113
- Hazırda biz dilemma qarşısında qalmışıq. - deyə Alon-
so qeyri-müəyyən tərzdə dilləndi. - Aşağı düşüb kəndin
birində mövqe tutaq, yoxsa əsas qüvvəmiz vadiyə daxil
olana qədər burada qalaq. Söz yox ki, burda qalmağımız
həddindən artıq təhlükəlidir. Düşmən qaranlıq mühitdən
istifadə edərək bizə həmlə endirəcək.
- Siz buna əminsiniz? - deyə Andre muəmmalı tərzdə
soruşdu. - Mənə elə gəlir, onlar qaranlıq şəraitdə döyüş-
məkdən boyun qaçırarlar. Burda qalmaq məqsədəuyğundur.
- Heç vaxt demək olmaz ki, araukanlar gecə vaxtı
döyüşdən boyun qaçırırlar. - deyə kapitan öz etirazını
bildirdi. - Gecə vaxtı biz tonqal qalamasaq, onda siz deyən
fikirlə mən razıyam. Lakin yaralılar olduğu halda biz
meşədə tonqal qalamalıyıq. Bununla da yeni hücum etmək
üçün düşmənə şərait yaratmalı olacayıq.
Kapitan Alonso bu fikri söyləməkdə haqlı idi. Tonqal
qalananda ispanların bütün mövqeləri aydın şəkildə
görunəcək. Araukanlar isə qaranlıq muhitdə ağacların arxa-
sında gizlənərək, işıq altında olan konkistadorları çox
asanlıqla ox ilə vurmağa başlayacaqlar. Lakin buna qarşı
adekvat addımlar atmaq mümkün idi. Bu məsələ ilə bağlı
Migel öz fikrini bildirməyi qərara aldı. O, dedi:
- Burda qalıb gecələmək mumkundur. Bunun üçün
yalnız bir yerdə tonqal qalamaq lazımdır. Tonqaldan 50
114
metr aralı, radius şəklində iyirmi beş nəfərdən ibarət keşik-
çilər qoymaq lazımdır. Qaranlıqda düşərgəyə yaxınlaşmağa
cəhd edən araukanlar bizim keşikçiləri görməyəcəklər.
Keşikçilər isə hansı tərəfdən səs gələcəksə, dərhal həmin
səmti atəşə tutsunlar. Ondan sonra heç kim düşərgəyə
yaxınlaşmağa cəhd etməyəcək.
- Bu çox təqdirəlayiq bir təklifdir. - deyə Alonso
təəccüblü halda başını tərpədərək hərarətlə dilləndi. - Elə
mulahizələr yürüdürsünüz ki, sanki siz uzun müddət bu
ölkədə yerli hindulara qarşı müharibədə iştirak etmisiniz.
- Bütün bu usulları mənə babam Rodriges öyrədib. -
deyə Migel canfəşanlıqla dilləndi. - Bildiyiniz kimi mənim
babam 40-45 il bundan əvvəl araukanlara qarşı dəfələrlə
hərbi əməliyyatlarda iştirak edibdir.
- Sinyor Rodrigesin məsləhətləri bizim hamımız uçun
gərəklidir. - deyə Alonso etiraf etməli oldu. - Doxsan yaşlı
bir adamın belə bir təhlükəli müharibədə iştirak etməsi,
onun vətənpərvər və krala sədaqətli olmasından xəbər verir.
Şəxsən mən elə bir zadəganla fəxr edirəm.
- İltifatınıza görə çox sağ olun! - deyə Migel utancaq
halda dilləndi.
- Bu əməliyyata yollanmamışdan əvvəl mən Xuan
Floreslə də xeyli məsləhətləşmələr aparmışam. - deyə
Alonso baxışlarını vadiyə tərəf yönəldərək aludəliklə
115
dilləndi. - Bildiyiniz kimi o, Araukaniyada dəfələrlə olub.
Onun dediyinə görə köhnə konkistadorlar buranı “qanlı
vadi” adlandırırlar. Bizim silahdaşlarımızın təşkil etdikləri
ekspedisiyaların əksəriyyəti məhz bu vadidə darmadağın
edilibdir. Bu faktı sinyor Rodriges də təsdiqləyib. Araukan-
lar həmişə bütün qüvvələrini və güclərini bu vadiyə
yönəldirlər. İndi də belə başa duşmək olar ki, aborigenlər
əsas quvvələrini məhz “qanlı vadidə” və onun ətrafında
cəmləşdiriblər.
- Mənə elə gəlir, araukanlar bu müharibədə xeyli
zəifləyiblər. - deyə Migel kapitanla razılaşmadı. - Onlar son
döyüşlərdə, xüsusən də Anqud körfəzindəki döyüşdə xeyli
canlı qüvvə itiriblər. Deyəsən, araukanların əvvəlki qüvvəsi
xeyli sarsıdılıb. Vadinin özündə də onların qüvvəsi heç də
çox deyil.
- Uşaqlardan aldığım məlumata görə “qanlı vadi“də
araukan döyüşçülərinin sayı 600-dən 700 nəfərə qədərdir. -
deyə kapitan bir az tərəddüd edəndən sonra ehtiramla
dilləndi. - Lakin unutmaq lazım deyil ki, yaxınlıqdakı
dağlarda da onların döyüşçüləri var. Onların sayı isə bizə
bəlli deyil.
- Onların sayı, ancaq 1100-1200 nəfər olar. - deyə Migel
çəkinmədən tam məsuliyyətlə dilləndi. - Bu qədər qüvvə isə
heç vaxt bizim üzərimizdə müvəffəqiyyət qazana bilməyə-
116
cək. Bu dəfə “qanlı vadi” onlar üçün sonuncu məkan ola-
caq.
- Buna şübhə yoxdur. - deyə leytenant Andre gülümsə-
yərək giley-güzarla dilləndi. - Araukanların hamısı bu
müharibədə darmadağın ediləcək.
- Polkovnik Alonso tövsiyə edib ki, bu müharibədə cüzi
də olsun, səhvə yol vermək lazım deyil. - deyə kapitan
alicənablıqla dilləndi. - Hər bir səhv bizim üçün məğlubiy-
yətlə nəticələnəcək. Məhz buna görə də gecələmək haqqın-
da biz düzgün qərar qəbul etməliyik. “Qanlı vadidə”
gecələmək münasibdir, yoxsa burda? Biz elə etməliyik ki,
polkovnik Alonso “qanlı vadiyə” gələnə kimi, bir nəfər də
olsun, dəstədən adam itirməyək.
- Əgər elədirsə, elə burda qalmağımız məqsədəuyğun-
dur. - deyə Andre Migelin təklifinin üstündə durdu. -
Allahın köməkliyi ilə bu gecə bizim üçün sakit keçər.
- Hamıya xəbər verilsin ki, bu gecəni biz burada
qalacağıq. - deyə kapitan öz sərəncamını bildirdi.
Kapitan Xuanın vəziyyəti get-gedə pisləşdiyindən Lope
ilə Xulio onun yarasından irini çıxartmağa qərara aldılar.
Onlar yanan tonqalda öz lansetlərini qızdırmağa başladılar.
Migel komandirin qollarından, Andre isə ayaqlarından
möhkəmcə yapışdılar. Ağrıya dözmək üçün ona çoxlu şərab
verdilər. Xuan dostlarına izah etdi ki, onun qollarından və
Dostları ilə paylaş: |