Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə17/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

                                                     

 

  



                                                                            

                                                    

65 

soldan  zərbə  endirmək  istəyirlər.  Əslində  isə  onlar  başqa 



fikirdə  idilər.  Kənarlara  çəkilərək  Migeli  ox  ilə  vurmaq 

uçün  onun  qarşısını  açmışdılar.  Cavan  zadəgan  o  dəqiqə 

düşmənin  hiyləsini  başa  düşdü  və  cəld  sol  tərəfə  çəkilən 

hindunun  üzərinə  pişik  kimi  tullandı.  Bir  göz  qırpımında 

dalbadal  endirilən  qılınc  zərbələrilə  rəqibinin  sinəsində 

dərin  yara  açmaqla  onu  məhv  etdi.  O,  biri  düşmən  isə  oz 

hücumunu cəngavərin üzərinə yonəltmişdi. Migel dostunun 

köməyinə  gedərdi,  amma  artıq  geç  idi.  Ağacların  arasında 

dayanan  ox  atanlar  onu  nişan  alaraq  kamanlarını  boşalt-

dılar. Belə bir vəziyyətdə yeganə müdafiə üsulu varsa, o da 

yerə  uzanmaq  idi.  Migel  elə  də  etdi  və  oxlar  başının 

üstündən  uçub  getdi.  O,  cəld  ayağa  qalxaraq  Diasın  qarşı-

sındakı aborigenin üzərinə şığıdı. Lakin həmin hindu dərhal 

döyüş meydanını tərk etdi və ox atanlara konkistadorları bir 

daha  məhv  etmək  üçün  imkan  yaratdı.  Bu  dəfə  Migel 

cəngavərin  sağ  qolundan  yapışaraq  cəld  onu  yaxınlıqdakı 

ağacın arxasına dartdı. 

Belə  bir  vəziyyətdə  kapitangil  də  köməyə  gələ  bilmirdi. 

Çünki öz movqelərini tərk edən kimi ox atanlar onları məhv 

edə  bilərdi.  Döyüşün  son  dəqiqələrində  artıq  risk  etməyin 

də  heç  bir  xeyiri  yox  idi.  Onsuz  da  süvari  dəstəsi  ildırım 

sürətilə meşənin sərhədinə yaxınlaşırdı. Geri çəkilən hindu-

lar ağacların arasında mövqe tutdular.  



                                                     

 

  



                                                                            

                                                    

66 

Yuxarıda gedən döyüş də səngidi. Belə başa düşmək olar 



ki,  araukanlar  tutduqları  mövqelərdən  geri  çəkilirdilər. 

Deməli,  polkovnik  Alonsonun  dəstəsi  üçün  bütün  yollar 

açılmışdı.  Çox  keçməmiş  həmin  konkistadorlar  aşağıda 

görünəcəklər.  Bundan  sonra  araukan  döyüşçülərinin  təqibi 

başlanaçaq.  Yuxarıda  qeyd  olunmuşdu  ki,  hinduların  bir 

hissəsi də vadidən şərq istiqamətdə döyüşmüş və çox yəqin 

ki, onlar çənub istiqamətində geri çəkiliblər. 

Migel cəngavəri ölümün pəncəsindən qurtarandan sonra 

nəinki Diasın özü, hətta bütün silahdaşları tərəfindən təşək-

kürə  layiq  görüldü.  Onun  göstərdiyi  şəxsi  igidlik  və 

qəhrəmanlıq  hamıda  xoş  təəssürat  yaratdı.  Belə  bir  ağır 

vəziyyətdə  o,  nəinki  düşmənə  qarşı  döyüşmüş,  hətta 

yaralanmış dostunu da təhlükəli yerdən uzaqlaşdırmışdı. 

Süvari  dəstəsinin  başında  həqiqətən  də  kapitan  Alonso 

dururdu. Atlılar bura yaxınlaşan kimi kapitan Xuan qarşıla-

rına  çıxaraq,  onları  dayandırdı.  Məlum  məsələ  idi,  kapitan 

onları  nəyə  görə  dayandırdı.  Süvari  dəstəsinin  meşəyə 

girməsi məqsədə uyğun deyildi. Çünki hər bir ağacın arxa-

sında gizlənən hindular meşədə çox güclü pusqu qurmuş və 

hücuma keçəcək süvari dəstəsinə möhkəm zərbə endirə bi-

lərdi.  Konkistadorlar  həddindən  artıq  böyük  itki  verə  bi-

lərdi. Neçə olsa da, həmin meşənin ağacları sıx şəkildə bitir 




                                                     

 

  



                                                                            

                                                    

67 

və  atların  sürətli  manevr  etməsinə  böyük  maneəçilik 



törədirdi. 

Kapitan  Alonso  atdan  düşərək  sevinc  hissi  ilə  kapitan 

Xuanı  qucaqladı.  Qraf  Filipp  də  onu  sağ  gördüyünə  görə 

sinəsinə  basdı.  Onlar  ümumiyyətlə,  bu  dəstənin  bütün 

üzvlərilə görüşdülər (kənddə qalan yaralılar da bura axışıb 

gəlmişdi).  Hamı  bu  dəqiqələri  sevinc  hissilə  yaşayırdı. 

Zarafat  deyildi,  düşmən  əhatəsində  qalan  bu  dəstə  bütün 

təzyiqlərə və hücumlara şərəflə tab cətirmişdi. 

Yarım saat keçməmiş polkovnik Alonso da öz dəstəsiylə 

meşənin  sərhədinə  gəlib  çıxdı.  Qohumlar,  kapitan  Xuanın 

ən  ağır  əməliyyatlardan  sağ-salamat  qalmasına  və  həmin 

mübarizədən qalib çıxmasına az qala onu duz kimi yalayır-

dılar.  Onların  sevincinin  həddi-hüdudu  yox  idi.  Əməliy-

yatlar  zamanı  əzizlərindən  xəbər  olmayanda  qohumların 

hansı hisslərlə yaşadıqlarını təsəvvür etmək çətin deyildi. 

Araukanların necə rəzil, vəhşi, qaniçən və amansız hindu 

tayfası olduqlarını hamı yaxşı bilirdi. Neçə ispan ekspedisi-

yasının Araukaniyada yerli hindular tərəfindən darmadağın 

edilməsindən  hamı  hali  idi  və  bura  göndərilən  kəşfiyyat 

dəstəsinin düşmən əhatəsindən sağ çıxmasına heç bir ümid 

yox idi. Lakin həmin dəstənin müəyyən bir hissəsi bu qanlı 

mübarizədən sağ-salamat çıxa bilmişdi. Onlar həqiqətən də 

Araukaniyada  keçirilən  hərbi  əməliyyatlar  nətiçəsində 



                                                     

 

  



                                                                            

                                                    

68 

misilsiz  qəhrəmanlıqlar  göstərmişdilər.  Kəşfiyyatçılar 



öhdələrinə düşən tapşırığı artıqlaması ilə yerinə yetirmiş və 

onları  lokallaşdırmağa  çalışan  düşmənin  xeyli  qüvvəsini 

məhv  etmişdilər.  Bu  əməliyyat  zamanı  araukanlar  kon-

kistadorlar tərəfindən sarsıdıcı zərbələr alaraq, müharibənin 

bu  mərhələsində  ilkin  məğlubiyyətlə  üzləşmişdilər.  Bu  o 

demək  idi  ki,  ispanlar  bu  müharibəyə  ciddi  hazırlaşmış  və 

bunun  üçün  sıralarını  peşəkar  döyüşçülər  ilə  genişlənmiş-

dilər.  Konkistadorlar  tərəfindən  planlaşdırılan  bütün 

əməliyyat  uğurla  nəticələnmişdi.  Bir  neçə  istiqamətdə 

hərəkət edən ispanlar düşmən qüvvəsinə bir-birinin ardınca 

sarsıdıcı zərbələr endirmişdi. Hərçənd ki, araukanlar özləri 

bir  neçə  yerdə  pusqu  quraraq  ispanların  qarşısını  kəsməyə 

cəhd göstərsələr də, hər yerdə də uğursuzluqla üzləşiblər. 

Kapitan Alonsonun başçılıq etdiyi dəstə nəzərdə tutulan 

marşrut  üzrə  istehkam  tikilən  kəndə  gedib  çıxır  və  orada 

hərbçi  hindulardan  başqa  heç  kimi  görmürlər.  Kənd  hər 

tərəfli  aborigenlər  tərəfindən  ciddi  muhafizə  olunurdu. 

Alonsonun  dediyinə  görə  hər  tərəfdən  möhkəm  səddlərlə 

əhatə  olunmuş  kəndi  üç  yüzə  yaxın  hindu  müdafiə  edir. 

Əlbəttə  kapitan  Alonso  risqə  getməyərək,  yolunu  hündür 

olmayan dağların arası ilə davam etdirərək bu vadinin şərq 

sərhədinə  yaxınlaşır  və  orada  kapitan  Karlın  dəstəsilə 

rastlaşır.  Həmin  yerdə  süvari  dəstəsi  pərən-pərən  düşmüş 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə