Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə23/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

                                                     

 

  



                                                                            

                                                    

89 

bir balaca  sıx şəkildə bitirdi. Düşmən çox asanlıqla həmin 



aqacların  arxasında  da  gizlənə  bilərdi.  Məhz  buna  görə  də 

kapitan  Xuan  burada  da  öz  ehtiyatını  əldən  vermədi.  O, 

dərhal  çayın  sahilində  ayaq  saxlayaraq,  qabağa  beş 

nəfərdən  ibarət  kəşfiyyatçı  göndərdi.  Həmin  kəşfiyyatçı-

ların  arasında  Migel  ilə  arbalyotçu  Dias  Duarte  də  vardı. 

Onlar  çayın  sahilini  tədqiq  etməklə,  o  biri  sahilə  keçmək 

üçün münasib keçid tapmalıydılar. 

Çay özü şərqdən qərbə doğru çox sürətlə axırdı. Buralar 

dağlıq  zona  olduğu  üçün  çay  çox  halda  gah  sağa,  gah  da 

sola burulurdu. Çayın sahilindəki ağaclar yarı əyilmiş halda 

budaqlarını suya sallayırdı.  Orada çox vaxt  Araukaniyanın 

ekzotik quşlarını görmək olurdu. Çayın şırıltısı ilə quşların 

oxuduğu  nəğmələr  bir-birinə  qarışaraq,  adamı  döyüş 

meydanından  bir  müddət  kənarlaşdırırdı.  Sanki  ispanlar 

müharibəyə yox, istirahət etməyə gəlmişdilər. 

Anqud  körfəzinə  məsafə  az  olduquna  baxmayaraq 

buradan  körfəzi  görmək  mümkün  deyildi.  Ona  görə  ki, 

körfəzin qarşısını qabaqdakı dağlar kəsirdi. Düz yol ilə ora 

çatmaq 1 liqdirsə, daqların arası ilə gedib ora çatmaq üçün 

liq  yarım  yol  qət  etmək  lazım  idi.  Hazırda  konkistadorları 

yalnız çaydan keçmək maraqlandırırdı. Ondan sonra körfə-

zin  sahilinə  çatmaq  onlar  üçün  heç  bir  çətinlik  törətməyə-

cəkdi. 



                                                     

 

  



                                                                            

                                                    

90 

Nənayət  Migelgil  çayı  keçmək  üçün  münasib  yer 



tapdılar. Burada çayın eni təxminən 40  metrə qədər olardı, 

dərinliyi  isə  ortaboylu  adamın  sinəsinə  qədər  idi.  Çay 

sürətlə  axdığından  və  dibi  çay  daşları  ilə  dolu  olduğuna 

görə,  bu  sahildən  o  biri  sahilə  qədər  keçid  həddindən  artıq 

böyük  zəhmət  tələb  edirdi.  Adam  addımlarını  ehtiyatla 

atmasa,  çay  çox  asanlıqla  həmin  adamı  özü  ilə  körfəz 

istiqamətində  apara  bilərdi.  Çoxlarının  çaydan  keçmək 

təcrübəsi yox idi. Xüsusən də at belində çayı keçmək üçün 

xüsusi bacarıq lazım idi. 

Bütün  dəstə  həmin  yerə  gəlib  çatdı.  Kapitan  Xuan 

Meksikada  olarkən  belə  çay  keçidlərində  tez-tez  iştirak 

etmişdi.  Çayın  bu  sahilindən,  o  biri  sahilinə  kimi  kəndir 

uzatmaq  lazım  idi.  Kəndirin  ucları  ağaclara  möhkəmcə 

bağlanmalıydı.  Bacarığı  olmayanlar  kəndirin  vasitəsilə 

çayın  o  biri  sahilinə  keçməliydilər.  Kapitan  bu  üsul  ilə 

əsgərlərini texniki təhlükəsizliklə təmin etmək istəyirdi. 

İlk  növbədə  Migelin  hələ  Kitodan  tanıdığı  “qəribə” 

tanışları Luis Kempes və arbalyotçular Lope İnyeslə, Xulio 

Menendes  çayı  keçdilər.  Luisdən  başqa  hər  iki  arbalyotçu 

süvari  dəstəsinə  daxil  edilmişdi.  Onlar  müvəqqəti  olaraq 

çayın  sahilini  tədqiq  etməliydilər.  Araukanlar  çox  güman 

ki,  sahildə  pusqu  qura  bilərdilər.  Paralel  olaraq  onlar  çayı 

keçməyə  çəhd  edən  silahdaşlarının  təhlükəsizliyini  təmin 



                                                     

 

  



                                                                            

                                                    

91 

etməli  idilər.  Onlardan  sonra  kapitan  Xuan  at  belində, 



Migel,  Dias  Duarte  və  üç  başqa  atıcı  piyada  çayı  keçməyə 

başladılar. Kəndirin ucunu isə atıcılar özləri ilə dartırdılar. 

Sahilin kənarı hamar idi və kol-kosla örtülmüşdü. On-on 

beş  addımdan  sonra  dik  yamac  vardı  və  yamacın  hər  bir 

kənarı  ilə  cığır  yolları  gedirdi.  Getdikcə  həmin  cığır  yollar 

enli  dərələrin  içərisinə  daxil  olurdu.  Dərələr  hündür 

yamacların  arasında  itib  batırdı.  Təxminən  200-250  metr 

aralıda araukariya meşəsi başlayırdı. Sahilə birinci çıxanlar 

peşəkar  döyüşçü  kimi  ilk  novbədə  yamacın  başına  çıxıb, 

oradan  yaxın  ətrafı  nəzərdən  keçirməliydilər.  Lakin  onlar 

aşağıdan yuxarını seyr edərək, üst-başlarını səliqə-səhmana 

salmağa  başladılar.  Ayaqlarındakı  uzunboğaz  çəkmələrini 

sudan  azad  edirdilər.  Çünki  belə  bir  vəziyyətdə  yerimək 

çox çətin idi. Məhz hazırlıqlı vəziyyətdə olandan sonra on-

lar  yamacı  yoxlamalıydılar.  Lakin  həmin  ərəfəyə  qədər 

onlardan başqa sahilə heç kim çıxmamalı idı. Çayı keçməyə 

tələsən  kapitangil  artıq  sahilə  çatmaq  üzrə  idilər.  Koman-

dirin  fikrincə,  araukanlar  sahildə  olsaydılar,  çoxdan  sahilə 

çıxan üç konkistadorun üstünə hücum çəkərdilər. 

Beləliklə,  çayı  keçməyə  cəhd  edənlər  sahilə  çıxdılar. 

Hamı bir nəfərə kimi çəkmələrini çıxardaraq içindəki suyu 

boşaltdılar.  Bu  vaxt  kapitan  qraf  Filipp  və  uç  atıcı  böyük 

ehtiyatla  çayı  keçməyə  başladılar.  İş  ondadır  ki,  onlar 



                                                     

 

  



                                                                            

                                                    

92 

sahildə  ağaca  yenicə  bağlanan  kəndirdən  yapışırdılar.  Bu 



vaxt  isə  Migel  bir  əsgərin  köməyi  ilə  kəndiri  yamacın  al-

tında bitən araukariya ağacına bağlayaraq öz işini qurtarmış 

oldu.  Ehtiyatını  əldən  vermək  istəməyən  kapitan  Xuan, 

Luisi  bir  əsgərlə  yamacı  yoxlamaq  üçün  yuxarı  göndərdi. 

Migel  hiss  etdi  ki,  kapitanın  tapşırığı  Luisin  ürəyindən 

olmadı. 


Sağ  tərəfdə,  bir  qədər  aralıda  balaca  təpə  vardı.  Həmin 

təpənin  üstündə  iki  bambuk  ağacı  bitirdi,  ağacların 

gövdələri  isə  qalın  kolluqlarla  örtülmüşdü.  Kapitan  ora 

nəzər  salandan  sonra  belə  qənaətə  gəldi  ki,  həmin  yeri  də 

yoxlamaq lazımdır. Kapitan Xuan təpənin yoxlanışına Lope 

İnyeslə  birlikdə  Dias  Duarteni  göndərdi.  Onlar  bir  neçə 

addım  atmışdılar  ki,  birdən  yamacın  arxasında  qışqırıq 

səsləri eşidildi. İspanlar həmin dəqiqə başa düşmək olar ki, 

Luisgil  araukanların  qurduqları  pusquya  düşüblər.  Migel 

yanındakı  əsgərlə  birlikdə  həmin  yerə  qaçmaq  istəyirdi  ki, 

bir də gördü Luis beş-altı nəfərin əhatəsində döyüşə-döyüşə 

sahilə  tərəf  çəkilməyə  can  atır.  Döyüş  yamacın  sağ 

tərəfində başlanmışdı. Onunla gedən əsgərdən heç bir əsər-

əlamət  yox  idi.  Çox  güman  ki,  düşmənlər  onu  məhv 

etmişdilər.  Elə  bu  dəmdə  yamacın  arxasından  on  nəfərə 

yaxın  araukan  qışqıra-qışqıra  hücuma  keçdilər.  Migelin 

yanındakı əsgər dərhal əlindəki muşket ilə hindunun birini 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə