366
Misirə daxil olmuşdular. Mənə elə gəlir ki, onların əlində
münasib xəritələr olduğundan ekspedisiya uğurla başa
çatmışdır. Deməli, Piri Rəisdə olan xəritənin oxşar surəti,
finikiyalılarda olmuş və onlar həmin materialın köməyi ilə
hər hansı bir səyahətin öhdəsindən müvəffəqiyyətlə
gəlirdilər. Unutmaq lazım deyil ki, finikiyalılar Atlantik
okeanında yerləşən Madeyra, Azor və Kanar adalarına
sərbəst şəkildə gedib-gələ bilirdilər.
Ç. Hepqud müəyyən etmişdir ki, həmin xəritə bir neçə
qədim konturların sayəsində dünya xəritəsi kimi tərtib
olunmuşdur. Yəni, Yer kürəsinin mövcud olan qitələri ayrı-
ayrı hissələrdə göstərilirdi, sonradan həmin hissələr
cəmləşdirilərək, vahid şəkildə böyük bir perqament
üzərində çəkilmişdir. Bu cür zərgər dəqiqliyi tələb olunan
işin öhdəsindən yalnız Tusi kimi peşəkar alim gələ bilərdi.
Qitələrin yerləşməsi, onların müəyyən hissələrdə düzgün
göstərilməsi, koordinatların dəqiqliklə bölünməsi və kəsiş-
məsi bəzi xətaları nəzərə almasaq, çox yüksək səviyydə
işlənmişdir. Ona görə ki, bu işdə sferik triqonometriyadan
lazımi bir vəsait kimi istifadə olunmuşdur. Sferik triqono-
metriyanın əsl bilicisi isə məhz Marağa rəsədxanasının
banisi idi.
367
İnsanı inkişaf etdirən və tərbiyələndirən onun
yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd
olaraq, yaşadığı cəmiyyətin övladıdır.
Gi de Mopassan
Nəsirəddin Tusi və onun nəsili
Hələ sağlığında ikən dünya boyda şöhrət qazanan
Nəsirəddin Tusi əhali arasında qayğıkeş ata, nümunəvi
vətəndaş, nəcib insan, müdrik alim, aqil filosof, kamil
müəllim, ürəkyandıran müdir, unikal ixtiraçı, mehriban
xeyriyyəçi, peşəkar siyasətçi, bacarıqlı diplomat, səmimi
məsləhətçi, çevik təşkilatçı, fenomenal hafizə, ədəb-ərkan,
əxlaq sahibi- kimi tanınırdı. Əbəs yerə deyil ki, müasirləri
onu, Azərbaycanın görkəmli şəxsiyyətini “Ustadi-bəşər”
adlandırırdılar. Öz həmvətənləri qarşısında vətənpərvər,
millətlər arasında sülhpərvər, alimlərin məclisində beynin-
də ensiklopediya xəzinəsini gəzdirən, xan sarayında xalqın
mənafeyini öz şəxsi mənafeyindən üstün tutan bənzərsiz bir
şəxs kimi hörmət qazanmışdı.
Bütün bu ölçüyəgəlməz insani keyfiyyətləri, öz cismin-
də cəmləşdirə bilən Tusinin damalarında əsl kübar qanının
axdığına şübhə etməmək olar. O, kimliyindən asılı olmaya-
raq insan şəxsiyyətinə, mənliyinə daima hörmətlə yanaş-
368
mağı tələb etmiş, insanın əqli inkişafına, dərrakəsinə xüsusi
əhəmiyyət vermiş elmə, biliyə qarşı həvəsi müntəzəm
təbliğ etmişdir.
Əsrlər boyu fəxr etdiyimiz Azərbaycan xalqının şanlı
oğlu, elm xəzinəsinin əvəzsiz dühası sayılan Nəsirəddin
Tusinin həyatını və elmi fəaliyyətini öyrənərkən, yadıma
həmişə professor İ. M. Zeynalovun sözləri düşür: “Orta
əsrlər Şərq ədəbi-bədii və elmi-nəzəri fikrinin böyük
mütəfəkkiri sayılan Nəsirəddin Tusi öz elmi, ağlı, zəkası ilə
tarixən yunan və dünya alimlərini heyrətdə qomuş,
Azərbaycan torpaqlarının şöhrətini, gücünü, qüdrətini bütün
dünyada nümayiş etdirmək sahəsində misilsiz xidmətləri
olan həmvətənimizdir”.
Qətiyyətlə bildirmək lazımdır ki, Nəsirəddin Tusi
Azərbaycan mədəniyyəti tarixində özünəməxsus qüdrətli və
şərəfli yer tutmuşdur. O, elm xəzinəsinin ən qiymətli ləl-
cəvahiratı sayılır. Hər bir millət, Nəsirəddin Tusi kimi dahi
şəxsiyyətin onların millətinin nümayəndəsi olmasını
ürəkdən arzulayırdı. Lakin nə etmək olar, Tusi kimi daima
nur saçan parlaq ulduzun Azərbaycan səmasında nur
saçması bizim xalqa nəsib olub və biz əsrləri yola sala-sala
belə bir möhtərəm şəxsiyyətlə əbədi olaraq fəxr edəcəyik.
Məşhur alim vəfat edəndən sonra da onun övladları və
nəslinin başqa nümayəndələri istər Marağada, istərsə də
369
başqa şəhərlərdə yaşayanda onlara həmişə hörmət və
ehtiram bəsləirdilər. Çünki həmin nəsildən çoxsaylı alimlər
çıxmışdı. Tusinin varislərinin varlığı Azərbaycanın tanın-
mış alimləri H. Məmmədbəyli, Z. Bunyadov, F. Maqsudov
və S. Onullahı ərəfindən kifayət qədər tədqiq edilmiş və
onların siyahısını yaratmışdılar.
Məlum olduğu kimi Nəsirəddin Tusinin bir qızı və üç
oğlu – Əsiləddin əl-Həsən, Fəxrəddin Əbülqasim Əhməd
əl-Maraqi və Sədrəddin Əbülhəsən Əli – olmuşdur. Hər üç
oğlu ataları kimi Marağa rəsədxanasında yaşayıb fəaliyyət
gösərmişdilər.
Əsiləddin əl-Həsən astronom idi. Əvvəl Sultan Qazan
xanın (1295-1304), sonra isə Sultan Ulcaytunun (1304-
1316) məsləhətçisi və münəccimi olmuşdur. Eyni zamanda
İlxanilər dövlətinin vəqflərinin nəzarətçisi vəzifəsində
çalışmışdır.
Fəxrəddin Əbülqasim Əhməd astronom və həkim
olmuş, vəqflərin mütəvəlli vəzifəsində çalışmışdır. İbn əl-
Füvati yazırdı ki, o, böyük şöhrət sahibi idi. Siması gözəl,
əliaçıq, müşahidəçi, xoşxasiyyət və natiqlik məharətli adam
idi. Fəxrəddineyni zamanda riyaziyyat elmləri ilə də
məşğul olurdu. 1282-ci ildə İraqda İlxan Arqunun xidmə-
tində olmuşdur. 1284- cü ilin oktyabrında Bağdada gəlmiş
və aclıq çəkən əhalisinə köməklik etmişdi. O, burada
Dostları ilə paylaş: |