Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

                                                     

 

  



                                                                            

                                                    

81 

bir sərkərdə kimi çox yaxşı bilirdi ki, qısa müddətə düşmən 



darmadağın edilməsə, onda araukanları məğlub etmək xeyli 

mürəkkəbləşəcək.  

Nəzərdə  tutulan  vadiyə  daxil  olmaq  heç  də  asan 

olmayacaq,  amma  buna  baxmayaraq  polkovnik  yürüşü 

davam  etdirmək  fikrində  idi.  Halbuki  bu  qədər  əsgərlə  o, 

araukanların  qurduqları  pusquları  keçməkdə  çətinlik 

çəkəcək.  Onun  bu  işinin  həyata  keçməsi  üçün  ixtiyarına 

keçən süvari dəstəsi mühüm rol oyanayacaq. Süvari dəstəsi 

ildırım surəti ilə düşmənə gözlənilməz zərbələr endirə bilər. 

Lakin  o,  süvari  dəstəsini  özü  ilə  meşənin  sıx  çığırları  ilə 

apara bilməzdi. Araukanların ox atanları çətinlik çəkmədən 

süvariləri lokallaşdıra bilərlər. Burda başqa tədbirə əl atmaq 

lazım  idi.  Süvari  dəstəsi  başqa  yol  ilə  vadiyə  tərəf 

getməlidir.  Köhnə  konkistadorların  dediyinə  görə  vadiyə 

Anqud  körfəzinin  şərq  sahilboyu  ilə  getmək  olar.  Lakin 

onlar vadiyə çatana qədər, Anqud körfəzinə sürətlə tökülən 

iki çayı keçməlidirlər. 

Polkovnik  Alonso  bir  sərkərdə  kimi  bu  plandan  istifadə 

etməyi  qərara  aldı.  Əsas  qüvvə  vadiyə  çatana  qədər  süvari 

dəstəsi  düşmənə  arxadan  sarsıdıcı  zərbə  endirməli  idi. 

Lakin onu da nəzərə almaq lazımdır ki, vadidə araukanların 

həddindən  artıq  çox  qüvvəsi  yerləşə  bilərdi.  Süvarilər 

sadəcə  olaraq,  onları  məğlub  etməkdə  çətinlik  çəkəcəklər. 



                                                     

 

  



                                                                            

                                                    

82 

Onda polkovnikin ağlına yaxşı bir fikir gəldi; süvari dəstəsi 



50 nəfərdən ibarət idi. Əlbəttə bu qüvvə düşmənin çoxsaylı 

qoşununu  darmadağın  etməkdə  çox  çətinlik  çəkəcək. 

Polkovnik  süvarilərin  sayını  80  nəfərə  çatdırmağı  qərara 

aldı.  Arkebuz  və  muşketlərlə  silahlanmış  30  nəfər  əsgər 

kapitan  Alonsonun  ixtiyarına  verildi.  Atların  20-sində  tək 

adam, 30-da isə iki adam uzun yolu qət etməli idi. Bununla 

da o, öz dəstəsini xeyli zəiflətmiş olurdu.  

Anqud  körfəzindən  hücuma  başlayanda  onun  başçılıq 

etdiyi  dəstədə  110  nəfər  adam  vardı.  Birinci  döyüş  nəticə-

sində həmin dəstə yaralılarla birlikdə 20 adam itirir. İndi də 

30  nəfər  süvari  dəstəsinə  keçəndə,  həmin  dəstədə  60  nəfər 

adam qalırdı. Bu qədər qüvvə ilə düşmən əhatəsində vadiyə 

doğru  hərəkət  etmək  çox  təhlukəli  idi.  Lakin  polkovnik 

Alonso  çox  bacarıqlı  sərkərdə  idi  və  nə  etdiyini  yaxşı 

bilirdi.  Onun  ixtiyarında  60  nəfər  adam  var  və  onların 

hamısı  da  atıcılar  idi.  Bu  qədər  əsgər  ilə  o,  düşmənin  500 

nəfərlik  qüvvəsinə  qarşı  müvəffəqiyyətli  hərbi  əməliyyat 

apara bilər. Hər ehtimala qarşı o, bu haqda qardaşı Xuan ilə 

məsləhətləşməli  oldu.  Polkovnik  onu  yanına  çağırtdırıb  öz 

qərarını qardaşına söylədi. Xuan qulaq asandan sonra dedi: 

-  Mən  Araukaniyaya  gələndə  elə  bilirdim  ki,  buranın 

aborigenləri Meksikanın aborigenləri kimi eynidirlər. Lakin 

araukanlar öz inadkarlıqlarına və cəsarətlərinə görə heç bir 



                                                     

 

  



                                                                            

                                                    

83 

hindu  tayfasına  oxşamırlar.  Hər  bir  qərar  çıxarılanda  biz 



yüz dəfə ölçüb, bir dəfə biçməliyik. 

-  Başa  düşmədim,  çıxardığım  qərar  sənin  xoşuna 

gəlmədi? - deyə polkovnik müəmmalı tərzdə dilləndi. – Bu 

qərara dair fikrin varsa, söylə? 

-  Biz  hamımız  elə  hey  hücum  barəsində  fikirləşirik, 

amma arxa tərəfimizdə düşmənin xeyli qüvvəsi var. - deyə 

Xuan aludəliklə dilləndi. 

-  Sən  istehkam  qurulan  kənddəki  hinduların  qüvvəsini 

nəzərdə tutursan? - deyə Alonso həmin tərzdə dilləndi. 

- Əlbəttə! - deyə Xuan  tərəddüd etmədən cavab verdi. - 

həmin kənddə araukanların  üç yüz nəfərlik qüvvəsi cəmlə-

şib. Onlar hər an bizə arxadan zərbə endirə bilərlər. 

-  Hələlik  aborigenlər  müdafiə  haqqında  fikirləşirlər. 

Hücum etmək onların yadına düşmür. Biz cənubdakı vadini 

ələ  keçirəndən  sonra  süvari  dəstəsini  həmin  kəndə 

göndərərik.  Vadini  ələ  keçirmək  üçün  bizə  üç-dörd  gün 

vaxt  gərək  olacaq.  İnanmıram  ki,  həmin  müddət  ərzində 

araukanlar hücum barəsində fikirləşsinlər. 

-  Birdən  bizim  hücum  əməliyyatımız  bir  həftəyə  kimi 

uzandı, onda necə olacaq? 

- Xuan, mən həmişə risq etməyə vərdiş etmişəm. Həmişə 

də risqin sayəsində mən müvəffəqiyyətlər qazanmışam. Bu 

dəfə mən risqə əl atmasam, onda Araukaniyadakı muharibə 



                                                     

 

  



                                                                            

                                                    

84 

xeyli  uzanacaq.  Mən  isə  istəməzdim  ki,  buradakı  hərbi 



əməliyyatlar bir aydan çox uzansın. 

-  Bu  məsələyə  bir  balaca  ciddi  yanaşmaq  lazımdır. 

İndiyənə  qədər  heç  bir  ispan  ekspedisiyası  Araukaniyada 

başlanan  müharibəni  müvəffəqiyyətlə  başa  çatdırmayıbdır. 

Çünki  onlar  vaxtı  ilə  çoxlu  hərbi  taktiki  səhvlərə  yol 

veriblər.  Həmin  səhvləri  təkrarlamağa  heç  bir  ehtiyac 

yoxdur. 

-  Xuan,  sən  uşaqlıqdan  həmişə  başını  böyük  qalmaqal-

lara  qatırdın.  İştirak  etdiyin  döyüş  əməliyyatlarında  təhlü-

kəli  risqlərə  əl  atırdın.  İndi  isə  risq  etmək  istəmirsən.  Bu 

ondan  xəbər  verir  ki,  sən  artıq  araukanların  döyüş 

taktikasına  və  qəliz  xasiyyətlərinə  bələdsən.  Ancaq  buna 

baxmayaraq mən risq etməliyəm. 

-  Alonso,  mən  heç  nədən  yox,  yalnız  bu  kənddə  (əli  ilə 

kəndi  göstərərək)  qalan  silahdaşlarımızdan  qorxuram. 

Araukanlar bir həmləyə onları məhv edə bilərlər. 

-  Düşmən  nə  qədər  inadkar  olsa  da,  onlar  hələlik  bura 

gəlməkdən ehtiyat edəcəklər. Ona görə ki, həm şərqdə, həm 

qərbdə, həm də cənubda bizim qüvvələr yerləşir. Araukan-

lar  elə  biləcək  ki,  həmin  kənddə  az  qüvvə  yerləşdirməklə, 

biz  onlara  tələ  qurmuşuq.  Onlar  özlərinə  gələnə  kimi  biz 

cənubdakı hərbi əməliyyatları başa çatdırarıq. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə