyirdilər. Qapı açıldı. Bir aslan,
dalınca bir canavar, sonra bir tülkü gəldi. Aslan canavara
dedi bunları böl. Canavar dedi dana bizim səhər
ertəmizin, qoyun günortamızın, keçi də axşamımızın.
Onun başına aslan bir pəmpəcə vurdu, gözlərinin
ikisi də çıxdı. Dedi: tülkü baba, canavar qardaş bölə
bilmədi. Sən böl.
Tülkü dedi: Elə bunu allah bölüb, mən daha nə
bölüm. Qoyun səhər ertənə, keçi günortana, dana da
axşama. Aslan dedi: Ay sağ ol, sən bunu hardan
öyrənmisən? Tülkü dedi: Gözü çıxmış qardaşımdan.
Aslan dedi: Tülkü baba, bir çölə bax, adam yoxdu ki,
mən dananı yeyim. Tülkü çıxıb gördü ki, qapıda
əliçomaqlı bir adam durub. Qorxusundan götürüldü.
Gözlədi, gördü bular gəlmədi. Gördü qapının ağzında
əliçomaqlı bir adam durub. Bu da qaçdı. Keçi də
çomağını götürdü. Çoban qoyun otarırdı. Gördü dana,
qoyun, keçi gəlir. Sevinib bunları apardı, qatdı sürüsünə”
(4, s.292-293).
Uşaqların tərbiyəsində bu nağılın bir neçə ictimai
təsiri vardır. Əvvəla, nağıl uşaq təfəkkürünü
genişləndirir, ikincisi, onları heyvanlar aləmi ilə tanış
edir, üçüncüsü, səif heyvanların öz ağlı ilə özlərindən
güclü düşmənə necə qalib gəldiyini göstərir. Bu xüsusiy-
yətlər məktəbyaşlılar üçün olan bütün uşaq nağıllarında
vardır. Bu sıradan “Cırtdan” nağılı xüsusilə fərqlənir.
Nağılda Cırtdanın öz ağlı ilə özündən qat-qat güclü
düşmənə, divə qalib gəldiyi təsvir olunur (4, s.296-298).
Nağılda Cırtdan boyu balaca oğlan kimi verilir. Uşaqlar
üçün Cırtdanın mənşəyi maraqlı deyil, onun düşmənə
340
qarşı nə cür mübarizə aparması cəlbedicidir. Uşaq təfək-
küründə azman divlə balaca Cırtdanın mübarizəsi təzadlı
görünür. Nağılçı bunu dinləyicisinə başa salmaq üçün
Cırtdanın ağıl və vasitələrdən necə istifadə etdiyini
göstərir.
Azərbaycan uşaq nağılları içərisində hər yaşa
uyğun olan nağıllara rast gəlmək mümkündür. Təbii ki,
böyüklər üçün olan nağılları kiçik və ortayaşlı uşaqlara
söyləmək çətinlik törədər. Belə uşaqlar üçün kiçik
məzmuna malik, oynaq süjetli heyvanlar aləmindən bəhs
edən nağıllar daha çox maraq kəsb edər. Məsələn,
“Armudan bəy” nağılını danışarkən tülkünün
hiyləgərliyini daha yaxşı təsvir etmək üçün söyləyici
müxtəlif səs templərindən istifadə edə bilər. Nağılçı uşaq
nağıllarını sevdirmək üçün söyləyicilik məharətindən
istifadə edib. Uşaqlarda müxtəlif heyvanlar haqqında
geniş məlumat verə bilər. O, hər bir heyvanın
xüsusiyyətinə uyğun olaraq, onları uşaqlara tanıtmalıdır.
Məsələn, qurd acgöz, ayı axmaq, tülkü hiyləgərdir. Oha
görə də “Əlcək” nağılında onların daşıdığı adlar məhz bu
cür verilir: ayı axmaq, donuz toxmaq, qurd ulavuş, çaqqal
çavuş, ilan qamçı, tısbağa çanaq və s.
Uşaqların yaş səviyyəsi artdıqca repertuardakı
nağıllar da öz məzmunlarını mürəkkəbləşdirir. Orta
məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan
nağıllarda nisbətən mürəkkəblik yer almağa başlayır. Bu
da yetkin uşaqların nağıl dünyasına marağının artmasına
görədir. Onlar nisbətən mürəkkəb süjetləri qavraya bilir,
belə nağıl qəhrəmanlarını tez tanıya bilirlər. Məsələn,
“Cırtdan” nağılı öz süjetinə görə sadə uşaq nağıllarından
çox fərqlənir. Yetkin uşaqların təfəkküründə Cırtdan
nağıl qəhrəmanı kimi asan qavranıla bilir.
Qısaca onu demək istəyirik ki, uşaq nağıllarını
söyləyərkən janrın özünəməxsusluğunu, təsnif edərkən
Dostları ilə paylaş: |