Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə28/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   24   25   26   27   28   29   30   31   ...   138

                                                     

 

  



                                                                            

                                                    

109 

öyrənilməsi  indi  ümdə  məsələ  sayılırdı.  Əlbəttə,  bu  pro-



blem üzərində işləyənlər vardı. 

Vadi  üç  tərəfdən  hündur  dağlarla  əhatə  olunmuşdu. 

Vadinin  şimal-şərq  hissəsində  dağların  arasında  böyük 

çökəklik  hiss  olunurdu.  Çox  güman  ki,  həmin  yer 

dağlardakı keçid idi və hinduların gediş-gəlişi məhz həmin 

keçiddə  baş  verirdi.  Elə  həmin  yerdə  bir  kənd  yerləşirdi. 

Kəndə  diqqətlə  nəzər  yetirəndə  başa  düşmək  olar  ki,  artıq 

oradan  mülki  əhali  köçürülübdür.  Ümumiyyətlə,  bu  vadi 

şimalda  yerləşən  vadiyə  nisbətən  demək  olar  ki,  iki  dəfə 

böyük idi. Vadinin uzunluqu 2 liq, eni isə 1 liqdən bir qədər 

az  idi.  Şimala  nisbətən  vadinin  cənub  hissəsi  nəzərə 

çarpacaq  dərəcədə  ensiz  idi.  Lakin  həmin  yerdə  balaca 

gölməçə  vardı  və  həmin  gölməçənin  arxasında,  ora  bitişik 

olan dağın yamacında bir kənd yerləşirdi. 

Ümumiyyətlə,  bu  vadidə  dörd  kənd  yerləşirdi  -  biri 

şimalda, ikisi vadinin ortasında, axırıncısı isə cənubda. Hər 

kəndin  arasında  yarım  liq  məsafə  vardı.  Bir  kənd  də  şərq 

tərəfdə  hündür  dağın  qoynunda  idi.  Bu  bir  daha  onu  sübut 

edirdi ki, araukanlar dağlarda yaşayan hindu tayfasıdır. Bir 

qədər uzaqda bir dənə də kənd görmək olurdu. Həmin kənd 

hündür  olmayan  bir  dağın  düz  zirvəsində  yerləşirdi. 

Vadinin şərq sərhədində yerləşən dağların arxasında hündür 




                                                     

 

  



                                                                            

                                                    

110 

dağlar,  o  dağlardan  da  o  tərəfə  daha  hündür  dağlar 



görünürdü.  

And  dağları  Araukaniyanın  bu  hissəsində  kaskad 

şəklində idi. Yalnız vadinin cənubunda və dağın qoynunda 

yerləşən  kəndlərdə  mülki  əhalini  görmək  olardı.  Lakin  nə 

qədər kənd görünürsə, hamısında da döyüşçü hinduları gör-

mək  olurdu.  Ortada  yerləşən  kəndlərdən  biri  (şimala  yaxın 

olan) süni şəkildə qazılmış dərin dərə ilə əhatə olunmuşdu. 

Həmin  kəndin  dörd  tərəfində  bastion  şəkilli  tikililər  vardı 

və həmin tikililər bir-birilərilə hündür olmayan daş çəpərlə 

birləşdirilmişdi.  Kənddə  mülki  əhali  olmasa  da,  orada 

iyirmiyə yaxın lama, əlliyə yaxın isə keçi vardı. Məlum idi, 

araukanlar  həmin  heyvanları  orada  nəyə  görə  saxlayırlar. 

Kənddə  hərbi  tikililərin  olması  ondan  xəbər  verirdi  ki, 

araukanlar bu müharibəyə çox ciddi hazırlaşıblar.  

Cənubda  yerləşən  kənd  də  möhkəm  səddlərlə  əhatə 

olunmuşdu. Mülki əhalinin orada qalması şübhə doğururdu. 

Sanki  hindular  öz  kəndlərinin  konksitadorlar  tərəfindən 

alınmamasına  əmin  idilər.  Halbuki  dağ  tərəfdən  həmin 

kəndə  hücum  edilsə,  oranı  yarım  günün  ərzində  almaq 

mümkün  idi.  Bütün  ətrafdakı  dağların  ətəklərində  bir  çox 

hinduların hərəkətlərini görmək olurdu. Araukanlar dağlar-

dakı  çığırlardan  istifadə  etməklə,  yerdəyişmə  ilə  məşğul 

idilər.  Onlar  konkistadorlarla  dağlarda  da  döyüşlərə 



                                                     

 

  



                                                                            

                                                    

111 

hazırlaşırdılar. Söz yox ki, qarşıdakı vadi gec-tez ispanların 



əlinə  keçəcək,  ondan  sonra  isə  müharibə  dağlarda  davam 

etdiriləcək. 

Vadidə  piyada  döyüşçülərdən  əlavə,  təxminən  on-on  iki 

nəfər atlı görmək olurdu. Həmin atlılar çox güman ki, hərbi 

əməliyyatlar zamanı dəstələr arasında əlaqələndirici rolunu 

oynayacaqlar.  Onlar  qısa  müddətə  ehtiyat  qüvvalərini 

döyüşə  cəlb  edə  bilərlər.  Buna  baxmayaraq  ispanların  bu 

dəfəki  ekspedisiyasında  çox  saylı  süvari  dəstəsi  iştirak 

edirdi.  Bu  dəstə  isə  vadidə  gedən  hərbi  əməliyyatlarda 

mühüm rol oynayacaq. Düşmən də bu amili çox yaxşı dərk 

edirdi.  Ona  görə  də  onlar  süvari  dəstəsinin  irəliləyişinə 

maneəçilik törətmək üçün, üç dəfə konkistadorların üzərinə 

gözlənilməz həmlələr endirmişdilər. Qismən də olsa, onlar 

öz  istədiklərinə  nail  olmuşdular.  Süvari  dəstəsinə  təhkim 

edilmiş 30 nəfərlik atıcı dəstəsi demək olar ki, darmadağın 

edilmişdi:  onlardan  16-sı  öldürülmüş,  14  nəfəri  isə 

yaralanaraq, müvəqqəti yararsız hala salınmışdı. 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

112 

         IX fəsil. Yaralıların müayinəsi 

 

Migel  yuxarıda  otura-otura  fikirləşirdi  ki,  süvari  dəstəsi 



hansı yol ilə vadiyə düşsə yaxşıdır, sağdakı, yoxsa soldakı 

yol  ilə?  Soldakı  yol  qısa  olduğundan,  həmin  yol  piyada 

adamlar  üçün  sərfəli  idi.  Çünki  həmin  yolda  eniş  çox  sərt 

idi.  Sağ  yol  isə  çox  enli  və  uzundur.  Təxminən  1500  metr 

uzunluğu olan bu yolun əksəriyyət hissəsi meşədən keçərək 

vadiyə  çıxırdı.  Vadinin  özündə  də  çoxlu  ağaclar  bitirdi. 

Xüsusən də ağaclar həmin kəndlərin ətrafında çoxluq təşkil 

edirdi.  Hətta  orada  nəhəng  fitsroya  ağaclarını  da  görmək 

olurdu.  Çox  güman  ki,  döyüş  gedən  zaman  araukanlar 

həmin  ağaclardan  qalxan  kimi  istifadə  edəcəklər,  xüsusən 

də ox atanlar. 

Migel  oturduğu  yerə  gözlənilmədən  kapitan  Alonso  ilə 

leytenant  Andre  gəldilər.  Onlar  hücum  əməliyyatını 

hazırlayırdılar.  Çünki  bir-iki  günə  polkovnik  Alonso  öz 

dəstəsilə  bu  vadinin  hüdudlarına  daxil  olacaq.  Onlarla 

paralel  olaraq  süvari  dəstəsi  də  hücuma  keçməli  idi.  Çox 

güman  ki,  bu  vadi  araukanların  sonuncu  müqavimət  yeri 

sayılacaq. 

Cavan  zadəgan  onların  söhbətinə  qarışmamaq  üçün 

buranı  tərk  etmək  istədi,  ancaq  kapitan  onun  qarşısını 

kəsərək burada qalmasını bildirdi. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə