Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə27/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

                                                     

 

  



                                                                            

                                                    

105 

           



VIII fəsil. „Qanlı vadi“  

 

Süvari  dəstəsi  hava  qaralana  qədər  Anqud  körfəzinin 



şərq  sahilinə  çatdı  və  elə  oradaca  gecələdilər.  Döyüşdə 

itirdikləri  silahdaşlarını  elə  çayın  sahilindəki  döyüş 

meydanında təpənin üstündə basdırdılar. 

Ertəsi  günü  dəstə  sahil  kənarı  ilə  cənuba  doğru  hərəkət 

edəndə,  arukanların  qurduqları  növbəti  pusquya  düşdülər. 

Həmin  pusqu  əvvəlkinə  nisbətən  çox  zəif  idi  və 

konkistadorlar  çox  asanlıqla  həmin  səddi  keçdilər.  Lakin 

buna  görə  onlar  dörd  silahdaşlarını  itirdilər.  Ondan  sonra 

vadiyə  daxil  olmağa  az  qalmış  konkistadorlar  araukanların 

qurduqları  daha  bir  pusquya  düşürlər.  Daha  beş  nəfər 

itirməklə onlar vadinin sərhədinə yaxınlaşırlar. 

Vadi  demək  olar  ki,  hər  tərəfdən  dağlarla  əhatə 

olunmuşdu.  Lakin  vadinin  qərb  hissəsində  hündürlüyü  bir 

kilometrədək  olan  alçaq  dağlar  yerləşirdi.  Kapitan  Xuanın 

başçılıq etdiyi süvari dəstə münasib keçid taparaq, hündür-

lüyü  təxminən  700  metr  olan  yüksəklikdə  dayanmışdı. 

Buradakı dağlar şərqdə dayanan dağlara nisbətən meşələrlə 

örtülmüşdü. Belə bir meşəlikdə gizlənəndə onları aşağıdan 

görmək  çox  çətin  idi.  Məhz  buna  görə  də  aşağı 

düşməmişdən əvvəl böyük bir hazırlıq işləri görmək lazım 

idi. 



                                                     

 

  



                                                                            

                                                    

106 

Kapitan  Xuanın  yarası  həddindən  artıq  möhkəm 



ağradığından  o,  dəstəyə  komandanlığı  kapitan  Alonsoya 

tapşırmışdı.  Bütün  qərarları  da  məhz  Alonso  çıxarmalıydı. 

Onsuz  da  Alonso  on  dörd  nəfərlik  yaralı  ilə  yüzlərlə 

düşmənin meydan oxuduğu vadiyə enə bilməzdi. Xuanın və 

bir  çox  konkistadorların  yaralarını  irin  basırdı.  Onların 

həkimə  böyük  ehtiyacı  vardı.  Yaralıların  çoxu,  hətta 

sayıqlamağa başlayırdı. Bəzi hallarda Xuan huşunu itirirdi. 

Luis  isə  çoxlu  qan  itirdiyindən  artıq  havalanmışdı. 

Yarasının  ağrısı  onu  rahat  buraxmırdı.  Belə  bir  yaralılarla 

Alonso  duşmənə  qarşı  heç  bir  döyüş  apara  bilməzdi.  O, 

istirahət etmək üçün hələlik hamıya icazə verir.  

Konkistadorlar  ağacların  arasında  mövqe  tutub  müvəq-

qəti  olaraq,  burda  düşərgə  yaratdılar.  Aşağıdan  bura 

görünməsə də, çox güman ki, araukanlar ispanların gəlişin-

dən xəbərsiz deyildilər. Alonso yəqin bilirdi ki, aborigenlər 

onların hər bir addımını izləyirlər. Belə olan halda onlar hər 

an konkistadorların üstünə hücum çəkə bilərlər. 

Hər  tərəfə  keşikçilər  qoyuldu.  Günorta  yeməyini  bişir-

mək  üçün  tonqal  qalandı.  Eyni  zamanda  yaralılara  yardım 

etmək  üçün  əməli  tədbirlərə  al  atmaq  lazım  idi.  Əlbəttə, 

burada  cərrahiyyə  əməliyyatından  söz  gedə  bilməzdi. 

Onların  ağrısı  o  qədər  möhkəm  idi  ki,  bəziləri,  hətta  dözə 

bilməyib  qışqırmağa  məcbur  olurdu.  Bu  iztirabın  qarşısı 



                                                     

 

  



                                                                            

                                                    

107 

alınmalıydı.  Yaralıların  hamısı  demək  olar  ki,  bir  yerdə 



yerləşdirilmişdi.  Luis ilə kapitan Xuan yerdə uzanmışdılar. 

Xuan  yaralarının  ağrısını  hiss  etməməkdən  ötrü,  səhər 

açılandan  bəri  elə  hey  şərab  içirdi.  Hazırda  isə  gözlərini 

yumaraq  rahatca  uzanmışdı.  Hərdənbir  isə  özündən  asılı 

olmayaraq,  o,  inildəyirdi.  Luis  isə  bir  böyrü  üstə  uzanaraq 

ağrıdan  səsini  çıxartmamaq  üçün  dodaqlarını  çeynəyirdi. 

Migel də yaxınlıqda oturub istirahət edirdi. 

Bir  neçə  dəqiqə  keçəndən  sonra  Lope  ilə  Xulio  Luisin 

sarğısını  dəyişmək  üçün  bura  gəldilər.  Onlar  Luisin  ən 

yaxın  dostları  idi.  O,  Migelin  yaxınlıqda  olmasından 

xəbərsiz  idi.  Luis  üzünü  göydəki  buludlara  tərəf  tutaraq 

iztirabla dedi: 

-  Deyəsən,  hamınız  hücuma  hazırlaşmısınız?  Hayıf  ki, 

ayağa qalxa bilmirəm. 

-  Luis,  sən  özün  taqsırkarsan.  -  deyə  Xulio  həqarətlə 

dilləndi. - Hamı geri çəkilən zaman, sən onların əhatəsində 

qalaraq döyüşü davam etdirdin.  

-  Elə  yamaca  qalxan  zaman  onlar  məni  oxla  vurdular.  - 

deyə  Luis  əzgin  halda  izahat  verməyə  başladı.  -  Mənə  elə 

gəldi  ki,  ox  uzaqdan  atıldığına  görə,  kürəyimə  yalnız  ucu 

girib. Yanımdakı əsgər  açıqlıqda  olduğu üçün  onu üç-dörd 

yerdən vurdular. Mən yalnız aşağı düşməyə imkan tapdım. 




                                                     

 

  



                                                                            

                                                    

108 

- Aşaqı düşəndən sonra sən müqaviməti dayandıra bilər-



din.  -  deyə  Lope  narazı  halda  dilləndi.  -  Hərəkət  etdikcə, 

sənin  yarandan  qan  iri  həcmdə  tökülürdü.  Açığını  desəm, 

mən elə bildim ki, sən həmin döyüşdən sağ çıxmayacaqsan. 

-  Düz  deyirsən,  Migel  olmasaydı  araukanlar  məni  çox-

dan  məhv  edərdilər.  -  deyə  Luis  təmiz  ürəklə  etiraf  etməli 

oldu. - Acığı  mən ondan belə  mərd hərəkəti gözləməzdim. 

Belə  bir  çıxılmaz  vəziyyətdə  Migel  öz  həyatını  risqə 

qoyaraq, məni ölümün pəncəsindən xilas etdi.  

-  Doğru  deyirsən?  -  deyə  Xulio  öz  dostuna  təəccüblə 

nəzər salaraq maraqla soruşdu 

-  Belə  bir  vəziyyətdə  mənim  zarafat  etməyə  halım 

yoxdur. - deyə Luis ağrıdan zarıldadı. 

-  Sən  isə  onun  haqqında  pis  fikirləşirdin.  -  deyə  Xulio 

üzünü qaşıyaraq təşəxxuslə dilləndi. 

-  Bütün  dəstə  elə  hey  Migelin  döyüşdə  göstərdiyi  şəxsi 

igidliyindən danışır. - deyə Lope aludəliklə dilləndi. - Qısa 

müddətə o, hamıdan çox aborigen məhv edib. 

Migel  onların  söhbətinə  qulaq  asmamaq  üçün  cəld 

həmin  yerdən  uzaqlaşdı.  O,  aşağı  enən  cığırdan  bir  qədər 

aralıda  uçurumun  üstündə  yerləşən  iri  daşın  üstündə 

əyləşərək,  əlinin  altında  olan  vadini  nəzərdən  keçirməyə 

başladı.  Necə  olsa  da,  növbəti  hərbi  əməliyyatlar  məhz 

vadinin  özündə  keçiriləcək.  Vadinin  girişinin  və  çıxışının 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə