Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə33/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   29   30   31   32   33   34   35   36   ...   138

                                                     

 

  



                                                                            

                                                    

129 

Əlli nəfərlik süvari şimala doğru elə şığıyırdı ki, onların 



qarşısında hec üç yüz nəfərlik düşmən tab gətirə bilməzdi. 

Sanki  konkistadorlar  at  sürməkdə  bir-birilərilə  yarışırdılar. 

Qanuni  isə  qabaqda  nizə  ilə  silahlanmış  süvarilər  getməli 

idi.  Onların  sayı  cəmi  otuz  nəfər  idi  və  onlar  bu  hücumda 

pərən-pərən düşmüşdülər. Süvarilərdən on nəfəri ox atanlar 

idi. 


Yarım  saatdan  sonra  onların  hamısı  kapitan  Alonsonun 

əlinin  işarəsi  ilə  balaca  yüksəkliyin  üstündə  dayandılar. 

Artıq  istehkam  qurulan  kənd  arxada  qalmışdı.  Geriyə 

çəkilən hindular isə süvarilərdən təxminən 1500 metr aralı 

idi və onlar konkistadorları görən kimi təəccüb içində ayaq 

saxladılar.  Belə  çıxırdı  ki,  onlar  süvarilərin  burada  peyda 

olmasını hec gözləmirdilər. Araukanların bu qüvvəsi demək 

olar  ki,  çıxılmaz  bir  vəziyyətdə  qalmışdılar;  polkovnik 

Alonsonun qüvvəsi arxadan, kapitan Alonsonun isə qüvvəsi 

qarşıdan hücuma keçirdi. Onlar nə sağa, nə də ki, sola qaça 

bilirdilər. Gizlənib müdafiə olunmağa münasib yer yox idi. 

Hara  getsəydilər  süvarilər  onları  təqib  edib  məhv

 

edəcək-


dilər. Hökmən araukanların rəhbərləri bir tədbir görməliydi. 

Yoxsa, onlar dəhşətli faciənin şahidi olacaqdılar. 

Elə  bu  dəmdə  “qanlı  vadinin”  şimali-şərqində  yerləşən 

kənddən  araukanların  qüvvəsi  çıxmağa  başladı.  Onlar  hələ 

də  yaxınlıqda  olan  polkovnik  Alonsonun  başçılıq  etdiyi 



                                                     

 

  



                                                                            

                                                    

130 

dəstənin üzərinə hücuma keçirdilər. Bununla da araukanlar 



polkovnik  Alonsonun  qüvvəsini  öz  üzərilərinə  cəlb  etmək 

istəyirdilər. Bu azmış kimi istehkam olan kənddən araukan-

ların  yüz  əlli  nəfərlik  qüvvəsi  çıxaraq  süvarilərin  üzərinə 

hücuma keçdilər. Araukanlar mühasirəyə düşmüş silahdaş-

larına  kömək  etmək  üçün  bütün  vasitələrə  əl  atmışdılar. 

Düşmən  demək  olar  ki,  bütün  qüvvəsini  bu  döyüşə  cəlb 

etmişdi. 

Polkovnik  Alonso  arxadan  endiriləcək  zərbədən  çəkinə-

rək  öz  əsgərlərini  üzü  kəndə  tərəf  sıraya  düzərək  abori-

genlərin  yaxınlaşmasını  gözləməyə  başladı.  Həm  kənddən 

çıxan, həm

 

də ortalıqda olan hindular polkovnik Alonsonun 



dəstəsinin  üzərinə  hücuma  keçdilər.  Konkistadorların 

piyada  qüvvəsi  hər  iki  tərəfdən  hücuma  keçən  düşmənin 

qüvvəsini  darmadağın  etmək  iqqidarında  idi.  Çünki  həmin 

hücumda  düşmənin  üç  yüz-üç  yüz  əlli  döyüşçüsü  iştirak 

edirdi. İstehkamdən çıxan yüz əlli nəfərlik hindu dəstəsi öz 

hücumlarını süvari dəstəsinin üzərinə davam etdirirdi. 

Vəziyyəti  belə  görən  kapitan  Alonso  yenə  də  öz 

hücumunu  dayandırmalı  oldu.  İndi  o  seçim  qarşısında 

qalmışdı.  Hücumunu  davam  etdirsin,  yoxsa  geriyə  dönüb 

arxadan  gələn  düşmənin  üzərinə  şığısın.  Onun  qərarından 

çox şey asılı idi. O, elə etməli idi ki, bu döyüşdə düşmənin 

daha  çox  qüvvəsi  məhv  edilsin.  Necə  olsa  da,  düşmənin 




                                                     

 

  



                                                                            

                                                    

131 

yarım  minlik  əsgəri bu döyüşdə  fəaliyyət göstərirdi. Lakin 



o da məlum idi ki, araukanların hamısı vahid komandanlıq 

altında fəaliyyət göstərir. 

Kapitan  Alonsonun  gözləmə  mövqeyindən  vəcdə  gələn 

leytenant  Andre  atını  düz  komandirinin  yanına  sürüb 

səbirsizliklə  ondan  gözləmənin  səbəbini  soruşdu.  Yaxın-

lıqda  olan  Migel  o  dəqiqə  başa  düşdü  ki,  kapitan  bütün 

süvarilər  üçün  gözlənilməz  olan  sərəncam  vermək  istəyir. 

Lakin  o,  nədənsə  tərəddüd  edirdi.  Araukanlar  isə  tam 

fəaliyyətdə idilər. 

- Sinyor, bu hücum barəsində  mən sizin fikrinizi bilmə-

liyəm.  -  deyə  Alonso  üzünü  Andreə  tərəf  tutaraq  qeyri-

müəyyən  tərzdə  dilləndi.  -  İşdir,  biz  qarşıdakı  döyuşdən 

boyun  qaçırsaq  polkovnik  Alonso  araukanları  darmadağın 

edə bilər, ya yox? 

-  Başa  düşmürəm,  siz  döyüşdən  boyun  qaçırmaq 

istəyirsiniz? - deyə Andre hüznlə dilləndi. - Elədir? 

-  Mən  məgər,  dedim  ki,  döyüşdən  boyun  qaçırmaq 

istəyirəm?  -  deyə  kapitan  həmsöhbətinin  qəzəbinə  heç  bir 

əhəmiyyət  vermədən  soyuqqanlıqla  dilləndi.  -  Mən  sizdən 

soruşuram  ki,  polkovnik  Alonso  əhatəsində  olan  araukan-

ları  darmadağın  edə  bilər,  ya  yox?  Mən  sizin  fikrinizi 

bilmək istəyirəm? 




                                                     

 

  



                                                                            

                                                    

132 

-  Düşmənin  ümumi  qüvvəsini  nəzərə  alsaq,  silahdaş-



larımız onları məhv etməyə qadirdilər. - deyə Andre bir az 

tərəddüd edəndən sonra ciddi halda cavab verdi. 

-  Silahdaşlarımızın 

müvəffəqiyyət  qazanmaqlarına 

məndə də şübhə yoxdur. - deyə Alonso qətiyyətlə dilləndi. - 

Deməli,  bizim  onlara  kömək  etməyimizə  heç  bir  ehtiyac 

yoxdur. 

-  Siz  nə  etmək  istəyirsiniz?  -  deyə  Andre  səbirsizliklə 

soruşdu. 

-  Biz  arxadan  gələn  düşmənin  üzərinə  hücum  etsək  pis 

olmazdı.  -  deyə  Alonso  arxayınlıqla  dilləndi.  -  Biz 

düşmənin həmin  qüvvəsini darmadağın etmək  üçün böyük 

səy göstərməliyik. Həmin əməliyyatdan sonra isə polkovnik 

Alonsonun köməyinə yollanarıq. 

-  Həmin  dəstəni  məhv

 

etmək  bizim  ücun  vacibdir?  - 



Andre könülsüz halda soruşdu. 

Kapitan  bezikmiş  halda  başını  tərpədərək  təşəxxüslə 

Andreə dedi: 

-  Müharibəni  tezliklə  başa  çatdırmaq  üçün  biz 

bacardığımız  qədər  düşmənin  xeyli  canlı  qüvvəsini  məhv

 

etməliyik.  Bu  işin  öhdəsindən  nə  qədər  tez  gəlsək,  bir  o 



qədər  bizim  üçün  yaxşıdır.  İndi  belə  bir  imkan  yaranıb. 

Araukanların  yarım  minlik  qüvvəsi  hərbi  əməliyyatda 

iştirak edir. Biz elə etməliyik ki, elə birinci döyüşdə onların 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə