358
ərəblər tərəfindən işğal edilmiş şəhərlərdən, o cümlədən
İsgəndəriyyədən gətirilmişdi. Elə həmin dövrdə Tusi öz
biliyini artırmaq üçün elm dünyasının qiymətli əsərlərilə
tanış olur. Marağa rəsədxanasının bünövrəsi qoyulan ilə
qədər (1259) alim, çox güman ki, Bağdad şəhərində,
gələcəkdə “admiral Piri Rəisin xəritəsi” kimi tanınacaq
həmin xəritənin müəyyən hissələri ilə üzləşir və tarixi
materialın tədqiqinə başlayır. XIII əsrin ortalarına qədər
Yer kürəsinin demək olar ki, Avropa, Asiya və Afrika
hissəsi (əlbəttə, qismən) tədqiq edilərək, dünya ictimaiyyəti
qarşısında ümumi anlayış yaradılır.
Xəritəyə dair Çarlz Hepqudun sensassion nəticəsi
belədir: “xəritədə Antarktidaya yaxın olan məşhur adalar-
dan keçən ənənəvi koordinatlar torunun tərkibində yerləş-
dirilən enliklər təəccüblü detallarla göstərilir. Çox güman
ki, bütün bunlar müsir sferik triqonometriyadan istifadə
olunmuş, daha ilkin xəritədən əldə edilmişdir. İş ondadır ki,
xəritənin tərtibatçıları Yerin sferik olmasından agah idilər,
həm də 50 mil xətası ilə Yerin çevrə uzunluğunun həqiqi
ölçüsü ilə elmi tanışlıqları vardır”.
Fikrimcə, bu işdə Tusi mühüm rol oynayıbdır. Ona görə
ki, təxminən 6000 il bundan əvvəl tərtib edilən xəritələr-
dəki koordinatlar müasir koordinatlarla heç cürə uyğun gələ
bilməzdi. Məlumdur ki, Tusi və onun komandası sferik
359
triqonometriyadan peşəkarcasına istifadə edə bilirdi-lər.
Çox güman ki, xəritə azərbaycanlı alimin əlinə, koordi-nat
toru çəkilməmiş şəkildə düşmüşdü. Sferik triqono-
metriyanın bilicisi kimi Tusi koordinat xətlərini çəkərək,
xəritənin üzərindəki coğrafi enlikləri və uzunluqları çox
dəqiqliklə yerləşdirməyə müvəffəq olmuşdu. Məhz bunun
sayəsində hər bir peşəkar dənizçi xəritəni diqqətlə nəzər-
dən keçirəndən sonra, okeanda yerləşən bir obyektdən digər
obyektə qədər olan məsafənin ölçüsünü təxmini olsa da,
əldə edə bilərdi. Elə buna görə də Kolumb birinci
səyahətinə yola düşəndə nə qədər yol qət edəcəyini və neçə
gün gedəcəyini əvvəlcədən bilirmiş. Bunu bir neçə müasir
alimlər də təsdiq edirlər.
Xəritə Kolumbun əlinə keçənə qədər dünyada astrono-
miya, riyaziyyat və coğrafiya üzrə Tusi kimi peşəkar alim
və tabeliyində güclü alim heyəti yox idi ki, sferik
triqonometriyanın köməyindən istifadə edərək, koordinat
xətlərini dəqiq şəkildə xəritənin üzərində yerləşdirə bilsin.
Məlum olduğu kimi Piri Rəisdə olan xəritədə Yer
kürəsinin yalnız qərb hissəsi göstərilibdir. Onu da
bildirməliyəm ki, Tusi İspaniyadan tutmuş, Çinə qədər öz
dövründə məşhur olan 256 şəhərin coğrafi koordinatlarını
demək olar ki, çox dəqiqliklə göstərmişdi. Mənim fikrimcə,
koordinatları qoyanda həmin xəritə Antarktida göstərilmə-
360
Xristofor Kolumb ikinci səyahətinə hazırlaşır
361
dən artıq Azərbaycan aliminin masasının üstündə idi və o,
elə bir çox şəhərlərin özlərini də koordinatlarına uyğun
olaraq, hazırda olduqları yerdə yerləşdirir. Artıq bu
ifadələrimlə göstərmək istəyirəm ki, Piri Rəisin adı ilə bağlı
olan həmin xəritədə Asiya, Afrika, Amerika, həm də bəlkə
Avstraliya qitələrinin konturları çəkilmişdir. Sual verilə
bilər ki, əgər bu belədirsə, onda bəs həmin xəritədə
göstərilən Yer kürəsinin Şərq hissəsinin aqibəti necə olub?
Piri Rəisi hərbi dəniz sərkərdəsi kimi fəaliyyət göstərdiyi
məkanda yalnız strateji əhəmiyyətli obyektlər və coğrafi
mövqelər maraqlandırırdı. Ola bilsin ki, vaxtı ilə Kolumbda
olmuş həmin xəritə türk admiralının əlinə keçəndə o, tarixi
materialı diqqətlə nəzərdən keçirir və Osmanlı Türkiyə
üçün xüsusi əhəmiyyət kəsb edən “Ədviyyat adalarına”
gedən yolu məxfi saxlamaqdan ötrü, xəritənin Şərq
dünyasına aid olan hissəni, demək olar ki, Qrinviç
meridianı xətti ilə düz kəsir və həmin hissəni, İstanbulda
dövlət əhəmiyyətli bir binada, məxfi sənəd kimi arxivə
təhvil verir. Buna səbəb nə idi? Tarixdən məlum olduğu
kimi artıq XVI əsrin ilk illərinə kimi Osmanlı Türkiyəsi
Yaxın Şərqin əksər bölgələrini işğal edərək, Avropadan
Asiyaya gedən həm “İpək yolu”nu, həm də “Ədviyyat
adalarına” gedən yolu tam nəzarət altına almış və nəticədə
Avropa bazarlarında ən baha qiymətə satılan ipək
Dostları ilə paylaş: |