Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə14/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

                                                     

 

  



                                                                            

                                                    

53 

-  Biz  onlara  kömək  etsək  pis  olmazdı.  -  deyə  leytenant 



Andre  hamını  qabaqlayaraq,  ürək  yanğısı  ilə  kapitana  mü-

raciət etdi. - Onlar hinduların qurduqları pusquya düşüblər. 

-  Buna  heç  bir  ehtiyac  yoxdur.  -  deyə  kapitan  Xuan 

tərəddüd  etmədən  dilləndi.  -  Kapitan  Karlın  orada  kifayət 

qədər qüvvəsi var ki, araukanların qurduqları pusqunu yarıb 

öz  irəliləyişini  davam  etdirsinlər.  Həm  də  inanmıram  ki, 

araukanlar orada böyük qüvvə ilə pusqu qursunlar. 

-  Araukanlar  pusqu  qurmaqla  bizimkilərin  irəliləyişini 

ləngitmək  istəyirlər.  -  deyə  Migel  bu  sözü  xüsusilə  vurğu-

ladı. - Mənə elə gəlir, onlar vaxt udmaq istəyirlər.  

-  Guya  bunun  onlara  xeyri  var?  -  deyə  kapitan  giley-

güzarla dilləndi. - hələ bundan sonra Alonso da öz dəstəsilə 

(söhbət  polkovnikdən  gedir)  bura  gələcək,  araukanlar 

bizimkilərin  bir  neçə  istiqamətdə  hücum  etdiklərini  görüb 

çaş-baş qalacaqlar. Amma nədənsə, Alonso gecikir.  

Vadinin şərq hissəsində doyüş davam edən zaman başqa 

yerdə  muşketlərin  və  arkebuzların  atəş  səsləri  eşidilməyə 

başladı. Kəşfiyyatçıların hamısı arxaya dönərək nəzərlərini 

vadinin  cənub-qərb  hissəsinə  yönəltdilər.  Vadinin  bu 

küncündə  hətta  tüstülər  əmələ  gəldi.  Meşə  və  hündür 

olmayan təpələr həmin yerdə böyük üstünlük təşkil etdiyin-

dən orada nə baş verdiyini ümumiyyətlə, görmək olmurdu. 

Halbuki  həmin  yer  ilə  kənd  arasındakı  məsafə  ən  uzağı 



                                                     

 

  



                                                                            

                                                    

54 

1000 metr olardı. Artıq şübhə yox idi ki, vadinin cənubuna 



can atan polkovnik Alonsonun dəstəsi araukanların qurduq-

ları pusquya düşübdür.  

Migel bunu anladı ki, hindular bu kəndə yaxın bir yerdə 

mövqedə  olublar.  Onlar  iri  ispan  dəstəsinin  vadiyə 

yaxınlaşmasından xəbərdar idilər, yoxsa araukanlar çoxdan 

bu  kənddəki  konkistadorların  üstünə  hücum  edərdi.  İndi 

kapitan Xuan bilmirdi nə etsin, kənddə qalıb əsas qüvvənin 

gəlişini gözləsin, yoxsa silahdaşlarının köməyinə yollansın? 

Söz  yox  ki,  oradakı  konkistadorlar  da  müəyyən  problemlə 

rastlaşmışdılar.  Hinduların  qurduqları  pusqunu  yarmaq 

onlar  üçün  heç  bir  çətinlik  törətməyəcək.  Deməli,  onların 

da köməyinə heç bir ehtiyac duyulmurdu. 

Hələlik  kəşfiyyatçılar  gözləməklə  kifayətlənməliydilər. 

Beş-on dəqiqədən sonra kapitan Karl qarşısındakı pusqunu 

dağıdaraq  öz  irəliləyişini  davam  etdirdi.  Çünki  oradan 

həyəcan  dolu  səslər  gəlmirdi.  Həmin  yerə  yenidən  sakitlik 

çökdü. Cənub-qərb tərəfdə gedən döyüş isə hələ də davam 

edirdi.  Əlaçsız  qalan  kapitan  Xuan  yerdə  əyləşərək  başını 

aşağı saldı. Onu başa düşmək olardı. Silahdaşları düşmənlə 

döyüşən bir zamanda o, heç bir əməli tədbir görə bilmirdi. 

Çünki  onun  dəstəsinin  yarısı  yaralı  döyüşçülərdən  ibarət 

idi.  Lakin  hər  şeydə  özünü  kapitanın  gözünə  soxan  leyte-




                                                     

 

  



                                                                            

                                                    

55 

nant  Andre  bu  dəfə  də  özünü  irəli  verərək  canfəşanlıqla 



dedi:  

-  Buradakı  döyüş  gərgin  xarakter  alır.  Artıq  bir  saata 

yaxındır  ki,  odlu  silahların  səsi  kəsilmir.  Deyəsən,  bizim-

kilər  qarşılarındakı  düşməni  əzə  bilmirlər.  Biz  hökmən 

onların köməyinə getməliyik. 

Kapitan hələlik onun təklifinə heç bir reaksiya  vermədi. 

Görünür,  o  nə  haqda  isə  düşünürdü.  Lakin  Migel  də  bir 

peşəkar döyüşçü kimi həmin vəziyyətlə əlaqədar öz fikrini 

söyləməliydi. O, da yerdə əyləşərək təmkinlə dedi:  

-  Cənab  kapitan,  unutmaq  lazım  deyil  ki,  araukanlar 

dağlar  arasında  olan  keçidlərdə  mövqe  tuta  bilərlər.  Belə 

olan  halda  bizimkilərin  hüçumu  keyfiyyətli  olmayacaq. 

Onlar döyüşmək üçün geniş meydandan məhrumdurlar. 

- Yaxşı, indi sən nə təklif edirsən? - kapitan gözlənilmə-

dən  hiddətlə  dilləndi.  -  Mən  yaralı  əsgərlərlə  silahdaşları-

mın köməyinə yollanım? 

-  Hökmən  deyil  ki,  biz  həmin  əməliyyata  yaralılarla 

yollanaq. - deyə  Migel  tərəddüd etmədən  kapitanın sözünə 

düzəliş verdi. - Yaralılar onsuz da lazımi səviyyədə döyüşə 

bilməyəcəklər. 

-  Yaralıları  bu  kənddə  qoyub  özümüz  əməliyyata  yolla-

naq. - deyə Andre səbirsizliklə dilləndi. 




                                                     

 

  



                                                                            

                                                    

56 

-  Yaralıları  burda  qoysaq,  əmaliyyata  beş  nəfər  adam 



yollanmalı olacaq. - deyə kapitan istehza ilə dilləndi. 

-  Bizim  hər  birimiz  ən  azı  on  düşməni  öz  üzərimizə 

götürə bilərik. - deyə Migel qeyri-müəyyən tərzdə dilləndi. 

-  Arxadan  zərbə  endirmək  üçün  beş  nəfər  böyük  qüvvə 

sayılır. 

Birdən-birə Osvaldo onların söhbətinə  müdaxilə edərək, 

səbirsiz halda dedi: 

-  Sinyor  Xuan,  bizim  yaralı  olmağımıza  fikir  verməyin. 

Biz bu işdə xeyli xeyir verə bilərik. 

-  Osvaldo,  mən  sizin  hamınızın  cəsarətinizə  və  qeyrəti-

nizə bələdəm. - kapitan ciddi halda dilləndi. - Bu əməliyya-

ta  elə  adamlar  yollanmalıdır  ki,  onlar  düşmənə  qarşı  həm 

sağ, həm də sol əli ilə döyüşsünlər. Bədənində azacıq cızığı 

olan  bir  kəs  döyüşə  yollanmayacaq.  Siz  müvəqqəti  olaraq 

kənddə qalacaqsız. Biz əmadiyyata yollanan zaman düşmən 

çox  küman  ki,  bura  da  hücum  edəcək.  Unutmayın  ki,  biz 

hansı düşmənlə döyüşürük. 

Kapitan düzgün fikir söyləyirdi. Əməliyyata elə adamlar 

yollanmalı  idi  ki,  onlar  düşmənə  qarşı  eyni  zamanda  həm 

sağ,  həm  də  sol  əli  ilə  döyüşməliydi.  Artıq  vaxt  itirmədən 

kapitan  Xuan,  leytenant  Andre,  Migel,  cəngavər  Dias 

Barrameda  və  arbalyotçu  Dias  Duarte  kəndi  tərk  edərək, 

cənub-qərb  istiqamətində  döyüş  meydanına  yollandılar. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə