370
şairlərə, himayədarlıq edirdi. 1301-ci ilin 27 avqustunda
Sivasda öldürülmüş, sonralar cənazəsi Marağaya gətirilib
orada dəfn olunmuşdur.
Sədrəddin Əbülhəsən Əli nücum elminin və fars şeirinin
bilicisi olmuşdur. “Əl-Əhkam əl-məbniyə alət-tancim”
(“Fala baxmaq üçün qəbul olunmuş qaydalar”) kitabı-
nın müəllifidir.
Başqalarından fərqli olaraq Əsiləddin Həsən hətta 1316-
cı ilə qədər rəsədxananın rəhbəri olmuşdur.
Əsiləddinin kürəkəni Mövlana Nizaməddin Əbdülməlik
(4 noyabr 1316-cı ildə vəfat edib) də Marağa rəsədxana-
sında çalışmış və oradakı əsas funksiyaları yerinə yetir-
mişdir. Məlum olmayan səbəblərə görə Əsiləddin Həsənin
iki oğlu Cəfər və Heydər 1307-1308-ci illərdə cavan
yaşlarında vəfat etmişdilər. Onun özü elə atası kimi hörmət
sahibi olduğundan “Elxanilər” dövlətinin hökmdarı Soltan
Məhəmməd 1308-ci il sentyabrın 16-da Marağaya gəlib
Xacə Əsiləddin Həsənin və Mövlana Nizaməddinin qonağı
olmuş və oradan xoş təəssüratlarla ayrılmışdır.
Bundan əlavə Tusinin nəslindən olan Məhyəddin Əbu
Abdulla Məhəmməd ibn Abdulla ət-Tusi 1306-cı ildə
Soltan Məhəmmədin Arranda yerləşən hərbi düşərgəsində
qulluq etmişdir. Bu o deməkdir ki, məşhur alimin nəsli
yalnız Marağada və ya Həmədanda qalmamış Azərbayca-
371
nın başqa şəhərlərində, o cümlədən Təbrizdə, Urmiyada,
Ərdəbildə və Naxçıvanda da məskunlaşaraq kök salmış-
dılar. Bir çox tədqiqatçıların fikrincə Tusinin nəsilindən
olan nümayəndələrinin böyük hissəsi Naxçıvanın Ordubad
bölgəsinə köçmüşdülər.
Fəxrəddin Əbülfəzl Məhəmməd ibn Adeyləm ibn
Məhəmməd əl-Naxçıvani ət-Tusi. Bu şəxs Nəsirəddin
Tusinin vəfatından beş il sonra vəfat etmişdir – 1279-cu il
noyabr ayı.
Möhyəddin əbu Abdulla Məhəmməd ibn Abdulla ət-
Tusi. O, 1305-ci ildə, Arranda Nəsirəddin Tusinin ən yaxın
dostlarından biri ibn əl-Füvati (25 VI 1244-1326) ilə
görüşmüşdür. İbn əl-Füvati Nəsirəddin Tusinin tapşırığı ilə
“Zic Elxani” əsərinin üzünü köçürmüşdür.
Kəmaləddin Abdulla ibn Əhməd, ibn Əhməd ət-Tusi əl-
Naxçıvani. İbn əl-Füvati onunla da görüşmüşdü. S. Onul-
lahi bildirir ki, çox güman onların hər üçün Tusinin qohum-
ları olmuşdular. Maraqlı odur ki, adları çəkilən şəxslər tez
bir zamanda Naxçıvanda məskunlaşaraq, orada müəyyən
işləri həyata keçirmişdilər.
Tusinin nəslinin nümayəndəsi Qazi İmadəddin Tusi
Ordubadi 1329-cu ildə anadan olmuş və Ordubadda
yaşamışdır. Onun Şah Mahmud və Xacə əl-Nəsir adlı iki
qardaşı vardı. Şeyx Səfiəddin oğlu Xacə Sədrəddin (1334-
372
1392) 1379-cu ildə iki ay Ordubadda Qazi İmadəddin
Əhməd Tusinin evində qonaq qalmışdır. Xacə Sədrəddin,
Qazi İmadəddin Tusi haqqında 1379-cu il iyunun 28-də
Soltan Əhməd Cəlairiyə yazdığı rəsmi məktubda Qazi
İmadəddin Əhməd Tusi Ordubadini “ehtiramlı” olduğunu
bildirmişdir. Soltan Əhməd Cəlairili isə Əlincə qalasını
bərpa etdirilib əvvəlki vəziyyətə salınmasını Qazi İmadəd-
dinə tapşırılmışdı. O, da az bir müddətə Əlincə qalanı bərpa
etdirib əvvəlki vəziyyətinə gətirib çıxarır. Özü isə Əlincə
qala da daxil olmaqla Naxçıvan hakimi təyin edilir.
XVI əsr tarixçisi Həsənbəy Rumlu yazır ki, “Qazi
İmadəddin Naxçıvan əhlindən idi və Naxçıvanın yarısı
onun ixtiyarında olmuşdu. O, az zamanda çoxlu var-dövlət
topladı. Qazı Əhməd Naxçıvan, Ordubad, Əlincə qalası və
onun ətrafında olan əraziyə özü müsəqil surətdə hökmran
olmaq istəyirdi”.
Tusinin nəslindən olan Məlik Bəhrami (onun beş oğlu
vardı – Mirəkbəy, Hacı Əhmədbəy, Hatəmbəy, Əbu Talı-
bey və Əbu Turab bəy) Səfəvilər dövlətinin dövründə,
Hətəm bəy Ordubadi isə I şah Abbasın dövründə mühüm
dövlət vəzifələrində çalışmışdılar.
Ordubad şəhərində Nəsirəddin Tusinin nəslinin yaşa-
ması və I şah Abbasın bu məqsədlə Ordubad mahalını hər
cür vergidən azad etməsi haqqında əmr daş kitabədə həkk
373
olunmuşdur. Həmin kitabə Ordubad şəhərində XVII əsrdə
tikilmiş böyük cümə məscidinin qapısı üstündə yerləşdiril-
mişdir.
Dahi alimin, XX əsrdə Naxçıvanda və Ordubadda
yaşamış nəslindən üç oğul və üç qız atası olan Mirzə Mehdi
xan Ordubadinin varisləri Azərbaycanın bir neçə bölgəsinə
səpələnmişdilər. Mirzə Mehdi xan həmişə öz uşaqlarına
deyərmiş ki, siz Tusi nəslindənsiniz və onun adına layiq
olmağa çalışmalısınız...
Mehdi xan Ordubadinin oğlu Təvəkkül Ordubadinin üç
bacısı olmuşdur. Bakıda yaşamış şair İslam Səfərlinin anası
Hökümə xanım, Gəncədə yaşamış Dilbər xanım və Naxçı-
vanda yaşamış sovet İttifaqı Qəhrəmanı Abbas Quliyevin
anası Nazlıbəyim.
Adları sadalanan şəxslərin nümayəndələri hazırki dövr-
də Respublikamızın bir neçə bölgəsində yaşayır və ulu
babaları kimi şərəfli həyat keçirirlər. Onların arasında
alimlər, müəllimlər, həkimlər, hərbçilər və mühəndislər də
az deyil.
Dostları ilə paylaş: |