Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə10/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

                                                     

 

  



                                                                            

                                                    

37 

qalmaq  məqsədəuyğun  sayılmırdı.  İlk  növbədə  yaralıları 



ərzaqla təmin etmək lazım idi.  

Migel bu məsələ ilə əlaqədar kapitana yaxınlaşdı. Ərzaq 

əldə etmək üçün bir neçə variant təklif olundu. Ya vadinin 

cənubunda yerləşən kəndə gedib boş qalmış evlərdə axtarış 

aparmaq,  ya  şimala  gedib  kiçik  dağların  ətəkələrində  ova 

çıxmaq, ya da ki, bir neçə gün əvvəl keçdikləri çayda balıq 

tutsunlar. Əlbəttə, ən sərfəlisi balıq tutmaq idi. Lakin həmin 

yer  ispanlar  üçün  təhlukəsiz  sayılmırdı.  Çünki  araukanlar 

tez-tez  çayın  sahilində  görünürdü.  Cənubda  yerləşən  kənd 

isə  çox  uzaqda  yerləşirdi.  Məhz  buna  görə  də  Migel  təklif 

etdi ki, şimala gedib orada ov ilə məşğul olsun.  

Kiçik  dağların  sərhəddi  bu  kənddən  təxminən  yarım 

liqdən  sonra  başlayırdı  və  həmin  dağların  ətəyi  ağaclarla 

əhatə  olunduğundan  orada  araukanlardan  gizlənmək  də 

mümkün idi. Həm də araukanlar indi öz haylarında idi. Çox 

güman ki, hindular ekspedisiyanın əsas heyəti ilə döyüşmək 

üçün  hazırlıq  görürdülər.  Dislokasiya  yerlərini  dəyişməklə 

və mülki əhalini evakuasiya etməklə hiss olunurdu ki, onlar 

həmin  döyüşlərə  ciddi  hazırlaşırlar.  Lakin  çox  maraqlı  idi, 

Migelgil bu kənddə on  nəfər olduğu halda nəyə görə arau-

kanlar  bu  kəndi  mühasirəyə  alıb  konkistadorları  birdəfəlik 

məhv  etmirdilər?  Bunun  bir  neçə  səbəbi  vardı.  Onlar  ya 

artıq qurban verməkdən çəkinir,  ya da ki, konkistadorların 



                                                     

 

  



                                                                            

                                                    

38 

əsas heyətinin bura yaxınlaşdığını görüb vadiyə gələn əsas 



yolları  nəzarət  altına  almışdılar.  Söz  yox  ki,  aborigenlər 

belə bir vəziyyətdə nə etdiklərini çox yaxşı bilirdilər. Çünki 

ispanlarla  araukanlar  arasında  başlanan  bu  müharibə  ilkin 

sayılmırdı.  

Onlar  çox  yaxşı  bilirlər  ki,  konkistadorlar  bu  dəfə 

müharibəyə  çox  ciddi  hazırlaşıblar.  Üç  iri  gəminin  Anqud 

körfəzində  lövbər  salması,  ispanların  bura  360-dan  çox 

qüvvə ilə gəlməsi və ilkin mərhələdə kəşfiyyatçı dəstəsinin 

araukanlara  endirdiyi  sarsıdıcı  zərbələr  elə-belə  hal  sayıl-

mırdı.  Konkistadorlar  bu  dəfə  Araukaniyaya  qələbə  əzmi 

ilə gəlmişdilər. 

Kapitan cavan zadəganın təklifinə cavab olaraq həqarətlə 

dedi: 

-  Migel,  bizim  ekspedisiyanın  nümayəndələri  ən  uzağı 



iki-üç  gündən  sonra  bura  gəlib  çıxacaqlar.  Bu  iki-üç  günə 

görə  mən,  heç  kimin  həyatını  təhlükəyə  atmaq  istəmərəm. 

Ova  yollanan  hər  bir  adam  araukanlar  tərəfindən  dərhal 

məhv edilə bilər. 

-  Biz  ehtiyatla  hərəkət  edəcəyik.  -  deyə  Migel  bir  daha 

təkid etdi. 

- İncimə Migel, mən sizin heç birinizi həmin əməliyyata 

göndərə  bilmərəm.  -  deyə  kapitan  qəti  olaraq  öz  etirazını 




                                                     

 

  



                                                                            

                                                    

39 

bildirdi.  -  Bir  neçə  günü  ərzaqsız  dolanmaq  mümkundür. 



Yaralılar da birtəhər aclığa dözərlər. 

Kapitanın  bu  etirazından  sonra  Migel  bir  daha  təkid 

etməyə  cürət  etmədi.  Migeldən  olsaydı,  o,  təkbaşına  ova 

yollanardı. Lakin o, bütün dəstədə nümunəvi əsgər sayılırdı 

və  heç  vaxt  komandirinin  verdiyi  əmri  yerə  salmazdı. 

Çünki  həmişə  bu  dəstədə  nizam-intizam  yüksək  səviyyədə 

saxlanılırdı. Bütün dəstədə böyük hüsn-rəğbət qazanan Mi-

gel,  belə  bir  vəziyyətdə  nizam-intizamı  pozmaq  istəmirdi. 

Cüzi səhvə görə o, silahdaşlarının gözündən düşə bilərdi. 

Bu  gündən  etibarən  bütün  dəstə  ərzaqsız  dolanmalı 

olacaqdı.  Lakin  ərzaqdan  başqa  onların  su  ehtiyatı  da 

tükənmişdi və yaralılar bir az keçəndən sonra susuzluqdan 

yandıqalarını  açıqdan-açığa  büruzə  verməyə  başladılar. 

Onların  vəziyyətinə  yanmamaq  olmazdı.  Hökmən  suyun 

ardınca  çaya  adam  göndərmək  lazım  idi.  Əlacsız  qalan 

kapitan qeyri-ixtiyari halda Migeli yanına çağıraraq, həmin 

tapşırığı  bir  başa  ona  həvalə  etdi.  Lakin  həmin  tapşırığa 

qorxmaz  idalqonun  tək  getməsi  həddindən  artıq  təhlükəli 

idi.  Məhz  buna  görə  də  kapitan  ona  yol  yoldaşı  seçməsini 

özünə tapşırdı. Migel də tərəddüd etmədən arbalyotçu Dias 

Duarteni özü ilə götürdü və onlar axşamın  yaxınlaşmasına 

az qalmış şərq istiqamətində kəndi tərk etdilər. 




                                                     

 

  



                                                                            

                                                    

40 

Vadinin  bu  hissəsində  kifayət  qədər  ağac  bitirdi.  Lakin 



bu  o  demək  deyildi  ki,  onlar  gizlincə  çayın  sahilinə  gedib 

çıxacaq.  Araukanlar  çətinlik  çəkmədən  onların  çaya 

yaxınlaşdığını  görə  bilərdi.  Buna  baxmayaraq,  Migelgil 

çaya tərəf çox ehtiyatla hərəkət edirdilər. Aborigenlər çayın 

kənarında görünsə və onları təqib etməyə çalışsalar, Migel-

gil  tərəddüd  etmədən  kənd  istiqamətində  geri  çəkiləcəklər. 

Bu kapitanın onlara verdiyi xüsusi əmr sayılırdı. Konkista-

dorlar heç bir əsas olmadan hindularla açıq  döyüşə girmə-

məliydilər. 

Beləliklə,  onlar  çox  keçmədən  çayın  sahilinə  yaxınlaş-

mağa  nail  oldular.  Burada  aqacların  sayı  xeyli  çox  idi. 

Konkistadorlar  hər  bir  metri  çox  çətinliklə  keçmişdilər. 

Çünki  araukanlar  ağacların  arxasında  gizlənib  pusqu  qura 

bilərdilər.  Düzdür,  Migelgil  sahilə  az  qalmış  sola  və 

təxminən  70-80  metr  gedəndən  sonra  yenə  də  çaya  tərəf 

dönmüşdülər.  Çayın  o  biri  sahili,  bu  biri  sahilinə  nisbətən 

çox  hundur  idi  və  orada  da  ağaclar  bitirdi.  Çayın  ağzında 

olsalar  belə,  onlar  öz  ehtiyatlarını  itirməməli  idi.  Burada 

hökm  sürən  sakitliyə  baxmayaraq  araukanlar  çayın  o 

tayında  yüksəkliyin  arxasında  mövqe  tuta  bilərdi.  Çünki 

hamı  bilirdi  ki,  konkistadorların  kiçik  saylı  kəşfiyyat 

dəstəsi  vadinin  şimal  hissəsində  yerləşən  kənddə  mövqe 

tutubdur.  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə