Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə26/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

                                                     

 

  



                                                                            

                                                    

101 

Migeli  çıxılmaz  vəziyyətdə  qoyurdu.  Hiss  olunurdu  ki, 



kapitanın aldığı yara ağır idi. Çünki o, sağ əlindən istifadə 

edə bilmirdi. Sol əli ilə isə yalnız düşmənin hücumlarını dəf 

etməyə macal tapırdı. 

Migel çox yaxşı başa düşürdü ki, o, belə bir vəziyyətdə 

çox müdafiə oluna bilməz, Xuan isə müqavimət göstərməz. 

Onlara hökmən əlavə qüvvə lazım idi. Migel arxaya dönüb 

gördü  ki,  arbalyotçular  Lope  ilə  Xulio  öz  silahları  ilə 

kapitana  yaxınlaşan  hinduları  lokallaşdırmağa  çalışırlar. 

Lakin  bu  kifayət  deyildi,  nicat  yolu  yalnız  döyüş  yerinə 

yaxınlaşıb,  orada  kapitana  bilavasitə  kömək  etməkdən 

ibarət idi. 

Bu  döyüşdə  yaralanan  konkistadorlar  yalnız  çaya  daxil 

olmaqla  özlərinə  təhlükəsiz  yer  tapırdılar.  Çay  sürətlə 

axdığından onlar çayın kənarında dayanmaqla kifayətlənir-

dilər.  Araukanlar  qorxularından  onlara  yaxınlaşa  bilmirdi-

lər.  Çünki  çayın  ağzında  dayanan  atıcılar  dərhal  onları 

məhv edərdilər. 

Elə  bu  vaxt  bütün  üstünlük  araukanlarda  ola-ola  böyük 

dönüş  yarandı.  Onlar  biri-birilərinə  nəsə  xəbər  verməklə, 

yamac  istiqamətində  döyüş  meydanını  tərk  etməyə 

başladılar.  Görünür,  onlar  böyük  təhlükənin  yaxınlaşdıqını 

hiss  edirdilər.  Araukanlar  biri-birilərinə  kömək  etməklə 




                                                     

 

  



                                                                            

                                                    

102 

döyüş  meydanından  uzaqlaşırdılar.  Onlar  özlərilə  yalnız 



yaralıları götürməklə kifayətlənmişdilər. 

Kapitan  Alonso  bir  neçə  yüz  metr  qabaqda  bu  çayı 

keçərək,  30  nəfərlik  süvari  ilə  təpə  istiqamətində  hücuma 

keçmişdi.  Mühasirəyə  düşməkdən  qorxan  düşmən  tələsik 

halda  bu  təhlükəli  yerdən  uzaqlaşdı.  Süvarilərin  gözlənil-

məz  gəlişi  nəinki  kapitan  Xuanın,  hətta  bir  çox  konkista-

dorun həyatını ölümün pəncəsindən xilas etmişdi. 

Son  döyüşdə  axırıncı  gücündən  istifadə  edən  Migel 

tamamilə  əldən  düşmüşdü  və  düşmən  uzaqlaşan  kimi  o, 

arxası  üstə  yerə  sərildi.  O,  başqalarına  nisbətən  bu  döyüşə 

həddindən  artıq  çox  güc  sərf  etmişdi  və  daimi  hərəkətdən 

onun bədəni keyiyərək daşa dönmüşdü. 

Migel yerə yıxılanda Xuan elə bildi ki, onu vurublar. O, 

sol əli ilə yarasından tutaraq həqarətlə dedi: 

- Səni də vurdular? Araukanlar lap... 

-  Mənə  heç  nə  olmayıb.  -  deyə  Migel  onun  sözünü 

kəsərək  sakit  halda  dilləndi  və  kapitanın  solğun  üzünə 

diqqətlə  nəzər  salaraq  süst  halda  sözünə  davam  etdi.  - 

Sinyor, yaranız necədir? Sifətinizdən görünür ki, siz çoxlu 

qan itirmisiniz. 

-  Boş  şeydir!  -  deyə  kapitan  dərindən  köksünü  ötürərək 

bikef halda dilləndi. - Təəssüflər olsun ki, araukanlar bizim 

əlimizdən çıxıb qaçdılar. 



                                                     

 

  



                                                                            

                                                    

103 

Əlbəttə, bu boş şey deyildi. Kapitan aldığı yaradan bərk 



əziyyət  çəkirdi.  Ona  görə  ki,  onun  yarasından  xeyli  qan 

axmışdı. Yalnız döyüş qurtarandan sonra o, qanı saxlamağa 

müəssər  olmuşdu.  Onunla  paralel  olaraq  qraf  Filippin  də 

vəziyyəti pis idi. Qraf aldıqı yaradan axsamağa başlamışdı. 

Yaralı olmasına baxmayaraq, o, geri qaçdığına görə kapitan 

Xuanın  və  bir  çox  silahdaşlarının  gözündən  düşmüşdü. 

Qraf ispan idalqosu kimi düşmənin hücumuna tab gətirərək, 

onlara layiqincə müqavimət göstərməli idi. 

Kapitan  Xuanın  fikrincə,  ümumiyyətlə  bu  döyüş  kon-

kistadorlar  üçün  pis  şəraitdə  keçmişdir.  Bunun  nəticəsində 

konkistadorlar  bu  döyüşdə  çoxlu  itki  vermişdilər;  onlardan 

yeddisi  öldürülmüş,  doqquzu  isə  yaralanmışdır.  Buna 

baxmayaraq, kapitan Xuan az  saylı qüvvə ilə  düşmənin 26 

nəfər  döyüşçüsünü  öldürmüş  və  təxminən  o  qədərini  də 

yaralamışdır. Bu işdə atıcılar böyük rol oynamışdır. Atıcılar 

olmasaydı, araukanlar qısa müddətdə sahilə çıxan konkista-

dorları darmadağın edə bilərdilər. Aparılan sorğuya görə bu 

döyüşdə düşmənin yüzə yaxın döyüşçüsü iştirak etmişdir və 

onların  ox  atanları  xüsusilə  fərqlənmişdir.  Çünki  bütün 

zərər  çəkmiş  konkistdorlar  məhz  oxlardan  xəsarət  almışdı-

lar.  Qəribə  də  olsa,  bu  fakt  idi.  İspanların  əynində  kirasa 

olmasaydı, onların itkisi daha da çox ola bilərdi. 




                                                     

 

  



                                                                            

                                                    

104 

Artıq  neçənci  döyüş  idi  ki,  Migel  xəsarət  almadan 



salamat  çıxırdı.  Onun  məğlubedilməzliyi  bütün  konkista-

dorların  beyninə  həkk  olunurdu.  Həqiqətən  də  o,  qeyri-

bərabər  döyüşlərdə  çıxılmaz  vəziyyətlərdən  qalib  kimi 

çıxırdı.  Bu  günki  döyüşdə  o,  düşmənin  doqquzunu  öldür-

müş,  dördünü  isə  yaralamışdı.  Belə  bir  nəticəni  heç  kim 

göstərə  bilməmişdir.  Hətta  iki  silahdaşını  ölümün  pəncə-

sindən qurtarmışdı. Düzdür, kapitan Alonso süvari dəstəsilə 

köməyə  gəlməsəydi,  kim  bilir,  Xuan  ilə  Migelin  aqibəti 

necə  olacaqdı?  Bəlkə  də  bu  döyüş  onlar  üçün  sonuncu  ola 

bilərdi. 

Bu  döyüş  onu  sübut  etdi  ki,  hazırki  durumda  bütün 

üstünlüklər  konkistadorların  əlində  olmasına  baxmayaraq, 

araukanlar  elə-belə  ispanlara  təslim  olmaq  istəmir  və 

ölkənin  hər  bir  mühüm  yerində  ciddi  müqavimət  göstərə-

cəklər. Bununla da onlar ispanların iti sürətli yürüşünə ciddi 

maneə yaradırdılar. Konkistadorlar çox yaxşı başa düşdülər 

ki, bu ölkədə qələbəni əldə etmək heç də asan olmayacaq. 

Bunun üçün onlar çoxlu qurbanlar verməli olacaqlar. 

 

 

 



 

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə