1953-
cü illərdə Nyu-Yorkda keçirilən 7-ci sessiyasında
İsveç nümayəndəliyinin başçısı oldu (41). Hammarşeld
sosial-
demokratlardan ibarət nazirlər kabinetinin
tərkibinə daxil olmasına baxmayaraq, heç vaxt heç bir
siyasi partiyanın üzvü olmamış, özünü müstəqil
siyasətçi hesab etmişdir (41).
Hammarşeld 1954-cü il 20 dekabr tarixdə
ədəbiyyat üzrə Nobel mükafatı verən İsveç Akade-
miyasına üzv seçildi. Onun atası da əvvəllər həmin Aka-
demiyanın üzvü olmuşdu (41; 49).
Daq Hammarşeld Böyük Britaniyada Oksford
Universitetinin, ABŞ-da Harvard Universitetinin, Uels
Universitetinin, Priston Universitetinin, Kolumbiya
Universitetinin, Pensilvaniya Universitetinin, Amherst
Kollecinin, Cons Hopkins Universitetinin, Kaliforniya
Universitetinin, Ohay Universitetinin, Uppsal
Univer-
sitetinin, Kanadada Karlton Kollecinin və Makhil
Universitetinin fəxri dərəcələrinə layiq görülmüşdü.
1953-
cü il 7 aprel tarixdə Təhlükəsizlik Şurasının
tövsiyəsi ilə Baş Məclis tərəfindən BMT-nin
Baş katibi
təyin edilən D.Hammarşeld 1957-ci ilin sentyabr ayında
yenidən beş il müddətinə həmin vəzifəyə seçildi. Baş
katib olduğu illərdə Hammarşeld BMT-nin qarşısında
duran məqsədləri müvəffəqiyyətlə həyata keçirdi,
müharibənin qarşısını almaqda böyük işlər gördü, Yaxın
Şərqdə vəziyyəti yaxşılaşdırmaq üçün İsrail və ərəb
dövlətləri arasında danışıqlar barədə sazişi dəstəklədi
(41). 1953-1957-
ci illərdə sovet diplomatı İlya
Semyonoviç Çernışev onun köməkçisi və müavini oldu
(50).
18
D.Ha
mmarşeld Baş katib vəzifəsinə təyin
olunanda BMT-
nin üzvləri arasında bir-birinə inam son
dərəcə azalmışdı. ABŞ kommunistlərə simpatiyası olan
bir neçə öz nümayəndəsindən imtina etmişdi. Öz
n
övbəsində SSRİ əvvəlcə BMT-nin
Baş katibi olan
Truqve Linin na
mizədliyini dəstəkləsə də, sonralar
Koreya müharibəsi zamanı onu ABŞ-la əlbir olmaqda
günahlandırdı. Təşkilatın üzvləri belə nəticəyə gəldilər
ki, Katiblik daha müstəqil deyil. Bu
tendensiyaya son
qoymaq və iştirakçı dövlətlərdən asılılığı aradan
qaldırmaq üçün D.Hammarşeld Katiblikdə islahatlar
apardı. O, Baş Məclisdə öz müavinlərinin təsirini məh-
dud
laşdırdı. Federal təhqiqat bürosu BMT-də olan ABŞ
nümayəndələri üzərində nəzarət hüququnu itirdi. Sonra
B
aş katib beynəlxalq diplomatiyada BMT-nin möv-
qeyini möhkəmlətməyə başladı. Onun fikrincə, BMT-
nin Nizamnaməsi Baş katibə beynəlxalq münaqişəyə
gətirib çıxaran istənilən məsələni dövlət başçıları ilə
müzakirə etmək hüququ verir. BMT-nin
keçirdiyi
danışıqlarda D.Hammarşeld əsas rol oynadı, Təhlükə-
sizlik Şurası, Baş Məclis beynəlxalq münaqişələrin
qarşısını almaqda ona böyük səlahiyyətlər verdi (65).
D.Hammarşeld özünü siyasətçi hesab etmirdi. Ona görə
də T.Lidən fərqli olaraq, o, açıq siyasi təşəbbüslərlə
çıxış etmirdi. D.Hammarşeld hərəkət etmək üçün
həmişə Təhlükəsizlik Şurası və Baş Məclisin adından
səlahiyyət almağa çalışırdı. Nəticədə Hammarşeld
böyük dövlətlərin etibarını qazanmışdı.
Baş katib vəzifəsinə ikinci dəfə seçilən
D.
Hammarşeld BMT-nin funksiyalarını artırmaq üçün
19